Məhkəmə qərarları › İş №3(076)-1524/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1524/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1524/2025 18.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədirliyi Cəfərova Aygün Musa qızının katibliyi ilə Protokolu tərtib etmiş şəxs Zəyəm PB-nin sahə rəisi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X1 iştirakları ilə, xx.xx.1981-ci ildə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:50 radələrində Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində ictiamai yerdə ucadan ünvansız nalayiq söyüşlər söymüş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Zəyəm PB-nin sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Zəyəm PB-da xidmətdə olduğu müddət 102 xidmətinə Şəmkir rayonu Zəyəm- Cırdaxan kənd sakini X4 zəng edərək qonşusu Şəxs onunla münaqişə edərək söyməsini bildirmişdir. Əməkdaşlar hadisə yerinə getmiş Şəxs küçədə ünvanlı və ünvansız söyüşlər söydüyünü görmüşlər. Dərhal onu nizam-intizama dəvət etsələr də o onların tələbinə məhəl qoymamış öz hərəkətlərinə davam etmişdir. Daha sonra bölməyə gətirilmişdir. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xətalar haqqında işlər üzrə təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində yaşadığı küçədə qonşusu Rafiq ilə ünsiyyət zamanı mübahisələri düşmüş, həmin zaman içkili olduğundan əsəbləşmiş və qonşusunu təhqir etmişdir. Lakin polis əməkdaşlarına müqavimət göstərməmişdir. Bununla belə ictimai qaydanı pozaraq səs-küy salması ilə bağlı hərəkətlərindən səmimi peşmandır. Odur ki, izahatında göstərilənlərin nəzərə alınmasını və ona daha yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 PB-nin sahə rəisi X2 izahatına uyğun ifadə vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Şəxs etirafı ilə yanaşı, iş materialları ilə də müəyyən olunur ki, o, Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində ictimai yerdə səs-küy salaraq ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasında göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri özündə ehtiva edir. Qeyd olunanlarla yanaşı məhkəmə iclasında Şəxs polis əməkdaşlarına tabesizlik göstərməsi iş materialları ilə sübut olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tənbeh verilməlidir. Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-in 535.1-ci maddələri ilə təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə– əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulduğundan, həbsə almanın əvvəli 17 dekabr 2025-ci il tarixdən saat 14:30-dan hesablanmalıdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla cəmi 22 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Şəmkir rayon vəkil bürosunun vəkili Vəkil qızına Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Şəmkir Rayon Zəyəm PB-dən daxil olmuş inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsinə münasibətdə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 17 dekabr 2025-ci il tarixdən saat 14:30-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə iclasında 2 saat olmaqla cəmi 22 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Şəmkir rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar