Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-1593/2025 13.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Məhkəmə iclasının katibi: X1 Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-231901 inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30352584 saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarından Şəmkir Rayon Məhkəməsinə şikayət vermiş və şikayət qismən təmin edilərək 3(076)1079/2025 saylı qərarda qərara alınmışdır ki, xx.xx.2025-ci il tarixli, EQ 30352584 saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibatı tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Həmin mzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilmişdir BDYP tərəfindən isə yenidən araşdırma aparılaraq xx.xx.2025-ci il tarixli 16/1-231901 saylı inzibati xəta haqqnda iş üzrə qərarla yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinb 1200 manat cərimə edilmişdir. Qeyd edir ki, xx.xx.2025-ci il tarixli 16/1-231901 saylı inzibati xəta haqqında iş üzrə qərar heç bir əlavə araşdırma aparılmadan yeni sübut göstərilmədən formal mülahizə şəklində qəbul edilmiş,, bu barədə BDYPİ tərəfindən heç bir material toplanmamışdır. Halbu ki, məhkəmə onun ilk şikayətində xx.xx.2025-ci il tarıxlı, EQ 30352584 saylı qərarı əsassız hesab edib ləğv etmişdir və aidiyyəti quruma əlavə araşdırma aparılması tapşırılmışdır. Göründüyü kimi BDYPİ tərəfindən təqsiri sübuta yetirə biləcək heçbir xususat yoxdur. Odur ki barəsində tərtib edilmiş müvafiq qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi X2 və qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş DİN BDYP-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-231901 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1200 (bir min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. 122.1-ci madəsinə əsasən 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Məhkəmə aşağıda göstərilən əsaslara görə şikayət ərizəsinin təmin edilməsini, xx.xx.2025-ci il tarixli, “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” 16/1-231901 saylı Qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qərarı qəbul etmiş orqan məhkəmə tərəfindən göndərilən bildirişə cavab olaraq, inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün zəruri olan materialları və videogörüntüləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda şübhəli hallar barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin xeyrinə olmalıdır. Həmçinin hazırki iş üzrə sübutetmə öhdəliyi Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin üzərinə düşdüyündən və Azərbaycan Respublikası DİN-nin BDYPİ sübutetmə vəzifəsini yerinə yetirmədiyindən məhkəmə hazırki iş üzrə mübahisələndirilmiş qərarı onu qəbul etmiş orqan tərəfindən sübut edilmədiyini əsas götürərək həmin qərarı və onun doğurduğu nəticələrin ləğv edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli, ******* nömrəli, ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə məxsus tərəzi qəbzindən, təhvil aktından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 18:43-də sözügedən nəqliyyat vasitəsinin brutto çəkisi (nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi) 26600 kg olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, hazırda BDYPİ-nin mübahisələndirilən qərarı əvvəllərdə Şəmkir rayon məhkəməsinin qərarı ilə ləğv edilərək yenidən araşdırmaya göndərilmiş, lakin müvafiq qərarı qəbul etmiş orqan tərəfindən heç bir əlavə araşdırma aparılmadan,yeni sübutlar əldə olunmadan təkrar analoji qərar qəbul edilmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, sözü gedən inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasına dair şübhələr mövcud olduğundan, həmçinin həmin şübhələr elektron qərarı tərtib etmiş orqan tərəfindən aradan qaldırılmadığından həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət ərizəsi təmin edilməli və Azərbaycan Respublikasının DİN BDYPİ-nin inzibati tənbeh vermə xx.xx.2025ci il tarixli 16/1-231901 saylı qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5i İdarəsinin xx.xx.2025-ci il tarixli 16/1-231901 saylı qərarı ləğv edilsin və inzibati icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-1593/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-1593/2025
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver