Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-162/2024 19.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1999-cu ildə Gədəbəy rayonu, Çaldaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsill, evli, işləməyən, Şəmkir rayonu, Tatarlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə, Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1088/2023 saylı icra sənədi üzrə tələbləri o cümlədən, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tələbkar Zərərçəkmiş şəxs hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək Aysun və Elşən adlı uşaqları ilə sərbəst qaydada görüşmək hüququ təmin edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə onun icraatına daxil olmuş və həmin tarixdə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərmişdir. Lakin Şəxs qətnamədə müəyyən edilmiş günlərdə uşaqları icra şöbəsinə gətirməmişdir. Belə ki, borclu Şəxs Şəmkir rayonu, Tatarlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır və həftəsonları kənddən Şəmkir şəhərinə marşurut xətti işləmədiyini bildirərək, həftənin şənbə və bazar günləri uşaqları gətirə bilməmişdir. Bununla belə Şəxs tələbkarın uşaqları ilə Şəmkir rayonu, Tatarlı kəndində görüşməsinə etiraz etmir. Lakin tələbkar Zərərçəkmiş şəxs borclunun yaşadığı ünvana getmək istəmir və uşaqları ilə Şəmkir şəhərində görüşməsini tələb edir. Bununla da Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək Aysun və Elşən adlı uşaqları ilə sərbəst qaydada görüşmək hüququ təmin edilmişdir. Hazırda tələbkarın uşaqları ilə görüşməsinə etiraz etmir. Lakin yaşadığı Şəmkir rayonu, Tatarlı kəndindən həftəsonları Şəmkir şəhərinə marşurut xətti işləmir. Bu səbəbdən həftəsonları uşaqları gətirə bilmir. Onun isə hər həftənin şənbə və bazar günləri Şəmkir şəhərinə gəlməsinə və yenidən yaşadığı kəndə qayıtmasına görə əlavə avtomaşın tutmasına maddi imkanı yoxdur. Bununla belə tələbkarın Şəmkir rayonu, Tatarlı kəndindən uşaqları ilə görüşməsinə, hətta qətnamədə nəzərdə tutulanda da əlavə müddətdə görüşməsinə razıdır. Belə olan halda hesab edir ki, qərəzli şəkildə icra sənədinin icrasından boyun qaçırmır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək Aysun və Elşən adlı uşaqları ilə sərbəst qaydada görüşmək hüququ təmin edilmişdir. Lakin borclu onun uşaqları ilə görüşməsinə maneçilik yaratmışdır. Belə ki, qətnamədə müəyyən edilmiş günlərdə borclu uşaqları görüş üçün icra şöbəsinə gətirməkdən boyun qaçırmış, onun Şəmkir rayonu, Tatarlı kəndinə getməsini tələb etmişdir. Lakin onun qayınanası ilə aralarında problemlər olduğundan oraya getmək və qayınanası ilə qarşılaşmaq istəmir. Hesab edir ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş tələbləri qərəzli şəkildə yerinə yetirməkdən yayınır. Hazırda Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs hər həftənin şənbə və bazar günləri saat 12:00-dan 17:00dək Aysun və Elşən adlı uşaqları ilə sərbəst qaydada görüşmək hüququ təmin edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi könüllü icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Məhkəmə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədində tələbkarın uşaqları ilə görüş hüququnun hər həftənin şənbə və bazar günləri saat 12:00dan 17:00-dək təmin edilməsini, eləcə də, borclunun Şəmkir şəhərindən kifayət qədər uzaq məsafədə yerləşən Tatarlı kəndində yaşamasını, habelə, həftəsonları həmin kənddən Şəmkir şəhərinə marşurut xəttinin işləməməsini nəzərə alaraq qeyd edir ki, hazırki vəziyyətdə Şəxs icra sənədi üzrə tələbləri, o cümlədən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qərəzli şəkildə boyun qaçırması halı müəyyən edilmir. Belə ki, icra məmurunun, tələbkarın və borclunun izahatları ilə müəyyən olunur ki, Şəxs icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən boyun qaçırmamış, əksinə tələbkarın hətta qətnamədə nəzərdə tutulanda da əlavə müddətdə uşaqları ilə görüşməsinə razı olmasını bildirmişdir. Yalnız, tələbkar üzrlü səbəblərdən həftəsonları uşaqları Şəmkir şəhərinə-icra şöbəsinə gətirə bilməməsini bildirmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Şəmkir Rayon Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-162/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-162/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver