Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-168/2024 28.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəmkir şəhəri, Həzi Aslan küçəsində qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00200-00399/24 saylı protokol baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(062)-96/2024 saylı qərardadı ilə inzibati iş aidiyyatı üzrə baxılması üçüç Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəmkir rayonu, Şəmkir şəhəri, Həzi Aslanov ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə **********0268 saylı gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasında qeydiyyatda olan OOO «Capмaнт-ЮГ» firmasına göndərilmiş "Təzə kartof” yükünün müqabilində ödənilməli olan 6975.00 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş və bununlada qeyd olunan fiziki şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Gaydalarına dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 1233 nömrəli Fərmanına əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Bununla əlaqədar "xxxx" MMC-nin bəyannamə üzrə göstərilmiş hüquqi ünvanına 08.12 2023-cü il tarixli 3-33-2000/2- 002560/2023 saylı məktub göndərilmiş, lakin bu günə qədər yuxarıda adı qeyd olunan firma ixrac etdiyi yükə görə ödənilməli olan məbləğin müvəkkil bankda olan hesablarına köçürülüb köçürülməməsi barədə Tovuz Gömrük İdarəsinə heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan faktla bağlı Tovuz Gömrük idarəsi Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə, 00200-00399/24 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində ödənilməli olan 6975.00 ABŞ dolları məbləğində vəsaitin müvəkkil banka ödənilməsinin təmin olunmamasının səbəbinin aydınlaşdırılması məqsədilə izahat verilməsi üçün xx.xx.2024-cü il tarixli, 3-33-2000/2- 000140/2024 saylı məktubla Şəmkir rayonu, Şəmkir şəhəri, Həzi Aslanov ünvanında qeydiyyatda olan "xxxx" MMC-yə müraciət olunmuşdur. Lakin bu günə kimi "xxxx" MMC tərəfindən Tovuz Gömrük İdarəsinə nümayəndə göndərilməmiş və qeyd olunan məsələ üzrə münasibət bildirilməmişdir. İş üzrə icraat zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezdeıitinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının tomin edilməsi və eyni zamanda Qanunun 12 2. və 12.3.-cü bəndlərinin tələblərinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Beləliklə "xxxx" MMC tərəfindən konsiqnasiya əməliyyatı əsasında ixrac edilmiş “Təzə kartof” yükünün dair müvəkkil banklara ödənilməli olan 6975.00 ABŞ dolları məbləğində vəsaitin ödənilməsi təmin olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, o, Şəxs MMC onun adına qeydiyyatdan keçmişdir, o, üç şirkət işlədir. Onun işlərinin çoxluğundan həmin məbləğ gözdən yayınıb, bu səbəbdən 6975.00 ABŞ dolları məbləğində valyuta vəsaitində pulu ölkəyə qaytara bilməmişdir. 240 gün olar ki, o, həmin malları ölkə xaricinə göndərmişdir. O həmin məbləği 1 həftə ərzində ölkəyə gətirəcəkdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş Tovuz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmçinin Şəxs MMC-nin nümayəndəsi X1 məhkəmə iclasına üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə Tovuz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin nümayəndəsinin və Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab edir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu. İnzibati materialda olan sənədlərdən görünür ki, "xxxx" MMC-nin bəyannamə üzrə göstərilmiş hüquqi ünvanına 08.12 2023-cü il tarixli 3-33-2000/2-002560/2023 saylı məktub göndərilmiş, lakin bu günə qədər yuxarıda adı qeyd olunan firma ixrac etdiyi yükə görə ödənilməli olan məbləğin müvəkkil bankda olan hesablarına köçürülüb köçürülməməsi barədə Tovuz Gömrük İdarəsinə heç bir sənəd təqdim etməmişdir. Araşdırma ərzində ödənilməli olan 6975.00 ABŞ dolları məbləğində vəsaitin müvəkkil banka ödənilməsinin təmin olunmamasının səbəbinin aydınlaşdırılması məqsədilə izahat verilməsi üçün xx.xx.2024-cü il tarixli, 3-33-2000/2-000140/2024 saylı məktubla Şəmkir rayonu, Şəmkir şəhəri, Həzi Aslanov ünvanında qeydiyyatda olan "xxxx" MMC-yə müraciət olunmuşdur. Lakin bu günə kimi "xxxx" MMC tərəfindən Tovuz Gömrük İdarəsinə nümayəndə göndərilməmiş və qeyd olunan məsələ üzrə münasibət bildirilməmişdir. İş üzrə icraat zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezdeıitinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının tomin edilməsi və eyni zamanda Qanunun 12 2. və 12.3.-cü bəndlərinin tələblərinə əsaəsən 180gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Beləliklə "xxxx" MMC tərəfindən konsiqnasiya əməliyyatı əsasında ixrac edilmiş “Təzə kartof” yükünün dair müvəkkil banklara ödənilməli olan 6975.00 ABŞ dolları məbləğində vəsaitin ödənilməsi təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İşin hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin 30 faizi həcmində 2092 (iki min doxsan iki ABŞ dolları) ABŞ dolları məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev Əsli ilə düzdür: Əsli ilə düzdür: X6
Məhkəmə qərarları › İş №3(076)-168/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-168/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver