Məhkəmə qərarları › İş №3(076)-1486/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1486/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1486/2023 18.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X2 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: X3 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli EQ 18150992 saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli EQ 18150992 nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli EQ 18150992 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X1 Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli EQ 18150992 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X5 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, 20 noyabr 2023–cü il tarixdə saat 20:15 radələrində idarə etdiyi Daimler Chrysler markalı 50–CD–988 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Şəmkir şəhəri, H.Əliyev prospekti 17 ünvanında işıqforun qırmızı xəttində dayanan zaman, həmin yerdə müşahidə kamerası vasitəsilə çəkilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair telefonuna elektron protokol sms şəklində daxil olmuşdur. Həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023–cü il tarixli EQ 18150992 nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Hazırda həmin qərarın dəlillərini qəbul etmir. Belə ki, həmin yerdə hər hansı yol nişanı mövcud olmamış, yalnız düzünə və sağa dönmə xətti qeyd olunmuşdur. Buna uyğun işıqforun yaşıl işığı yandıqda o, sağa dönmə manevri edərək yoluna davam etmişdir. Manevr edərkən hər hansı qanun pozunutusna yol verməmişdir. Həmçinin, Asanpay vasitəsilə telefonuna göndərilmiş fotoşəkildə də hər hansı yol nişanının olması görsənmir. Hesab edir ki, yol nişanları qaydasını pozmadığı halda barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, habelə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Ona görə də həmin qərarı əsassız və qanunsuz hesab edir. Odur ki, Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli EQ 18150992 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin nümayəndəsi X7 göstərdi ki, X5 20 noyabr 2023–cü il tarixdə saat 20:15 radələrində idarə etdiyi Daimler Chrysler markalı 50–CD–988 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Şəmkir şəhəri, H.Əliyev prospekti 17 ünvanında yol nişanlarının tələblərinə riayət etməmiş, stop xəttini işıqforun qırmızı işığında keçmişdir. Bu səbəbdən şəxsin barəsində elektron protokol tərtib edilmiş və o, xx.xx.2023–cü il tarixli EQ 18150992 nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Hazırda şikayətin dəlillərini qəbul etmir və Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli EQ 18150992 nömrəli inzibati xəta haqqında iş üzrə qərarını qanuni və əsaslı hesab edir. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, də Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli EQ 18150992 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2023–cü il tarixli EQ 18150992 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. İşdə olan AB 456823 saylı Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, Daimler Chrysler markalı 50–CD–988 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İşdə olan fotoşəkillərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, X2 20 noyabr 2023–cü il tarixdə saat 20:15 radələrində idarə etdiyi Daimler Chrysler markalı 50–CD–988 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu Şəmkir şəhəri, H.Əliyev prospekti 17 ünvanında düzünə və sola dönüş xətti qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi heç bir sübutla təsdiq olunmamış, əksinə işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X5 20 noyabr 2023–cü il tarixdə saat 20:15 radələrində idarə etdiyi Daimler Chrysler markalı 50–CD–988 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, H.Əliyev prospekti 17 ünvanında hərəkətdə olarkən hər hansı yol nişanlarının tələblərini pozmamışdır. Belə ki, işdə olan fotoşəkillərə baxış keçirliən zaman X2 hərəkətdə olduğu Şəmkir şəhəri, H.Əliyev prospekti 17 ünvanında düzünə və sola dönüş xətti olması, lakin həmin yerdə hər hansı yol nişanı olmaması müəyyən edilmişdir. Həmçinin, X2 İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hər hansı videogörünütü mövcud deyildir və onun əməli heç bir sübutla təsdiq edilmir. Bu isə onu deməyə əsas verir ki, X5 tərəfindən yol nişanları tələblərinin pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Hazırki vəziyyətdə isə X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsinin tərkibinin olması təkzib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub–olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2–ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəraradan verilən şikayətə baxılarkən, bu Məcəllənin 135.1.5–1–ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3–cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5–1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli EQ 18150992 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli EQ 18150992 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar