Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-158/2023 01.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İX Tağım YP xidməti inspektoru polis baş serjantı X1 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Şəmkir şəhəri, Sabir küçəsi, ev-91, mənzil-6 da qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının İX Tağımdan daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının İX Tağım YP xidməti inspektoru polis baş serjantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim etmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mercedes Benz E220 CDİ Minik markalı, 99HX957 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da o İXM-in 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının İX Tağım YP xidməti inspektoru polis baş serjantı X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Şəmkir rayon YP postunda xidmətdə olan zaman Mercedes Benz E220 CDİ Minik markalı, 99HX957 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlamış və həmin avtomobili idarə edən Şəxs olması və onun sürücülük hüququ olmadığı müəyyən edilmişdir. Həmçinin Şəxs spirt iyi gəldiyi üçün alkotesterdə müayinə edilmiş və sərxoş olduğu məlum olmuşdur. Bu səbəblərdən həmin şəxsin barəsində protokol tərtib etmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs hazırda ödənilməmiş bir neçə cərimə borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abbasov X4 Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə özünü təqsirli hesab edərək ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə Mercedes Benz E220 CDİ Minik markalı, 99HX957 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Şəmkir rayon YP postunda saxlanılmış, onun sürücülük hüququ olmadan və sərxoş halda avtomobili idarə etməsi polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. O, spirtli içkini gecədən qəbul etmişdir. əvvəl törətdiyi inzibati xətalara görə cəriməni ödəmədiyi üçün sürücülük hüququ məhdudlaşdırılmışdır, hazırda da ödənilməmiş cərimələri vardır. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, İX Tağım YP xidməti inspektoru polis baş serjantı X3 tərəfindən Şəxs Mercedes Benz E220 CDİ Minik markalı, 99HX957 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanca qəbuln edilmişdir. Portal çıxarışından görünür ki, Şəxs sürücülük hüququ məhkəmə qərarı əsasında 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. İşmateriallarına əlavə edilmiş sərxoşluğun müayinəsi ilə bağlı alkotesterin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, 99HX957 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs yoxlama zamanı 0.765 promil sərxoş olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati xətaya dair portal məlumatdan görünür ki, Şəxs avtomobil idarə etməsi ilə əlaqədar 12 dəfə inzibati xəta törətmiş və barəsində tənbeh vermə haqqında qərarlar üzrə cərimə məbləğlərini dövlət büdcəsinə ödəməmişdir. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 334.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını və əvvəllər törətdiyi inzibati xəlara görə cərimə məbləğlərini ödəməməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 11:30-dan hesablansın. Qərаrın icrаsı Şəmkir rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən. Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-158/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-158/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver