Məhkəmə qərarları › İş №3(076)-1514/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1514/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1514/2023 28.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonu, Düzqışlaq kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nin sahə rəisi X4 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nin sahə rəisi, polis mayoru X5 izahatında bildirdi ki, MN ******* nömrəli protokol tərtib olunmuş ona görə ki, xx.xx.2023-cü il tarixdə Şəxs X6 baş vermiş mübahisə zamanı döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin fakt üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır. Əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Barəsində şikayət etdiyi Zərərçəkmiş şəxs tanıyır. Onunla münasibətləri yaxşı olmuş, aralarında heç bir narazılıqları və ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs Şəmkir rayonu Yeniyol kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı məhləsində istilikxanası var və istilikxanada gündəlik hər saatı 2 manat 25 qəpik qarşılığında Zərərçəkmiş şəxs məxsus istilikxanada fəhlə kimi işləmişdir. 27 aprel 2023-cti il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs gilə getmiş, həmin vaxt ona məxsus istilikxanaya yaxınlaşmış və gündəlik fəhlə işləyən Səyyar və Nazim Əhmədovun istilikxanada xiyar yığıdıqlarını görmüşdür. O, paltarını dəyişib işini görməyə başlamış, həmin gün yuxarıda adlarını qeyd etdiyi şəxslərlə birlikdə saat 16 radələrinədək xiyar yığmağa başlamışdır. Həmin vaxt Mahir Əhmədovda istilikxanada olmuş və işçilərə nəzarət etmişdir. Həmin gün saat 16 radələrində Mahir Əhmədov onun yanına yaxınlaşaraq isitlikxanada xiyar bitkisinə dərman vurmağını bildirmiş, o, günorta saatlarında Zərərçəkmiş şəxs işini qurtardıqdan sonra bünövrə tökməyə gedəcəyini əvvəlcədən bildirmişdir. Zərərçəkmiş şəxs ona Səyyarə adlı qadın işçinin və Nazim Məmmədovun yanında üzərinə qışqırıb ona qarşı nəlayiq ifadələr söyləyərək xiyar bitkisinə dərman vuracağını demişdir, ona xiyar bitkisinə dərman vurmuyacağını Zərərçəkmiş şəxs demiş, dəmir qabda yığdığı xiyarı aparıb evinin həyətində yerləşən əl dama tökmək istəyən zaman ona məxsus onlara gəldiyi velosipedi Zərərçəkmiş şəxs götürərək öz şəxsi otağına qoyub qapını açarla bağlamış və ona isitilikxanada dərman vurmağını bildirmişdir. Ona işi olduğu üçün gedəcəyini demiş. Zərərçəkmiş şəxs söyüş etməməsini dəfələrlə bildirməsinə baxmayaraq o, yenə söyüşlərini davam etdirmişdir. Ona “sənin qarşında uşaq yoxdur“ demiş, həmin vaxt Mahir Əhmədov həyətdə olan beli götürüb üzərinə gələn zaman o da isitlikxanaya daxil olub bıçağı ona tərəf getmiş, Zərərçəkmiş şəxs əlindəki bel ilə iki dəfə baş nahiyəsindən vurmuş, onu bıçaqla vurmaq istəmiş, lakin azyaşlı uşaqlarını fikirləşib onu vurmamış və onun özünədə uşaqlarıma qurban olasan deyərək əlindəki bıçağı yerə atmışdır. Bıçağı yerə atdıqdan sonra onun üzərinə gedib əli ilə itələyərək onu yerə yıxmış, bu vaxt hadisəni görən iş yoldaşı Nazim Əhmədov onların yanına yaxınlaşıb onu ondan aralamışdır. Mahir Əhmədov yerindən qalxıb beli yenidən götürüb onun üzərinə gələrək vurmaq istəmiş, lakin Nazim araya daxil olub onlara harayçılıq etmiş, bu vaxt istifadəsində olan mobil telefonla DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edib məlumat vermiş, məlumat verdikdən sonra Zərərçəkmiş şəxs ondan əl çəkmişdir. Onun Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə etdiyi müraciətdən sonra Şəmkir rayon polis şöbəsinin Kür PB-nin əməkdaşları gəlmiş və onun baş nahiyəsindən qan axdığı üçün onu xəstəxanaya aparmışlar. Polis əməkdaşları ona məxsus velosipedi ondan alaraq ona vermiş və o, velosipedlə evə gedib Elişə məxsus taksi ilə Şəmkir rayon MX-na gedərək orada həkimlər tərəfindən ilkin tibbi yardım almışdır. Məhkəmədən, barsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Şəmkir rayonu, Yeni yol kəndində yerləşən fərdi yaşayış evinin həyətində istilikxanası var. O, həmin istilikxanada xiyar bitkisi əkib becərək satır. Bitkini becərmək üçün müəyyən vaxt fəhlə qüvvə tələb olunur. Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan Şəxs onun istilikxanasında fəhlə kimi işləmişdir. Lakin Şəxs hər gün yox, isitilikxanada iş olandan olana gəlib işləmişdir. İşinin qarşılığında isə ona pul vermişdir. Şəxs başqa onun istilikxanasında başqa fəhlələrdə işləmişdir. 27 aprel 2023-cü il tarixdə saat 09 radələrində Şəxs iş görmək məqsədi ilə onlara gəlmiş, O, paltarını dəyişərək isitilikxanaya daxil olmuş və işləməyə başlamışdır. Həmin gün saat 10 radələrinə qədər xiyar yığmağa başlamış. Şəxs yaxşı işçi olduğunu və neçə il bu sahədə işlədiyi bildiyi üçün onu xiyar bitkisinin yarpaqlarını kəsməsini tapşırmışdır. O, isitilikxanada xiyar yığmaqdan qurtarıb xiyar bitkisinin yarpaqlarını kəsməyə başlamış, ona özüdə yarpaqların necə vurulması barədə göstəriş vermişdir. Ona göstəriş verdikdən sonra əlavə dərman almaq üçün dərman satılan mağazaya getmiş, bir qədər sonra dərman alıb evə qayıtmışdır. Şəxs işlədiyi yerə gedən zaman həmin vaxt onun xiyar bitkisini yarpaqlarını aşağı hissədən, yəni normadan artıq kəsdiyini görmüş, ona nə üçün belə etdiyini demiş, Şəxs ona xoşuna gəlmirsə yapışqan verməsini və həmin yarpaqları yerinə birləşdirməyi bildirmişdir. Həmin vaxt özü-özünə əsəbləşmiş və onun yanından bir qədər kənarlaşıb ona yarpaq kəsməyi deyil, xiyar yığmasını tapşırmışdır. Onun yanından kənarlaşıb dərman hazırlmağa getmiş, ona kənardan fikir verən zaman onun kimləsə telefonda danışdığını görmüşdür. Həmin vaxt ona dərmanı hazırladığını, ona kömək edib dərmanı xiyar bitkisinə vurduqdan sonra getməsini bildirmiş, o, isə ona bünövrə tökməyə gedəcəyini bildirmişdir. Ona dərmanı vuramamış getməməsini demiş, eyni zamanda onlara gəlib-getdiyi velosipedi götürüb əl damına qoyaraq dərmanı vurcağı halda velosipedi verəcəyini demişdir. Onun üzərinə gələrək velosipedi verməsini bildirmiş, lakin yenə ona gedib dərmanı vurmasını bildirmişdi. O, qaçaraq isitilikxanadan bıçağı götürərək onun üzərinə gəlmiş, əlində bıçaq olan zaman onunla yaxalaşmış, bu vaxt onun əlini bıçaq kəsmiş, o onu itələyərək yerə yıxılmış, Şəxslə birlikdə yerə yıxılan zaman onunla birlikdə üzərinə yıxılmış, o, üzərində olduğu üçün Şəxs əli ilə itələmiş və o arxası üstə yerə yıxılmış, hər ikisi ayağa qalxmışdır. Bu vaxt Şəxs əlini başına vuran zaman əlinin qan içərisində olduğunu görmüşdür. Onun əlinin qan olduğunu oda görmüş, aralarında mübahisə baş verdikdən sonra o, özünün istifadəsində olan mobil telefonla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng edib hadisə barəsində məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları onlara gəlmişdir. Başqa, Şəxs əli ilə itələməsi nəticəsində arxası üstə yerə yıxılmış, onun başının mübahisə etdiyi yerdə olan dəmir parçasına dəydiyini bildirmişdir. Hazırda aralarında barışıq əldə edilmədiyini, məhkəmədən onun barəsində həbs ilə bağlı cəza təyin edilməsini xahiş etdi. İnzibati materiala əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin olması müəyyən edilmədiyindən həmin maddə ilə barəsində cinayət təqibinin başlanması rədd edilməsi, iş üzrə məhkəmə tibbi rəyləri, istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilməsini, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati təhnbeh tədbirinin görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Şəmkir rayon polis şöbəsinin X1 göndərilməsinə qərara alınmışdır. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 xx.xx.2023-cü il tarixli rəyin surətindən görünür ki, Şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın tüklü hissəsində təpə-ənsə nahiyəsinin əzilmiş-çapılmış yarası küt əşyalarının təsirindən törənmişlər, törənmə müddəti 27 aprel 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 xx.xx.2023-cü il tarixli rəyin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol əlin 2-ci barmağının daraq falanqa oynağının arxa səthinin, bel nahiyəsinin sol yarısının kəsilmiş yaraları (çapıqları) iti əşyanın, ola bilsin ki, bıçaqla yetirilmişdir, sol baldırın orta üçüdə birinin ön səthinin sıyrığı isə küt əşyalarının təsirindən törənmişdir. Törənmə müddətləri 27 aprel 2023-cü il tarixə uyğun gəlir. Sağlamığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırılıq dərəcələri təyin edilmir. İşdə olan Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs ambulator, stasionar diaqnozu təpə nahiyyəsinin kəsilmiş yarası. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar