Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-165/2024 19.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-in sahə rəisi: X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 27 yanvar 2024–cü il tarixdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində, “Günəş” Ticarət Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs məxsus masanın üzərindən cəmi dəyəri 466 manat olan lotoreyaları talamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında qismən təqsirli bilərək izahatında göstərdi ki, 27 yanvar 2024–cü il tarixdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində, “Günəş” Ticarət Mərkəzinin qarşısında adını bilmədiyi və lotoreya satan şəxsə yaxınlaşmış, köhnədən uduşlu olan lotoreyaları yenisi ilə dəyişmək istəmişdir. Lakin həmin vaxt masanın üzərində olan və cəmi dəyəri 100 manat təşkil edən lotoreyaları oğurlamışdır. Hazırda özünü qismən təqsirli bilir. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus 466 manat dəyərində deyil, yalnız 100 manat dəyərində lotoreyaları talamışdır. Hazırda əməlindən peşmandır, maddi imkanı olmadığından zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilmir. Ona görə də məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı göstərdi ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində, “Günəş” Ticarət Mərkəzinin qarşısında masanın üzərində 1,2,3,5 və 10 manatlıq lotoreya satmaqla qazanc əldə edir. 27 yanvar 2024–cü il tarixdə qazanılmış lotoreyaları dəymək üçün mağazaya getmiş, masanı isə boş qalmasın deyə kürəkəni Fuad Həsənova və tanışı Niyaməddin adlı şəxsə tapşırmışdır. Həmin vaxt masanın üzərində 1.200 manat dəyərində lotoreya olmuşdur. Geri qayıtdıqda 466 manat dəyərində lotoreyaların əksik olmasını görmüş, bu barədə Fuad və Niyaməddindən soruşduqda onlar məlumatlarının olmamalarını bildirmişlər. Lotoreyaların oğurlanmasını güman etmiş və dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, ona məxsus lotoreyaları Şəxs talamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən Şəxs oğlundan şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Məhkəmə, Şəxs özünü qismən təqsirli bilməsi, yəni yalnız 100 manat dəyərində lotoreyaları talaması ilə bağlı bildirdiklərinə tənqidi yanaşır, onun izahatını özünü müdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Eləcə də, iş materiallarında olan CD diskə məhkəmə tərəfindən baxış keçirilmiş və həqiqətən Şəxs 27 yanvar 2024–cü il tarixdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində, “Günəş” Ticarət Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs məxsus masanın üzərindən lotoreyaları talaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 19 fevral 2024-jü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-165/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-165/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver