Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-167/2024 21.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə həbs edilmiş, Şəmkir rayonu, Yeni-Həyat kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1061/2021 saylı qətnaməsi ilə Şəxs qızıl-zinət əşyaları, yani 1 ədəd tros sep 21 qram, 1 ədəd bruq sep 12 qram, 1 ədəd moruq sep 50 qram, 1 ədəd şarik sep 35 qram, 1 ədəd sep 11 qram, 1 ədəd yakır sep 9 qram, 1 ədəd moruq sep 20 qram, 1 ədəd tros sep 24 qram, 1 ədəd tros sep 20 qram, 1 ədəd rekert sep 10 qram, 1 ədəd moruq sep 41 qram, 1 ədəd tros sep 27 qram, 1 ədəd zincir sep 17 qram, 1 ədəd paxlava sep 29 qram, 1 ədəd bismark sep 20 qram, 1 ədəd paxlava üzük, 1 ədəd yaşıl üzük, 1 ədəd zümrüd dəst, onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri, 24931 manat və X1 qızıl zinət əşyaları yani 1 ədəd badam karnitur, 1 ədəd gül dəst, 1 ədəd sallama sırğa, 1 ədəd rubin ləçək dəst, 1 ədəd samovar zümrüd klon, 1 ədəd ay-ulduz saat, 1 ədəd baxçasaray dəst, 1 ədəd yakır sırğa, 1 ədəd paxlava üzük, 1 ədəd gül sırğa, 1 ədəd safir qolbağ, 1 ədəd zümrüd qolbağ, 1 ədəd üç qaşlı dəst, 1 ədəd zümrüd dəst, 1 ədəd buz klon, 1 ədəd samovar klon, 1 ədəd gül üzük, 1 ədəd zümrüd dəst, 1 ədəd paxlava üzük, 1 ədəd yeddi gözəl sırğa, 1 ədəd moruq sep 33 qram, 1 ədəd moruq sep 36 qram, 1 ədəd silsilə sep, 1 ədəd paxlava sep 48 qram, 1 ədəd tros sep 29 qram, 1 ədəd tros sep 19 qram, 1 ədəd 11 qram sep, 1 ədəd 23 qram qolbağ, 1 ədəd 28 qram midas sep, 1 ədəd 59 qram moruq sep, 1 ədəd ulduz dəst, 1 ədəd tək qaşlı dəst, 1 ədəd sallama sırğa, 1 ədəd nal klon, 1 ədəd paxlava safir üzük üzük puklu, 1 ədəd qırmızı klon onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri, 62000 manat alınaraq tələbkar X4 verilməsi qət edilmişdir. Borclu icra sənədinə əsasən tələbkara olan borcunu ödəməkdən imtina etmiş təfərlərindən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə həbs olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Hazırda borclunun icra sənədini üzrə 24931 manat borcu vardır və vaxt verilməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü təqsirli bilir. O, inzbati qaydada həbs edildikdən sonra heç bir ödəniş edə bilməmişdir. Belə ki, onun tələbkar olduğu icra sənədi üzrə borclu Elnarə borcunu ödəyəcəyini bildirsə də ona heç bir ödəniş etməmişdir. Onun maddi imkanı olmadığı üçün böyrəyində yaranmış xərcəng xəstəliyini müalicə etdirə bilmir. O, onkoloji xəstə olduğundan işləyib ödəniş edə bilməmişdir və əməliyyata ehtiyacı var. O, hazırda heç bir yerdə işləmir. Ancaq ona vaxt verilərsə növbəti aylarda borcundan azda olsa ödəniş edəbilər. Onkoloji xəstə olmasını nəzərə alınaraq məhkəmədən onun cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tələbkar X4 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1061/2021 saylı qətnaməsi ilə Şəxs qızıl-zinət əşyaları, yani 1 ədəd tros sep 21 qram, 1 ədəd bruq sep 12 qram, 1 ədəd moruq sep 50 qram, 1 ədəd şarik sep 35 qram, 1 ədəd sep 11 qram, 1 ədəd yakır sep 9 qram, 1 ədəd moruq sep 20 qram, 1 ədəd tros sep 24 qram, 1 ədəd tros sep 20 qram, 1 ədəd rekert sep 10 qram, 1 ədəd moruq sep 41 qram, 1 ədəd tros sep 27 qram, 1 ədəd zincir sep 17 qram, 1 ədəd paxlava sep 29 qram, 1 ədəd bismark sep 20 qram, 1 ədəd paxlava üzük, 1 ədəd yaşıl üzük, 1 ədəd zümrüd dəst, onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri, 24931 manat və X1 qızıl zinət əşyaları yani 1 ədəd badam karnitur, 1 ədəd gül dəst, 1 ədəd sallama sırğa, 1 ədəd rubin ləçək dəst, 1 ədəd samovar zümrüd klon, 1 ədəd ay-ulduz saat, 1 ədəd baxçasaray dəst, 1 ədəd yakır sırğa, 1 ədəd paxlava üzük, 1 ədəd gül sırğa, 1 ədəd safir qolbağ, 1 ədəd zümrüd qolbağ, 1 ədəd üç qaşlı dəst, 1 ədəd zümrüd dəst, 1 ədəd buz klon, 1 ədəd samovar klon, 1 ədəd gül üzük, 1 ədəd zümrüd dəst, 1 ədəd paxlava üzük, 1 ədəd yeddi gözəl sırğa, 1 ədəd moruq sep 33 qram, 1 ədəd moruq sep 36 qram, 1 ədəd silsilə sep, 1 ədəd paxlava sep 48 qram, 1 ədəd tros sep 29 qram, 1 ədəd tros sep 19 qram, 1 ədəd 11 qram sep, 1 ədəd 23 qram qolbağ, 1 ədəd 28 qram midas sep, 1 ədəd 59 qram moruq sep, 1 ədəd ulduz dəst, 1 ədəd tək qaşlı dəst, 1 ədəd sallama sırğa, 1 ədəd nal klon, 1 ədəd paxlava safir üzük üzük puklu, 1 ədəd qırmızı klon onların qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri, 62000 manat alınaraq tələbkar X4 verilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmiş, izahatı alınmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə həbs olunmuşdur. Borclu tərəfindən icra sənədi üzürlü bir səbəb olmadan icra edilməmiş, 24931 manat borcu yaranmışdır. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi isə, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, icra sənədi icraata qəbul edildiyi vaxtadan keçən müddət ərzində ödənişin edilməməsi, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə hazırda borcunu ödəmək niyyəti yoxdur. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş Şəxs tibb mərkəzinin ulturasəs və tomoqrafiya müayinəsinin nəticəsindən görünür ki, Şəxs böyrək aşağı 1/3-də posteriorda, böyrək korteksindən ekzofit böyümüş, hamar konturlu hterogen kontrastlanan venoz fazada washout göstərən, 39x37 mm ölçüdə törəmə qeyd edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, onun onkoloji xəstə olmaqla müalicəyə ehtiyacı olmasını, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. drlik ür. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-167/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-167/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver