Məhkəmə qərarları › İş №3(076)-153/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-153/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-153/2024 11.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış: X2 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: X1 iştirakı ilə Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin, fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.3–cü maddələri ilə xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.3–cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023–cü il tarixdə idarə etdiyi “Hyundai İ–30” markalı 57–CB–809 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, Zəyəm qəsəbəsindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gələrkən, xəstəxanaya çatmasına az qalmış yolun əks istiqamətində hərəkət edən YPX avtomobili önündən keçmiş, daha sonra avtomobilin sayrışan işıqlarını qoşaraq dönüb onun arxasınca gəlməyə başlamışdır. Ona mikrofon vasitəsilə ona avtomobili saxlamaq barədə hər hansı göstəriş verilməmiş, o, xəstəxanaya çatdığı üçün sağa dönərək xəstəxananın həyətinə daxil olmuş və avtomobilini saxlamışdır. YPX əməkdaşı da avtomobili saxlayaraq ona yaxınlaşmış və ona xəstəxanaya dönmədən öncə üfüqi nişanlanma xətlərinin tələblərini pozmasını, 1.1 xəttində ötmə əməliyyatı həyata keçirdiyini bildirmişdir. O, polis əməkdaşına etiraz edərək, ötmə əməliyyatını 1.7 qırıq–qırıq xəttində etdiyini və 1.6 xəttinə çatana qədər ötmə əməliyyatını yekunlaşdırmasını bildirmişdir. Bundan sonra isə YPX əməkdaşı bildirmişdir ki, guya sayrışan işıqları yandıraraq onun arxasınca gəldikdə o, saxla əmrinə tabe olmamışdır. Halbuki, həmin vaxt polis əməkdaşı ona saxlamaqla bağlı hər hansı göstəriş verməmişdir. Buna baxmayaraq, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.3–cü maddələri ilə xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Hesab edir ki, onun əməlində hər hansı inzibati xətanın tərkibi yoxdur. Odur ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X4 göstərdi ki, xx.xx.2023–cü il tarixdə idarə etdiyi “Hyundai İ–30” markalı 57–CB–809 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, Zəyəm qəsəbəsindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gələrkən, xəstəxanaya çatmasına az qalmış yolun əks istiqamətində hərəkət edən YPX avtomobili önündən keçmiş, daha sonra avtomobilin sayrışan işıqlarını qoşaraq dönüb onun arxasınca gəlməyə başlamışdır. Lakin YPX avtomobili işıqları ona işarə vermək məqsədilə yandırsa da, mikrofon vasitəsilə avtomobili saxlamaq barədə hər hansı göstəriş verilmədiyindən o, polisin ona saxla əmri verməsini anlamamışdır. Həmin vaxt isə avtomobilində xəstə olduğu üçün xəstəxanaya çatmış və sağa dönərək xəstəxananın həyətinə daxil olaraq avtomobilini saxlamışdır. Bundan sonra YPX əməkdaşı da onun arxasında avtomobili saxlayaraq ona yaxınlaşmış və ona xəstəxanaya dönmədən öncə üfüqi nişanlanma xətlərinin tələblərini pozmasını, 1.1 xəttində ötmə əməliyyatı həyata keçirdiyini bildirmişdir. O, polis əməkdaşına etiraz edərək, ötmə əməliyyatını 1.7 qırıq–qırıq xəttində etdiyini və 1.6 xəttinə çatana qədər ötmə əməliyyatını yekunlaşdırmasını bildirmişdir. Bundan sonra isə YPX əməkdaşı bildirmişdir ki, guya sayrışan işıqları yandıraraq onun arxasınca gəldikdə o, saxla əmrinə tabe olmamışdır. Halbuki, həmin vaxt polis əməkdaşı ona saxlamaqla bağlı hər hansı göstəriş verməmişdir. Qeyd edir ki, o, polisin saxla əmrinə tabe olmamaq fikrində olsaydı, həmin vaxt xəstəxanaya tərəf dönməzdi və ərazidən uzaqlaşardı. Əksinə, YPX əməkdaşı ona saxla əmrini vermiş olsaydı, o, polisə tabesizlik göstərməzdi və avtomobilini saxlayardır. Hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.3–cü maddələrinin tərkibi yoxdur və onun tərəfindən hər hansı inzibati xəta hadisəsi törədilməmişdir. Belə olan halda, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və inzibati xəta haqqında iş üzrə qərarı əsassız hesab edir. Bu səbəbdən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin əməkdaşı X3 məhkəmə iclası zamanı göstərdi ki, İX taqım YPX inspektoru vəzifəsində işləyir. xx.xx.2023–cü il tarixdə X4 idarə etdiyi “Hyundai İ–30” markalı 57–CB–809 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, Zəyəm qəsəbəsindən Şəmkir Rayon Mərkəzi Xəstəxanası istiqamətində, yəni Bakı–Qazax yolunun 402–ci km–də hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş, bundan sonra YPX əməkdaşının dəfələrlə saxla əmrinə tabe olmamışdır. Bu səbəbdən şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.3– cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.3–cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Hazırda şikayətin dəlillərini qəbul etmir. Hesab edir ki, inzibati xəta hadisəsi tam obyektiv, hərtərəfli araşdırılmış və qanuni əsaslarla protokol tərtib edilmişdir. Bu səbəbdən Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarını qanuni və əsaslıdır. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2023–cü il tarixdə idarə etdiyi “Hyundai İ–30” markalı 57–CB–809 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı–Qazax yolunun 402–ci km–də hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş, həmçinin, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.3–cü maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.3–cü maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.3–cü maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Həmçinin, məhkəmə tərəfindən işə əlavə edilmiş CD diskə baxış keçirilmiş və X2 həqiqətən xx.xx.2023–cü il tarixdə idarə etdiyi “Hyundai İ–30” markalı 57– CB–809 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı–Qazax yolunun 402–ci km–də hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması, habelə, polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməməsi öz təsdiqini tapmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.3–cü maddələri ilə xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X2 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin, fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.3–cü maddələri ilə xx.xx.2023–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar