Məhkəmə qərarları › İş №3(076)-1507/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-1507/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-1507/2025 15.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi X1, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin, fiziki şəxs X2 barəsində tərtib edilmiş xx.xx.2025–ci il tarixli EQ 32414714 saylı, xx.xx.2025–ci il tarixli EQ 32415652 saylı, xx.xx.2025–ci il tarixli EQ 32431544 saylı, xx.xx.2025–ci il tarixli EQ 32415943 saylı və xx.xx.2025–ci il tarixli EQ 32415793 saylı inzibati xəta haqqında iş üzrə qərarlarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Barəsində qərar çıxarılmış X5, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli EQ 32414714 saylı, xx.xx.2025–ci il tarixli EQ 32415652 saylı, xx.xx.2025–ci il tarixli EQ 32431544 saylı, xx.xx.2025–ci il tarixli EQ 32415943 saylı və xx.xx.2025–ci il tarixli EQ 32415793 saylı inzibati xəta haqqında iş üzrə qərarlarından şikayət verərək, həmin qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər baxılmadan X3 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər)məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) məhkəməsinə verilir. Şikayət ərizəsindən görünür ki, X5 eyni şikayət ərizəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli EQ 32414714 saylı, xx.xx.2025–ci il tarixli EQ 32415652 saylı, xx.xx.2025–ci il tarixli EQ 32431544 saylı, xx.xx.2025–ci il tarixli EQ 32415943 saylı və xx.xx.2025–ci il tarixli EQ 32415793 saylı inzibati xəta haqqında iş üzrə qərarlarından şikayət vermişdir. Ərizəyə əlavə edilmiş həmin qərarlardan görünür ki, inzibati xəta hadisələri müxtəlif ünvanlarda baş vermişdir və məhkəmə tərəfindən hazırki şikayət ərizəsi üzrə hər 5 inzibati xəta hadisəsi üzrə araşdırma aparılması səmərəliyi azaltmaqla yanaşı, həm də işin realizəsini mümkünsüz edə bilər. Ona görə də hesab edirəm ki, şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizə onu vermiş şəxsə geri qaytarılmalı və ərizəçiyə qeyd olunan nöqsanı aradan qaldırmaqla, inzibati xəta haqqında iş üzrə qərarlardan ayrı-ayrılıqda şikayət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İnzibati tənbeh tətbiq etmə haqqında qərarların ləğv olunması barədə X5 tərəfindən verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. X3 qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında iş üzrə qərarlardan ayrı-ayrılıqda şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar