Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-15/2024 17.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış: X8 müdafiəçisi X1 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin nümayəndəsi X6 iştirakı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 13 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X15 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 13 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X15 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 13 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin araşdırması nəticəsində guya X4 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi müəyyən edilmiş və bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 13 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda həmin qərarı əsassız hesab edir. Belə ki, X2 rayonu Yanıqlı kənd 2 nömrəli tam orta məktəbin direktorunun xx.xx.2023–cü il tarixli 65 nömrəli əmri ilə müddətli əmək müqaviləsi əsasında məktəbə musiqi müəllimi təyin edilmiş və xx.xx.2023– cü il tarixli 72 nömrəli əmrlə öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Belə ki, məktəb direktoru tərəfindən xitam verilmiş işçiyə son haqq–hesabın ödənilməsi ilə bağlı xx.xx.2023–cü il tarixdə Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə Mərkəzləşdirilmiş mühasibatlığa məlumat verilmişdir. Həmçinin, qeyd edir ki, inzibati xətanın bilavasitə Regional Təhsil İdarəsinin vəzifəli şəxsi tərəfindən törədilməsi sübuta yetirilməmiş, onun hansı əməldə təqsirli olması məlum deyildir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 13 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanunsuzdur. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 13 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin nümayəndəsi X12 göstərdi ki, təmsil etdiyi hüquqi şəxs tərəfindən Tovuz rayonu Yanıqlı kənd 2 nömrəli tam orta məktəbində aparılmış araşdırma zamanı işçinin əmək müqaviləsinə xitam verilərkən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin, qeyd edir ki, işçinin əmək müqaviləsinə xitam verilərkən son əməliyyatların aparılması təhsil idarəsinin səlahiyyətidir. Məhz bu səbəbdən də inzibati xəta haqqında protokol və qərar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X8 barəsində tərtib edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax– Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 13 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Odur ki, məhkəmədən barəsində qərar çıxarılmış X8 şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bundan başqa X12 məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, araşdırma zamanı Tovuz rayonu Yanıqlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Əsgərova izahatında şifahi olaraq BC proqramının işləmədiyini bildirsə də, bununla bağlı hər hansı rəsmi sənəd təqdim etməmişdir. Ona görə də həmin xüsusat araşdırılmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Tovuz rayonu Yanıqlı kənd 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. X9 xx.xx.2023–cü il tarixli 65 nömrəli əmrlə məktəbə musiqi müəllimi təyin edilmiş, lakin xx.xx.2023–cü il tarixdə onlara müraciət edərək Qazax şəhəri 1 saylı Uşaq Musiqi Məktəbinə müəllim təyin olunacağını və bu səbəbdən işdən azad olunmaq istədiyini bildirmişdir. Bundan sonra Fatma İsmayılovanın öz ərizəsinə əsasən xx.xx.2023–cü il tarixli 72 nömrəli əmrlə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı sənədlər növbəti gün, yəni xx.xx.2023–cü il tarixdə Tovuz Rayon Təhsil Sekotrunun mühasibatlıq şöbəsinə təqdim edilmişdir. Lakin BC proqramı işləmədiyinə görə işçinin son haqq–hesabı xx.xx.2023–cü il tarixdə ödənilmişdir. Belə ki, həmin dövrdə respublika üzrə yeni işçilər BC proqramına və ştat cədvəlinə düşməmiş, bu səbəbdən Təhsil Nazirliyi tərəfindən yeni təyin olunan işçilərin ştat cədvəli oktyabr ayında təsdiq edilmişdir. Odur ki, Fatma İsmayılovanın son haqq–hesabı onlardan asılı olmayan səbəblərə görə xx.xx.2023–cü il tarixdə ödənilmişdir. Çünki BC proqramı xx.xx.2023–cü il tarixdə açılmış və yeni işçilər sistemə əlavə olunmuşdur. Yalnız bundan sonra Fatma İsmayılovanın son haqq–hesabının ödənilməsi mümkün olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Tovuz rayonu Yanıqlı kənd 2 nömrəli tam orta məktəbin təşkilatçı müavini X16 şahid X5 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektoru üzrə mühasib vəzifəsində işləyir. 2023–2024–cü təhsil ili üzrə ştat cədvəli Təhsil Nazirliyi tərəfindən 2023–cü ilin oktyabr ayında təsdiq edilmişdir. Bu səbəbdən respublika üzrə 2023–cü ilin sentyabr ayında yeni işçiləri sistemə işləmək mümkün olmamış, onların adı BC proqramına və ştat cədvəlinə düşməmişdir. Tovuz rayonu Yanıqlı kənd 2 nömrəli tam orta məktəbində musiqi müəlliməsi vəzifəsinə təyin edilmiş X9 ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair sənədlər həmin məktəb rəhbərliyi tərəfindən xx.xx.2023–cü il tarixdə Tovuz Rayon Təhsil Sekotrunun mühasibatlıq şöbəsinə təqdim edilmişdir. Lakin ştat cədvəli Təhsil Nazirliyi tərəfindən 2023–cü ilin oktyabr ayının sonunda təsdiq edildiyindən, işçinin son haqqı–hesabı da xx.xx.2023–cü il tarixdə ödənilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, xx.xx.2023–cü il tarixli 65 nömrəli əmrlə Tovuz rayonu Yanıqlı kənd 2 nömrəli tam orta məktəbinə musiqi müəllimi təyin edilmiş, lakin xx.xx.2023–cü il tarixdə məktəb rəhbərliyinə müraciət edərək işdən azad olunmaq istədiyini bildirmişdir. Bundan sonra öz ərizəsinə əsasən xx.xx.2023–cü il tarixli 72 nömrəli əmrlə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra onun son haqqı–hesabı, eləcə də, sentyabr ayının əmək haqqısı xx.xx.2023–cü il tarixdə ödənilmişdir. Lakin o, son haqqı–hesabın hansı səbəbdən xx.xx.2023–cü il tarixdə ödənilməsini bilməmiş, bununla bağlı maraqlanmamış, nə də ki, ona bu barədə məlumat verilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, müdafiəçinin çıxışını, şahid ifadələrini, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 13 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, işdə olan xx.xx.2023–cü il tarixli 65 nömrəli əmrdən görünür ki, X2 rayonu Yanıqlı kənd 2 nömrəli tam orta məktəbinə musiqi müəllimi təyin edilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli 72 nömrəli əmrdən görünür ki, X3 şəhəri 1 saylı Uşaq Musiqi Məktəbinə müəllim getdiyi üçün məktəbin müəllimliyindən azad edilmiş və onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli 72 (B) nömrəli əmrdən görünür ki, X7 2,49 gün son haqq–hesab hesablanmışdır. İşdə olan və xx.xx.2023–cü il tarixdə Tovuz rayonu Yanıqlı kənd 2 nömrəli tam orta məktəbində tərtib edilmiş aktdan görünür ki, xx.xx.2023–cü il tarixdə məktəbə musiqi müəllimi təyin edilmiş, xx.xx.2023–cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmiş X7 aid 2,49 gün son haqq–hesab sənədləri xx.xx.2023–cü il tarixdə Tovuz rayon Təhsil Sektoru üzrə mühasibatlığa təqdim edilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli təqdimatdan görünür ki, Tovuz rayonu Yanıqlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Əsgərova təqdimatla Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektoruna müraciət edərək X7 2,49 gün son haqq–hesab hesablanmasını xahiş etmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş xx.xx.2023–cü il tarixdə Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektoru üzrə mühasibi Cəfərova N.M tərəfindən təhvil alınmışdır. İşdə olan son haqq–hesab ödənilməsi barədə cədvəldən görünür ki, 01–31 oktyabr 2023–cü il ərzində X7 101,20 manat məbləğində ödəniş edilmişdir. İşdə olan 13 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X9 xx.xx.2023–cü il tarixli 65 nömrəli əmrlə Tovuz rayonu Yanıqlı kənd 2 nömrəli tam orta məktəbinə musiqi müəllimi təyin edilmiş, xx.xx.2023–cü il tarixli 72 nömrəli əmrlə işdən azad edilmiş və onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, X4 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi müəyyən edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 13 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, işin araşdırılmış halları və şahid ifadələri ilə müəyyən edilmişdir ki, ümumi respublika üzrə 2023–cü ilin sentyabr ayında yeni işçiləri sistemə işləmək mümkün olmamış, onların adı BC proqramına və ştat cədvəlinə düşməmişdir. 2023–2024–cü təhsil ili üzrə ştat cədvəli Təhsil Nazirliyi tərəfindən 2023–cü ilin oktyabr ayında təsdiq edilmişdir. Bu səbəbdən Fatma İsmayılovanın son haqq–hesabı xx.xx.2023–cü il tarixdə ödənilmişdir. Çünki BC proqramı xx.xx.2023–cü il tarixdə açılmış və yeni işçilər həmin tarixdən etibarən sistemə əlavə olunmuşdur. Yalnız bundan sonra Fatma İsmayılovanın son haqq– hesabının ödənilməsi mümkün olmuşdur. Araşdırma zamanı şahid ifadələri ilə müəyyən edilmişdir ki, qeyd olunan müddətdə respublika ərazisində bütün təhsil müəssisələrində eyni problem olmuş və BC proqramı işləmədiyindən əmək müqaviləsinə xitam verilmiş işçinin son haqq–hesabının vaxtında ödənilməsi mümkün olmamış, həmin proqram açıldıqdan dərhal sonra, yəni xx.xx.2023–cü il tarixdə isə Fatma İsmayılovanın son haqq–hesabı ödənilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin əməkdaşları bu xüsusatları araşdırmamış, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X8 təqsirli olub–olmamasını konkret əsaslarla müəyyən etməmiş və birbaşa onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Hətta, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin nümayəndəsi X12 məhkəmə iclası zamanı Tovuz rayonu Yanıqlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Əsgərovanın araşdırma zamanı şifahi olaraq BC proqramının işləmədiyini bildirməsini qeyd etmiş, buna baxmayaraq həmin xüsusat inzibati xəta haqqında işə baxılarkən araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub–olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X8 İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, şahid ifadələrində göstərilən xüsusatlar araşdırılmalı, daha sonra şəxsin əməlinə hüquqi qiymət verilməli olduğu halda əsassız olaraq X8 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Bu hal isə ona dəlalət edir ki, inzibati xəta haqqında protokol natamam şəkildə tərtib edilmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X8 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol natamam olmasına, Azərbaycan Respublikası İXM–in tələblərinin əhəmiyyətli dərəcədə pozulması baxmayaraq, vəzifəli şəxs tərəfindən həmin protokol əsasında X8 inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–in 134.1.4–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6–cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1–ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6–cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində ilə təqsirli bilinib 1.500 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 13 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və hazırki qərarın əsaslandırıcı hissəsində qeyd olunan xüsusatların araşdırılması məqsədilə inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə təqsirli bilinib 1.500 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 13 noyabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Qazax–Tovuz regional şöbəsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-15/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-15/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver