Məhkəmə qərarları › İş №3(076)-158/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-158/2024

16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-158/2024 16.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi: X6 Zərərçəkmiş şəxs: X5 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş: X2 Müdafiəçi: Vəkil iştirakı ilə X2 Azərbaycan Respublikası İXM-nin 157–ci maddəsi ilə təqsirləndiirlməsinə dair Şəmkir RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 157–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, X3 07 yanvar 2024-cü il tarixdə saat 20:00 radələrində Şəmkir şəhəri, V.Abdullayev küçəsində yaşadıqları evdə arvadı X5 ailə münasibətlərinin pozulması zəminində baş vermiş mübahisə zamanı vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməsyən zərər yetirməklə qəsdən döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 izahatında göstərdi ki, X7 onun arvadıdır, lakin aralarında normal münasibətləri yoxdur. 07 yanvar 2024-cü il tarixdə saat 20:00 radələrində Şəmkir şəhəri, V.Abdullayev küçəsində yaşadıqları evdə olarkən arvadı ilə aralarında ailə münasibətlərinin pozulması zəmnində mübahisə yaranmış, mübahisə əsnasında əsəbiləşərək əli və ayağı ilə Lalənin bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bununla belə hazırda zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmandır. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkənmədən xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmə iclası zamanı izahatında göstərdi ki, X3 onun əridir. 07 yanvar 2024-cü il tarixdə saat 20:00 radələrində Şəmkir şəhəri, V.Abdullayev küçəsində yaşadıqları evdə olarkən aralarında ailə münasibətlərinin pozulması zəmnində mübahisə yaranmış, mübahisə əsnasında Berdimyrat Aydogdyyev əli və ayağı ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bununla belə hazırda X3 ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan aradan qaldırılmış və bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. X3 ilə zərərçəkmiş şəxs X7 barışmışlar. Zərərçəkmiş şəxsin hazırda X1 heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar