Məhkəmə qərarları › İş №3(076)-165/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-165/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-165/2025 18.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi, Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisi: X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi: X5 iştirakları ilə, xx.xx.1991-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-də idarə qulluqçusu işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2016-cı il tarixli, 2(076)-4372/2016 saylı, Şəmkir 1 saylı Notariat Kontorunun 8İ-6470 nömrəli, xx.xx.2023-cü il tarixli, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-239/2023 saylı və 2(010)-3905/2023 saylı icra sənədləri üzrə yaranmış borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, Şəxs Аzərbaycan Рespublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun əsaslarını müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2016-cı il tarixli, 2(076)-4372/2016 saylı, Şəmkir 1 saylı Notariat Kontorunun 8İ-6470 nömrəli, xx.xx.2023-cü il tarixli, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-239/2023 saylı və 2(010)-3905/2023 saylı icra sənədlərinə əsasən, Şəxs, X2 və X8 müştərək qaydada 1711 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-yə ödənilməli, həmçinin, borclu Şəxs 50000 manat pul vəsaiti və 25 manat dövlət rüsumu alınaraq tələbkar X6 ödənilməli, həmçinin, borclu Şəxs 62900 manat pul vəsaiti və 279 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməli, həmçinin, borclu Şəxs 56185 manat pul vəsaiti və 259 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Lakin, Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək ondan borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu tam şəkildə ödəməmişdir.Əvvəllərdə barəsində inzibati qaydada tədbir görülmüş, lakin borclu bir nəticə çıxarmamışdır. Dəfələrlə Şəxs icra və probasiya şöbəsinə çağırılsa da, çağırışlardan boyun qaçırmış, icra sənədini icra etməkdən yayınmışdır. Həmçinin sonradan borclu yaşadığı ünvanda tapılmadığı üçün barəsində axtarış verilmiş, sonradan polis şöbəsinin əməkdaşlarının köməyi ilə icra idarəsinə gətirilmişdir. Hazırda icra sənədləri üzrə yekun olaraq icra edilməmiş 124448 manat və 1711 ABŞ dolları məbləğində borc, 20 manat rüsum borc vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin izahatına əlavə olaraq bildirmişdir ki, Şəxs “Pro Kredit BOKT ASC” ilə razılaşmalarına dair razılaşma protokolu əlavə etsədə, hazırda 18 fevral 2025-ci il tarixdə Şəmkir rayon İcra və Probasiya şöbəsinin elektron ünvanına “Pro Kredit BOKT ASC” -dən ərizə daxil olmuşdur, həmin ərizəyə əsasən “Pro Kredit BOKT ASC” Şəxs barəsində icra sənədinin icrasından yayındığından ötrü onun barəsindı icra tədbirləri görülməsini xahiş etmişdir. Tələbkarlardan hər biri öz borcunu tələb edir və borclu ilə aralarında hər hansı bir razılaşma olmasına dair şöbəyə sənəd təqdim etməmişlər. Odur ki, protokolu müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2016-cı il tarixli, 2(076)-4372/2016 saylı, Şəmkir 1 saylı Notariat Kontorunun 8İ-6470 nömrəli, xx.xx.2023-cü il tarixli, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-239/2023 saylı və 2(010)-3905/2023 saylı icra sənədlərinə əsasən, ondan, X2 və X8 müştərək qaydada 1711 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-yə ödənilməli, həmçinin, borclu ondan 50000 manat pul vəsaiti və 25 manat dövlət rüsumu alınaraq tələbkar X6 ödənilməli, həmçinin, ondan 62900 manat pul vəsaiti və 279 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməli, həmçinin, ondan 56185 manat pul vəsaiti və 259 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Lakin, maddi imkanı olmadığından borcunu ödəməkdə çətinlik çəkir. Hazırda borcunu ödəyə biləcək əmlakı yoxdur, hazırki vaxtda ödəniş edə bilmir, ona müəyyən qədər vaxt verilməsini tələb edir, həmçinin tələbkarlardan biri -“Pro Kredit BOKT ASC” ilə aralarında razılaşma vardır və bu barədə razılaşma protokolunu izahatına əlavə etmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X10 məhkəmə iclası zamanı izahatında bildirdi ki, Şəxs borcunu ödəyir, onun tələbkar ilə razılaşması var, əlavə olaraq ödəniş etməsi üçün ona 1 həftə vaxt verilməsini istəyir, həmçinin, hazırki maddi vəziyyəti nəzərə alınmalıdır. Ona görə də işə xitam verilməsini xahiş edir. Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2016-cı il tarixli, 2(076)-4372/2016 saylı, Şəmkir 1 saylı Notariat Kontorunun 8İ-6470 nömrəli, xx.xx.2023-cü il tarixli, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-239/2023 saylı və 2(010)-3905/2023 saylı icra sənədləri üzrə tələbkarlara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2016-cı il tarixli, 2(076)-4372/2016 saylı, Şəmkir 1 saylı Notariat Kontorunun 8İ-6470 nömrəli, xx.xx.2023-cü il tarixli, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-239/2023 saylı və 2(010)-3905/2023 saylı icra sənədlərinə əsasən, Şəxs, X2 və X8 müştərək qaydada 1711 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-yə ödənilməli, həmçinin, borclu Şəxs 50000 manat pul vəsaiti və 25 manat dövlət rüsumu alınaraq tələbkar X6 ödənilməli, həmçinin, borclu Şəxs 62900 manat pul vəsaiti və 279 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməli, həmçinin, borclu Şəxs 56185 manat pul vəsaiti və 259 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2016-cı il tarixli, 2(076)- 4372/2016 saylı, Şəmkir 1 saylı Notariat Kontorunun 8İ-6470 nömrəli, xx.xx.2023-cü il tarixli, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-239/2023 saylı və 2(010)- 3905/2023 saylı icra sənədləri üzrə icraat birləşdirilərək, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Borclunun axtarışı haqqında” qərardan görünür ki, borclu Şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-239/2023 saylı və 2(010)-3905/2023 saylı icra sənədləri üzrə axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, tələbkar Pro kredit Bokt” ASC tərəfindən borclu Şəxs tərəfindən ödəniş edilmədiyindən onun barəsində icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, borclu Şəxs "xxxx" ASC-yə 17244 manat qalıq borcu var. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, borclu Şəxs tələbkar X3 olan borcu 44025 manat təşkil edir və tələbkar borcun ödənilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli razılaşma protokolundan görünür ki, Şəxs tərəfindən ümumilikdə 8500 manat borcun ödənilməsi 2025-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına bölünmüş, eləcə də hər ayın sonunda ödənişin həyata keçirilməsi nəzərdə tutulmuş, ödəniş növbəti aya keçəcəyi halda isə razılaşmanın qüvvədən düşməsi göstərilmişdir. Lakin eyni zamanda iş materiallarından görünür ki, borclunun ümumi borcu 8500 manatdan dəfələrlə çox, yəni 124448 manat və 1711 ABŞ dolları, 20 manat dövlət rüsümü təşkil edir. Ümumilikdə isə "xxxx" ASC tərəfindən İcra və Probasiya şöbəsinə göndərilmiş 18 fevral 2025-ci il tarixli məktubdan görünür ki, borclu tərəfindən həyata keçirilmiş ödəmələr hesablanandan sonra hazırki gün üçün "xxxx" ASC-yə borclunun 17244 manat pul vəsaiti və 259 manat dövlət rüsümü, həmçinin 62900 manat pul vəsaiti və 279 manat dövlət rüsümü məbləğində ödənilməmiş borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-239/2023 saylı və 2(010)-3905/2023 saylı icra sənədlərinin icrasından yayınan Şəxs barəsində icra tədbirləri görülməsi tələbkar "xxxx" ASC tərəfindən xahiş edilmişdir. İş materiallarında olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, hazırda 124448 manat borcu, 1711 ABŞ dolları borcu, 20 manat rüsum borcu təşkil edir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədlərini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Əliyev X13 Rayon Məhkəməsinin, xx.xx.2016-cı il tarixli, 2(076)-4372/2016 saylı, Şəmkir 1 saylı Notariat Kontorunun 8İ-6470 nömrəli, xx.xx.2023-cü il tarixli, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-239/2023 saylı və 2(010)-3905/2023 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz olaraq 124448 manat borcu, 1711 ABŞ dolları borcu, 20 manat rüsum borcunu ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, borcun miqdarını, tələbkarların çoxluğunu və bu kimi halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, həmin inzibati xəta haqqında işə baxılarkən, inzibati xəta törətmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, ona hüquqi yardım dövlətin vəsaiti hesabına, Şəmkir rayon vəkil bürosunun vəkili X10 tərəfindən göstərilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 saylı qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli 21 saylı qərarının 1.1-ci bəndinə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 2 manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. İş materiallarında olan Dövlət büdcəsi hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatından görünür ki, X1 Əli Ramiz oğlunun barəsində olan inzibati xəta haqqında, iş materialları ilə tanış olmağa və məhkəmə iclaslarında iştirak etməyə görə iki saat vaxt sərf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, X9 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına iş materialları ilə tanış olmağa və məhkəmə iclaslarında iştirak etməyə sərf edilmiş ümumilikdə 1 saata görə 6 manat ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Şəxs, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 18 fevral 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəmkir Rayon Vəkil Bürosunun vəkili X9 iş materialları ilə tanış olması və məhkəmə baxışında iştirak etdiyi saatlara, ümumilikdə 1 saata görə 6 manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 805670; Bankın VÖEN-i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN-i: **********). Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar