Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-149/2023 14.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə vəsatətinə baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP 5188465, ******* və ******* nömrəli protokollar və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmiş, hər üç protokol üzrə işlər bir icraatda birləşdirilmişdir. Şəxs barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2022-ci il tarixdə VAZ 21054 Minik markalı, 57BR925 Dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə barəsində xx.xx.2022-ci il tarixli, EQ 11256892 nömrəli qərarla Azərbaycan Respublikasının İXM-in 328.2-ci maddəsinə əsasən 50 manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bundan əlavə Şəxs barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2022-ci il tarixdə VAZ 21054 Minik markalı, 57BR925 Dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə barəsində xx.xx.2022-ci il tarixli, EQ 11131289 nömrəli qərarla Azərbaycan Respublikasının İXM-in 328.2-ci maddəsinə əsasən 50 manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bundan əlavə Şəxs barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2022-ci il tarixdə VAZ 21054 Minik markalı, 57BR925 Dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə barəsində xx.xx.2022-ci il tarixli, EQ 11733927 nömrəli qərarla Azərbaycan Respublikasının İXM-in 329.1-ci maddəsinə əsasən 40 manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-149/2023 saylı qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmə hüququ 09 (doqquz) ay müddətə məhdudlaşdırılmışdır. Bundan sonra Şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tətbiq edilmiş cərimənin ödənilməsinə dair ödəniş qəbzini məhkəməyə təqdim edərək, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeydinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 152.5-ci maddəsində qeyd olunur ki, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılmış şəxs Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş sənədindən görünür ki, xx.xx.2022-ci il tarixli, EQ 11256892 nömrəli, xx.xx.2022-ci il tarixli, EQ 11131289 nömrəli və xx.xx.2022-ci il tarixli, EQ 11733927 qərarlar üzrə Şəxs tərəfindən cərimə məbləği dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinin tələbinə əsasən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati tənbeh növündə olan cərimə borcunu və dəbbə pulunu tam ödədiyi üçün, vəsatət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-149/2023 saylı qərarına xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 114, 115 və 152.5ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib 09 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılmasına dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-149/2023 saylı qərarına xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şəmkir rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən. Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-149/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-149/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver