Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-160/2024 21.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X7 Zərərçəkmiş şəxs: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs qızının Müdafiəçi: Vəkil iştirakı ilə xx.xx.1970-ci ildə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinə Şəxs qızının barəsində Azərbaycan Respublikası İXM– nin 157–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs qızı 15 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Şəmkir rayonu, Dəllər-Cəyir kəndində gəlini X2 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qızı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərdi ki, X3 onun gəlinidir. 15 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşadıqları evdə olarkən Çinarə anası ilə telefonda danışmış, daha sonra atası evinə getmək istədiyini demişdir. O isə etirazını bildirəndə Çinarə anidən əynindəki koftanın qolundan lezva çıxarmış və özünü kəsəcəyini demişdir. O, Çinarəyə mane olmağa çalışmış, onun özünə xəsarət yetirəcəyindən qoxmuş və qollarından tutaraq lezvanı əlindən almaq istəmişdir. Həmin vaxt lezva Çinarənin barmaqlarına dəyərək zədələmişdir. Həmçinin, lezva onun barmağını da cüzi kəsmişdir. Buna baxmayaraq, o, lezvanı Çinarənin əlindən alıb atmışdır. Həmin vaxt o, Çinarəni döyməmiş, onu vuraraq hər hansı xəsarət yetirməmişdir. Çinarənin boğazında olan xəsarəti isə hansı şəraitdə almasından məlumatı olmamışdır. Ola bilsin ki, həmin xəsarəti də Çinarə özü-özünə yetirmiş olsun. Hazırda özünü təqsirli hesab etmir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X3 göstərdi ki, Şəxs qızı onun qayınanasıdır. 15 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Şəmkir rayonu, Dəllər- Cəyir kəndində yaşadıqları evdə olarkən qayınanası ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs onu söyüb təhir etmiş, həmçinin, qollarından tutub sıxaraq ona fiziki ağrı yetirmişdir. Bu vaxt o, öz yataq otağından lezva götürərək, özünü öldürəcəyini demiş, daha sonra lezvanı tumbuçkanın üzərinə qoymuşdur. Laləzar isə lezavnı götürüb ona vermiş, o, lezvanı götürən zaman hər ikisinin əli zədələnmişdir. Onların səsinə qonşu Flora gəlmiş, bundan sonra o, evdən çıxıb getmişdir. Hazırda Şəxs qızından şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Şəxs qızı onun qonşusudur. 15 dekabr 2023-cü il tarixdə axşam saatlarında Laləzar ona zəng edərək çağırmış, o, Laləzargilə gedəndə gəlini Çinarənin oturub ağladığını görmüşdür. Həmin vaxt nə baş verməsini soruşmuş, bu zaman Çinarə heç bir əsaslı səbəb olmadan lezva çıxarıb əlinə xəsarət yetirmişdir. Laləzar dərhal lezvanı Çinarənin əlindən almaq istəmiş, həmin vaxt lezva hər ikisinin əlini kəsmişdir. Həmçinin, həmin vaxt Çinarənin bədəni üzərində hər hansı xəsarə izi olmamış, Çinarə döyülməsi barədə ona heç nə deməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Şəxs qızı onun qonşusudur, onun gəlini ilə münasibətləri hər zaman yaxşı olmuşdur. 15 dekabr 2023-cü il tarixdə Şəxs evinə gəlmiş, həmin vaxt Laləzarla gəlini Çinarə arasında hər hansı mübahisəli hal olmamış, əksinə mheriban vəziyyətdə olmuşlar. Həmin gün o, Laləzarın evində hər hansı səs-küy eşitməmiş və mübahisə görməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 1477 saylı ekspert rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər- alt çənənin sağ yarasının, boyunun sol yan səthinin sıyrıqları küt əşyanın təsirindən törənmiş, hər iki saidin ön səthinin və sol əlin 5-ci barmağının dırnaq falanqasının iç səthinin kəsilmiş səthi yaraları iti kənarlı əşya, ola bilsin ki, lezva ilə yetirilmiş, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Beləliklə, barəsində inzibati protokol tərtib edilmiş Şəxs qızının zərərçəkmiş şəxs X2 qəsdən vurması, döyməsi və ya ona hər hansı xəsarət yetirməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, zərərçəkmiş şəxsin bədən səthində aşkar edilmiş xəsarətlər ekspert rəyində göstərilsə də, həmin xəsarətlərin məhz barəsində protokol tərtib edilmiş şəxs tərəfindən yetirilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs isə yalnız öz izahatında göstərdiyi dəlillərə əsaslanaraq barəsində protokol tərtib edilmiş şəxsin ona xəsarət yetirməsini bildirməklə kifayətlənmişdir. Əksinə, məhkəmə iclasında dindirilmiş şahidlər yuxarıda qeyd olunan tarixdə Şəxs qızının gəlini X2 vurmamasını bildirmiş, şahidlərdən Flora Namazova həmin gün Çinarənin lezva çıxarıb öz əlinə xəsarət yetirməsini, Laləzarın dərhal lezvanı Çinarənin əlindən almaq istəməsini, həmin vaxt lezvanın hər ikisinin əlini kəsməsini göstərmişdir. Bütün bu hallar isə onu deməyə əsas verir ki, Şəxs qızının gəlini X2 döyərək xəsarət yetirməsi halı istisna edilir. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 157–ci maddəsindən görünür ki, şəxsin inzibati tənbehə məruz qalması üçün onun döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağır yetirməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası İXM–nin 157–ci maddəsinin tərkibinin yaranması üçün əməl qəsdən törədilməlidir. Məhkəmə hesab edir ki, Şəxs qızının zərərçəkmiş şəxs X2 qəsdən döyməsi və ya ona qəsdən fiziki ağrı yetirməsi iş materialları ilə istisna olunur və belə olan halda tərəflər arasında qəsdən döymə ilə bağlı hadisə baş verməmişdir. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-160/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-160/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver