Məhkəmə qərarları › İş №3(076)-1587/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1587/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1587/2025 29.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Cəfərova Aygün Musa qızının katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Şəmkir rayonu doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-2358/2025 saylı xx.xx.2025-ci il tarixli və 2(076)-3307/2025 saylı xx.xx.2025-ci il tarixli xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə tələbləri təmin etməmişdir. Hazırda borc 16520.26 manat təşkil edir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, lakin borclu icra sənədlərində göstərilən maneələri tam aradan qaldırmamışdır. Belə ki, borclu Şəxs əməli İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədləri üzrə tələbin icrasından yayınmır. Borcu bir dəfəyə ödəməyə imkanı çatmır, lakin bu gün 500 manat ödəniş edə bilir. Bu səbəbdən barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, əgər bu gün 500 manat verirsə, hər ay da eyni qaydada ödəniş edəcəkdirsə, buna razıdır. Məhkəmədən ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarından görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-2358/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2025-ci il tarixdən başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir, eyni zamanda Şəmkir rayon Məhkəməsinin 2(076)-3307/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2025-ci il tarixdən başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. İş materiallarında olan ərizədən müəyyən edilir ki, tərəflər öz aralarında razılığa gəlmişlər və borclu tərəfindən tələbkar Zərərçəkmiş şəxs 500 manat ödənilmişdir. İş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır, hissə-hissə ödənilməsi ilə bağlı tələbkarla aralarında razılaşma əldə etdilər. Qısa zamanda ödəniş edəcəkdir. İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə şərtləndirmişdir. Hazırki, vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. İXM-nin 53.0.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və İXM-nin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar