Məhkəmə qərarları › İş №3(076)-1480/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1480/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1480/2023 11.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev Taleh Valeh oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis X2 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ M: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs şəxsi istehlak miqdarında narkotik vasitəni üzərində gəzdirmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin məcburi müalicəyə cəlb olunmasından bəhs edən Azərbaycan Respublikası İXM-nin 37.1ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Göründüyü kimi Şəxs təqsirləndirildiyi inzibati xətanın sanksiyasında həbs nəzərdə tutulmuş və onun təqsirləndirildiyi inzibati xəta narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Şəxs barəsində inzibati xəta haqqında işə baxılması zamanı qiymət verilməli məsələlərdən biri də ona narkomaniyadan məcburi müalicə təyin edilib-edilməməsi məsələsidir. Lakin, iş materiallarında onun məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək üçün heç bir tibbi sənəd yoxdur. İnzibati xətaya görə sanksiya qismində inzibati həbs nəzərdə tutulduğundan işə daxil olduğu gün baxılmalıdır. Bu müddət ərzində isə məhkəmə tərəfindən Şəxs tibbi yoxlanılmasının təşkil edilməsi və rəy alınması mümkün deyildir. Bu hal isə ona dəlalət edir ki, inzibati xəta haqqında protokol natamam şəkildə məhkəməyə verilmişdir və işə baxılarkən tamamlanması mümkün deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer və vaxt öz əksini tapmamışdır . Halbuki, Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Hesab edirəm ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon Polis X2 Bölməsindən daxil olmuş 11 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəmkir Rayon Polis X2 Bölməsinə geri qaytarılsın. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar