Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1549/2025 22.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Cəfərova Aygün Musa qızının katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki,Şəmkir Rayon Məhkəməsinin 2(076)-405/2023 sayılı xx.xx.2023-cü il tarixli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-2003/23sayılı,xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən tələb tam təmin edilməmişdir.Qalıq borc 13.730 manat təşkil edir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, lakin borclu icra sənədində göstərilən maneələri tam aradan qaldırmamışdır. Belə ki, borclu Şəxs əməli İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədi üzrə borcundan indiyə kimi heç bir ödəniş etməmişdir. Buna səbəb səhhəti ilə bağlı problemlərinin olmasıdır. Vaxt verilərsə 15 yanvar tarixində qardaşı Rusiyadan gəldikdən sonra borcunun bir hissəsini ödəyə bilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu indiyədək icra sənədi üzrə tələbi təmin etməkdən qəsdən yayınır. Borcundan heç bir ödəniş etməmişdir. Borcluya vaxt verilməsini istəmir. İcra sənədi üzrə tələbin dərhal və tam şəkildə təmin edilməsini istəyir. İş materiallarından olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-405/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, 19 sentyabr 2022-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il tarixdə doğulmuş Atəş və xx.xx.2008-cı il tarixdə doğulmuş Aysu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 150 manat məbləğində alimentin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarından olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-2003/2023 sayılı xx.xx.2023-cü il tarixli icra sənəsinə əsasən, cavabdeh Şəxs 1980 manat və 50 manat mediasiya xərci alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən təkrar icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Borclu Şəxs məhkəmə aktının tələbini icra etməmə səbəbini səhəti ilə əlaqələndirərək, üzrsüz səbəbdən təkrar icra etməmə halını inkar etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməli üzrə müəyyən olunmuş bir il müddətin üzrsüz səbəbdən təkrar icra etməməsi halı mövcud olduğundan, məhkəmə tərəfindən icra sənədi üzrə tələbi icra etməsi üçün tələbkara vaxt verilməsinə baxmayaraq tərəfin üzərinə götürdüyü öhdəliyi icra etməməsindən İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyət yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmədə borclu Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1(bir) ay 15 gün (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdə saat 17.30-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-1549/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1549/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver