Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1470/2023 08.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Vəkil və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmuş, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-157/2023 saylı qətnaməsi ilə 16 dekabr 2021ci il tarixdən başlayaraq 28 mart 2011-ci ildə doğulmuş X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh-iddiaçı Şəxs hər ay bir uşağa görə 140 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı-cavabdeh Zərərçəkmiş şəxs verilməsi, 19 iyul 2012-ci ildə doğulmuş X6 və 02 aprel 2016-cı ildə doğulmuş X4 adlı uşaqların iddiaçı-cavabdeh Zərərçəkmiş şəxs himayəsinə verildiyi tarixdən başlayaraq cavabdeh-iddiaçı Şəxs 19 iyul 2012-ci ildə doğulmuş X6 və 02 aprel 2016-cı ildə doğulmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı-cavabdeh Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş göndərilmişdir. İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmuşdur. Borclunun barəsində Azərbaycan Respublikası XM-nin 528.1-1-ci maddəsi protokol tərtib edilmişdir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra borclu və tələbkar arasında razılıq əldə edilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, ifadəsində bildirdi ki, hazırki iş üzrə bir dəfə 700 manat cərimə olunmuşdur. O özünü təqsirli bilmir. Belə ki, Şəmkir RİH Qəyyumluq şöbəsindən evə baxmaq üçün gəldikdə də onun anası Günel atası evində yaşamasını bildirsə də onun orda yaşamaması aşka edildi. Uşaqlarının biri hazırda məktəbdədir, digəri isə qonşuda. Məhkəmə tərəfindən vaxt verilərsə saat 12:00-dək uşaqları məhkəmə iclasına gətirə bilər. Məhkəmə tərəfindən vaxt verildikdən sonra onunla tələbkar arasında qarşılıqlı razılaşma əldə edilmişdir. O tələbkarın uşaqları ilə görüşməsinə razıdır. Hazırda tələbkar uşaqların onun himayəsində yaşamasına etiraz etmir, həmçinin tələbkar Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil çıxışında bildirdi ki, məhkəmə tərəfindən vaxt verildikdən sonra tələbkar Zərərçəkmiş şəxs ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs arasında uşaqların Şəxs yanında qalması ilə bağlı razılıq əldə edilmişdir. Həmçinin tələbkar Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Hazırda icra işi üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib hissəsi mövcud deyildir. Odur ki, məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan hazırkı inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək ifadəsində bildirdi ki, o uşaqlarını istəyir, lakin borclu qərəzli olaraq uşaqları vermir. Həmçinin uşaqlar Xalidəni və Ramiqi görəndə ona yaxın gəlmirlər. Uşaqlar ona tərəf gələndə Xalidə onlara keçin oturun deyir. O uşaqlarla vaxt keçirərsə onların arasında bağ yaranar. Lakin Ramiq buna imkan vermir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra onunla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs arasında qarşılıqlı razılaşma əldə edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs artıq ona uşaqları ilə görüşməsinə etiraz etmir və buna şərait yaradır, həmçinin o da uşaqların Şəxs himayəsində qalmasına etiraz etmir. Hazırda onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra məmurunu dinləyib, iş materiallarını araşdırıb, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında MN ******* protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-157/2023 saylı qətnaməsi ilə 16 dekabr 2021-ci il tarixdən başlayaraq 28 mart 2011-ci ildə doğulmuş X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh-iddiaçı Şəxs hər ay bir uşağa görə 140 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı-cavabdeh Zərərçəkmiş şəxs verilməsi, 19 iyul 2012-ci ildə doğulmuş X6 və 02 aprel 2016-cı ildə doğulmuş X4 adlı uşaqların iddiaçı-cavabdeh Zərərçəkmiş şəxs himayəsinə verildiyi tarixdən başlayaraq cavabdeh-iddiaçı Şəxs 19 iyul 2012-ci ildə doğulmuş X6 və 02 aprel 2016-cı ildə doğulmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı-cavabdeh Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-157/2023 saylı icra sənədi əsasında icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildiriş borclu Şəxs göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(076)-996/2023 saylı qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmuşdur. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib ediilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-157/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Ömər və Tərlan adlı uşaqlar anaları Zərərçəkmiş şəxs görüşdülər. Ünsiyyətdə olan zaman uşaqlarla ana arasında heç bir narazılıq baş vermədi görüş saat vəziyyətdə baş tutdu. Heç bir narazılıq yaranmadı. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-157/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs xx.xx.2012-ci il təvəllüdlü Ömər və xx.xx.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqlarla birlikdə xx.xx.2023-ci il tarixdə saat 14:00-da Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə qəlməyi ondan tələb olunmuşdur. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-157/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs xx.xx.2012-ci il təvəllüdlü Ömər və xx.xx.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqlarla birlikdə xx.xx.2023-ci il tarixdə saat 14:00-da Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə qəlməyi ondan tələb olunmuşdur. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-157/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs xx.xx.2012-ci il təvəllüdlü Ömər və xx.xx.2016-cı il təvəllüdlü Fərhan adlı uşaqlarla birlikdə xx.xx.2023-ci il tarixdə saat 14:00-da Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə qəlməyi ondan tələb olunmuşdur. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib ediilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icra hərəkətləri zamanı psixoloq hər iki uşaqla ayrı-ayrılıqda, həmçinin hər iki valideyinlərinin iştirakə ilə uşaqlar ilə söhbətlər aparıldı. Söhbətlər zamanı müşahidə edildi ki, hər iki uşaq böyüklərin əzbərlənmiş sözlərindən istifadə edir. Fərhan adlı uşaq ana ilə ünsiyyətdə açıq idi. Psixoloqun rəyinə əsasən hər iki uşaq ana ilə tez-tez görüşməli və ünsiyyətdə olmalıdır. Bu görüşlərin əsasında uşaqların anaya qarşı aqressiyası azalacaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi isə, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Tərəflərin izahatları ilə müəyyən olunur ki, tələbkarla borclu öz aralarında icra sənədinin icrası ilə bağlı razılığa gəldiklərini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişlər. Beləliklə, işin qeyd olunan hallarını və tərəflərin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1470/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1470/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver