Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1489/2025 29.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X15 Məsail oğlunun sədrliyi, Rzazadə Leyla Elçin qızının katibliyi, Şikayət vermiş şəxs X6 nümayəndəsi X3 iştirakı ilə, X6 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankının vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında qərarı ilə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15500.00 Avro valyuta məbləğinin 10 (on) faizi miqdarında, yəni 1550.00 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X9 Azərbaycan Respublikasının Mərkəzi Bankının vəzifəli şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı qərarın ləğv edilməsi, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olmamasına görə həmin inzibati işin icraatına xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X1 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EP 0256371№-li qərarına əsasən xx.xx.2023-cü il tarixdə 15.500 (on beş min beş yüz) Avro məbləğində pul vəsaitini xarici ölkəyə köçürməsinə, ancaq 2 (iki) il müddət keçsə də 15.500(on beş min beş yüz) Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə daxil etməməməklə valyuta vəsaitini geri qaytarmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin məbləğin 10 faizi, yəni 1550 (bir min beş yüz alli) avro məbləğində inzibati tənbeh edilmişdir. O həmin pul vəsaitini xx.xx.2023-cü il tarixdə 43-BFH-7 invoys əsasında xarici ölkǝyǝ Hollandiyaya göndərmiş və həmin pul vəsaiti hesabına xx.xx.2023-cü il tarixdə atası X3 adına Bakı şəhəri Xırdalan qəsəbəsi Zərdabi küçəsi ev 402-də qeydiyyatda olan "Zəfər 44 BRO- KER" MMC şirkəti vasitəsi ilə "Yəhərli Dartıcı DAF XF 460 FT (dizel), istehsal tarixi xx.xx.2014-cü il, mühərrikinin həcmi 12902 kub sm, Şassi\ban nömrəsi XLRTEH430025589" olan nəqliyyat vasitəsini ölkəyə gətizdirmişdir. Bu səbəbdən hesab edir ki, tərəfindən xarici ölkəyə göndərilmiş 15.500(on beş min beş yüz) Avro məbləğində pul vəsaiti əvəzində atası X3 adına Yəhərli Dartıcı DAF XF 460 FT (dizel), isthsal tarixi xx.xx.2014-cü il mühərrikinin həcmi 12902 but sm, şassi\ban nömrəsi XLRTEH430025589 olan nəqliyyat vasitəsi ölkəyə gətirilməklə həmin pul vəsaiti əvəzsiz olaraq xarici ölkədə saxlanılmamışdır. Ona görə əməlində heç bir inzibati xətanın o, cümlədən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EP 0256371N: -li qərar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmamasına görə həmin inzibati tənbeh qǝrarı əsassız olaraq barəsində tərtib edilərək 1550 (bir min beş yüz ǝlli) avro məbləğində inzibati tənbehin tərtibi əsassızdır. Odur ki, onun barəsində olan Azərbaycan Respublikasının Mərkəzi Bankının vəzifəli şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* saylı qərarın ləğv edilməsi, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olmamasına görə həmin inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 nümayəndəsi X7 şikayətin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 12 noyabr 2025-ci il tarixli, EP ******* nömrəli qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15500.00 Avro valyuta məbləğinin 10 (on) faizi miqdarında, yəni 1550.00 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xarici valyuta ilə nağdsız əməliyyat aparılması üçün ödəniş tapşırığından görünür ki, X9 tərəfindən 15500 (on beş min beş yüz) Avro pul "Yəhərli Dartıcı DAF XF 460 FT (dizel), istehsal tarixi xx.xx.2014-cü il, mühərrikinin həcmi 12902 kub sm, Şassi\ban nömrəsi XLRTEH430025589" olan nəqliyyat vasitəsinin alınması üçün Hollandiya Respublikasında yerləşən CABSTORE şirkətinin bank hesabına köçürülməlidir. Ödənişin təyinatı kimi "Yəhərli Dartıcı DAF XF 460 FT (dizel), istehsal tarixi xx.xx.2014-cü il, mühərrikinin həcmi 12902 kub sm, Şassi\ban nömrəsi XLRTEH430025589" olan nəqliyyat vasitəsinin alınması üçün qabaqcadan ödəniş kimi xx.xx.2023-cü il tarixli, 43-BFH-7 “İnvoice” sənədi göstərilmişdir. İş materiallarında olan **********4278 nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Hollandiya Respublikasında yerləşən CABSTORE şirkəti tərəfindən X3 adına Bakı şəhəri Xırdalan qəsəbəsi Zərdabi küçəsi ev 402-də qeydiyyatda olan "xxxx" MMC şirkəti vasitəsi ilə "Yəhərli Dartıcı DAF XF 460 FT (dizel), istehsal tarixi xx.xx.2014-cü il, mühərrikinin həcmi 12902 kub sm, Şassi\ban nömrəsi XLRTEH430025589" olan nəqliyyat vasitəsi 25 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasına idxal edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, X7 mülkiyyətində olan "Yəhərli Dartıcı DAF XF 460 FT (dizel), istehsal tarixi xx.xx.2014-cü il, mühərrikinin həcmi 12902 kub sm, Şassi\ban nömrəsi XLRTEH430025589" olan nəqliyyat vasitəsini X8 həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1986-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1986-cı ildə doğulmuşdur, atası X7, anası X5r. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X9 ilə Hollandiya Respublikasının "xxxx" Şirkəti arasında ümumi dəyəri 15500 Avro olan "Yəhərli Dartıcı DAF XF 460 FT (dizel), istehsal tarixi xx.xx.2014-cü il, mühərrikinin həcmi 12902 kub sm, Şassi\ban nömrəsi XLRTEH430025589" olan nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə bağlanmış, satıcı şirkətin tələbinə əsasən X9 xx.xx.2023-cü il tarixdə 15500 (on beş min beş yüz) Avro pul alınmış malın dəyəri olaraq qabaqcadan Hollandiya Respublikasına satıcı şirkətin bank hesabına ödəmiş, alqı-satqı müqaviləsinə əsasən alınmış 15500 Avro dəyərində nəqliyyat vasitəsi isə xx.xx.2023-cü il tarixdə, yəni pulun köçürüldüyü vaxtdan 3 ay sonra Hollandiya Respublikasında yerləşən CABSTORE şirkəti tərəfindən X6 atası X3 adına Bakı şəhəri Xırdalan qəsəbəsi Zərdabi küçəsi ev 402-də qeydiyyatda olan "xxxx" MMC şirkəti vasitəsi ilə ölkəyə idxal edilmişdir. Lakin, Azərbaycan Respublikasının Mərkəzi Bankının vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında qərarı ilə X9 avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 il müddətində müvafiq malların ölkəyə idxal edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15500.00 Avro valyuta məbləğinin 10 (on) faizi miqdarında, yəni 1550.00 manat məbləğində inzibati cərimə edilmişdir. X2 Azərbaycan Respublikasının Mərkəzi Bankının vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında qərarından şikayət verərək, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 28 fevral 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxsin təqsirli olması müəyyən edilməli, onun təqsiri sübuta yetirilməlidir. Həmçinin, inzibati məsuliyyətə cəlb olunan hüquqi şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, hazırki vəziyyətdə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin təqsirliliyini sübuta yetirən mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş X4 əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, X6 əməlində inzibati xətanın tərkibi olmadığından, onun barəsində olan Azərbaycan Respublikasının Mərkəzi Bankının vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-135-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Mərkəzi Bankının vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şəmkir rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(076)-1489/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1489/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver