Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1473/2023 22.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, "xxxx" X4 Cəmiyyəti (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı "xxxx" X4 Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə EP ******* nömrəli 20 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, material ilə birlikdə baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Mərkəzi Bankın 6-1-26/2- 7059/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Bununla da, "xxxx" X4 Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyindən və işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından, məhkəmə tərəflərin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı "xxxx" X4 Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması nəticəsinə gəlinməsi mümkün deyildir. Belə ki, iş materiallarında olan Mərkəzi Bank tərəfindən "xxxx" X4 Cəmiyyətinə ünvanlanmış 6-1-26/2-7059/2023 saylı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1.2-ci və 107-1.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec, ildə bir dəfədən az olmayaraq çağırılmalıdır. Eyni zamanda bildirilir ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq 2022-ci ilə dair emitentin illik hesabatı 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim etməyiniz tələb olunur. Əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna biləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, "xxxx" X4 Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib olunacağı barədə 6-1-26/2-7059/2023 saylı xx.xx.2023-cü il tarixli bildirişin surəti protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 6-1-26/2-7059/2023 saylı xx.xx.2023-cü il tarixli bildiriş "xxxx" X4 Cəmiyyətinə təhvil verilmişdir. İşdə olan X1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, rəhbəri olduğu "xxxx" QSC-nin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə verilmişdir. O həmin protokolla razı deyil. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, 6-1-26/2-7059/2023 saylı məktubuna cavab olaraq "xxxx" QSC-də işlərin olmaması səbəbindən fəaliyyətini uzun illərdir dayandırdığını və heç bir istehsal fəaliyyəti ilə məşğul olmadığını qeyd etmiş olsa da, barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" QSC heç bir fəaliyyətlə məşğul olmadığından 2022-ci ilə dair emitentin illik hesabatını verməmişdir. Ona görə də hesab edir ki, "xxxx" QSC Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Odur ki, "xxxx" QSC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin "xxxx" QTSC-yə ünvanladığı 18 dekabr 2023-cü il tarixli, **********520000 saylı məktubdan görünür ki, "xxxx" QTSC-i xx.xx.2018-ci il tarixdə fəaliyyətini dayandırmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı xx.xx.2023-cü il tarixli, 01 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankın 09.2023-cü il tarixli, 6-1-26/2-7059/2023 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, "xxxx" QSC-nin işlərinin olmaması səbəbindən fəaliyyətini uzun illərdir ki dayandırılmış və heç bir istehsal fəaliyyəti ilə məşğul olmamışlar. Məhkəmə hesab edir ki, İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta təqsirin qəsd forması ilə törədilir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati material nəzərdən keçirilərkən müəyyən olunur ki, protokola inzibati xəta haqqında işə baxılması zamanı "xxxx" X4 Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə istinad edilən inzibati xətanın baş verməsində təqsiri olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" X4 Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Bankdan daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-1473/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1473/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver