Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-166/2025 13.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Azərbaycan Respublikası DİN–nin BDYPİ–nin Yol–Patrul Xidməti Alayının İX Tağım YPX-nin inspektoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cahangir oğlunun iştirakları ilə xx.xx.1960-cı ildə Gürcüstan Respublikasının Laqodexi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Balakən rayonu, Mahamalar kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Cahangir oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: xx.xx.2025–ci il tarixdə Bakı-Qazax yolunun 380-ci km-də Şəxs Cahangir oğluna məxsus X5 1840LS YÜK markalı, 99RL032 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Yol-Patrul Xidməti Alayının İX Tağım Yol patrul xidməti inspektoru X2 tərəfindən baxış keçirilərkən həmin avtomobilə müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalları ilə təchiz edilməsi halına yol verdiyi müəyyən edilmişdir. Bu hərəkətləri ilə Şəxs Cahangir oğlu Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Cahangir oğlu məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi X5 1840LS YÜK markalı, 99RL032 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax avtomobil yolunun 380-cı kilometrliyində Şəmkir rayonu ərazisində hərəktədə olduğu zaman İX tağımın inspektoru, polis baş serjantı X2 tərəfindən əsassız olaraq saxlanılmış, sonuncu tərəfindən avtomobilin üzərində olan, zavod üsulu ilə yerləşdirilmiş siqnal və ön işıq cihazının içərisində olan, yalnız avtomobilin qapısını açarkən 3 saniyə ərzində yanıb sönən işığa görə inzibati protokol tərtib edəcəyini bildirərək 300 manat rüşvət tələb etmişdir. O isə qeyd edilən məbləği vermədikdə Çingiz Xəlilov Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsi ilə 500 manat cərimə olunmağı barədə İXP ******* inzibati protokol tərtib etmişdir. O həmin inzibati protokolu imzalamaqdan imtina etdiyinə görə həmin vaxt tək xidmət apardığına görə Çingiz Xəlilov onu stasionar posta dəvət etmiş, orada siqnalı açıb özülə götürüb gedəcəyini, heç bir məsuliyyətə cəlb edilməyəcəyini bildirərək posta dəvət etmiş, orada isə digər əməkdaşların da iştirakı ilə ona təzyiq edərək protokolu imzalamağa məcbur etmişdir. Həmçinin qeyd edilən siqnal cihazını müsadirə etmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, həmin avtomobil 2018-ci ildən etibarən Azərbaycan Respublikası ərazisinə gətirilmiş, bu formada idarə olunmuşdir. Bu günədək həmin siqnal və işıq cihazı dəfələrlə DYP postlarında yoxlanılmış, lakin hər hansı xəbərdarlıq elan edilməmiş və inzibati məsuliyyət tətbiq edilməmişdir. Odur ki, izahatında göstərilənləri nəzərə almaqla, qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası DİN–nin BDYPİ–nin Yol–Patrul Xidməti Alayının İX Tağım YPX-nin inspektoru X2 göstərdi ki, Yol–Patrul Xidməti Alayının İX Tağım YPX-nin inspektoru vəzifəsində işləyir. xx.xx.2025–ci il tarixdə Bakı-Qazax yolunun 380-ci km-də Şəxs Cahangir oğlunun idarə etdiyi X5 1840LS YÜK markalı, 99RL032 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən saxlanılmış və həmin avtomobilə baxış keçirilərkən həmin avtomobilə müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalları ilə təchiz edilməsi halına yol verdiyi müəyyən edilmişdir. Bundan sonra “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə Akt” tərtib etmiş və sürücünün özü tərəfindən həmin səs siqnalı sökülərək təhvil verilmiş. Bundan sonra sürücü Şəxs hüquq və vəzifələri izah edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9–cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə elan olunaraq surəti təqdim olunmuşdur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında göstərilənləri qəbul etmir. Belə ki, sürücü Şəxs saxlanılarkən, eləcədə barəsində protokol tərtib olunarkən onun hüquq vəzifələri tam olaraq izah olunmuş, sonuncuya qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. İnzibatı materiala əlavə olunmuş videogörüntülərin köçürüldüyü CD diskdə hər şey ətraflı əks olunmuşdur. Hesab edir ki, inzibati xəta hadisəsi tam obyektiv, hərtərəfli araşdırılmış və qanuni əsaslarla protokol tərtib edilmişdir. Odur ki, izahatında göstərilənləri nəzərə almaqla, qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs Cahangir oğlunun qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Məhkəmə tərəfindən işə əlavə edilmiş CD diskə baxış keçirilmiş və Şəxs Cahangir oğlunun həqiqətən xx.xx.2025–ci il tarixdə Bakı-Qazax yolunun 380-ci km-də X5 1840LS YÜK markalı, 99RL032 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalları ilə təchiz edilməsi halına yol verməsi öz təsdiqini tapmışdır. Belə ki, “X4” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin İV bəndində göstərilmişdir ki, dövlət standartları ilə müəyyən edilmiş rəng qrafikası sxemlərindən və rənglərin birləşdirilməsindən, habelə gücü dəyişən işıqlardan və avazı dəyişən çoxavazlı siqnallardan digər nəqliyyat vasitələrinin istifadə etməsi qadağandır. Həmin Qanunun Vİ bəndində göstərilmişdir ki, xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xüsusi qeydiyyatdan keçməlidirlər. Belə səs və işıq siqnallarının quraşdırılmasına bu Qanunda nəzərdə tutulmuş hallarda icazə verilir. Həmin Qanunun Vİİ bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan, xüsusi çoxavazlı səs və sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrlə və yaxud operativ xidmətlərin nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Cahangir oğlunun törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermis olduğu izahatında İX tağımın inspektoru, polis baş serjantı X2 tərəfindən saxlanılarkən polis əməkdaşı tərəfindən 300 manat məbləğində rüşvət tələb etməsini bildirsədə, qeyd olunan halla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş, həmçinin protokola əlavə edilmiş videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən, polis əməkdaşı tərəfindən sürücü saxlanıldıqdan sonra hüquq və vəzifələrinin izah olunduğu, protokolla razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunduğu və protokol sürücü tərəfindən imzalandıqdan sonra protokolun surətinin sürücüyə təqdim olunduğu videogörüntülərdə öz əksini tapmış, həmin vaxt sürücü tərəfindən hər hansı etirazının olması halları müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Cahangir oğlunun törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs Cahangir oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olmuş predmet xüsusi (çoxavazlı) səs siqnalları müsadirə edilməklə, Şəxs Cahangir oğluna cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şəxs Cahangir oğlu Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş predmet xüsusi (çoxavazlı) səs siqnalları müsadirə edilməklə 500 (beş) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-166/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-166/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver