Məhkəmə qərarları › İş №3(076)-168/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-168/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-168/2025 04.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış: X3 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: X2 iştirakları ilə Azərbaycan Respublikası DİN–in Şəmkir Rayonu YPX–nin vəzifəli şəxsinin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.3–cü maddələri ilə xx.xx.2025–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN–in Şəmkir Rayonu YPX–nin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.3–cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 Azərbaycan Respublikası DİN–in Şəmkir Rayonu YPX–nin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 şikayətini onunla əsaslandırmışdır ki, Şəmkir rayonunun Tatarlı kəndinin ərazisində idarə etdiyi Hunday Tucson markalı, ** BS *** nömrəli avtomaşınla hərəkətdə olarkən, DİN-nin BDYPİ-nin Şəmkir rayon Polis İdarəsinin əməkdaşları kəndin ərazisində onu qanunsuz saxlayaraq, avtomobilini cərimə meydançasına aparmışlar. Barəsində xx.xx.2025–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul olunmuş xx.xx.2025–ci il tarixli TP ******* nömrəli qərarla Azərbaycan Respublikasının İXM-nin 329.1-ci və 327.3-cü maddələri ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. Hazırda həmin qərardan narazıdır. Belə ki, göstərilən inzibati xəta onun tərəfindən törədilməmişdir. Hesab edir ki, DİN-nin Şəmkir Rayonu YPX–nin tərəfindən hüquqları pozulmuş, onunla kobud rəftar olunmuş, heç bir araşdırma aparılmadan 100 manat cərimə edilmişdir. Odur ki, Azərbaycan Respublikası DİN–in Şəmkir Rayonu YPX–nin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X5 göstərdi ki, “Hunday Tucson” markalı, 57-BS577 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili idarə etmək üçün bütün sənədləri qaydasında olmuşdur. 22 yanvar 2024–cü il tarixdə Şəmkir rayonu Tatarlı kəndinin ərazisində həmin avtomobillə hərəkətdə olarkən Şəmkir Rayon Polis X8 Polisi Bölməsinin yol patrul xidmətinin inspektoru onun avtomobilini saxlatmış və heç bir əsas olmadan avtomobili cərimə meydançasına aparmışdır. Həmin vaxt Şəmkir Rayon Polis X8 Polisi Bölməsinin yol patrul xidmətinin inspektoru tərəfindən onu təhqir edərək, ona qarşı qanunsuz hərəkətlər olunmuş və o, polis əməkdaşının hərəkətlərinə əsəbləşdiyi üçün özünü narahat hiss etmiş və təcili tibbi yardım çağırılaraq xəstəxanaya aparılmışdır. Həmin vaxt Şəmkir Rayon Polis X8 Polisi Bölməsinin yol patrul xidmətinin inspektoru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Hazırda həmin qərarın dəlillərini qəbul etmir. Belə ki, polis əməkdaşı tərəfindən ona saxla əmri verilməmiş, onun bütün sənədləri qaydasında olmuşdur. Hesab edir ki, həmin protokol tam əsassız şəkildə tərtib edilmişdir. Polis əməkdaşı tərəfindən işin halları obyektiv, hərtərəfli, tam araşdırılmamış, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla barəsində əsassız və qanunsuz şəkildə inzibati xəta haqqında protokol və qərar qəbul edilmişdir. Hazırda barəsində tərtib edilmiş protokolla və qərarla razı deyildir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol və qərar qərəzli şəkildə tərtib edilmişdir. Ona görə də həmin qərarı əsassız və qanunsuz hesab edir. Odur ki, məhkəmədən Azərbaycan Respublikası DİN–nin Şəmkir RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN–in Şəmkir Rayonu YPX–nin əməkdaşı X4 məhkəmə iclası zamanı göstərdi ki, İX taqım YPX inspektoru vəzifəsində işləyir. xx.xx.2025–ci il tarixdə Şəmkir rayonu, Tatarlı kəndi ərazisində xidmətdə olarkən “Hyundai Tucson” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarəe etdiyini müşahidə etmişlər. Həmin vaxt həmin avtomobilin sürücüsünə saxla işarəsi verilmiş, lakin avtomobilin sürücüsü onların nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədən hərəkətə davam etmişdir. Bundan sonra onlar həmin avtomobili təqib etmiş və Tatarlı kəndinin sonunda saxlatmışdır. Bundan sonra avtomobili cərimə meydançasına aparmış, bundan sonra sürücü X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.3–cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib eedilmişdir. Həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.3–cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Hazırda şikayətin dəlillərini qəbul etmir. Hesab edir ki, inzibati xəta hadisəsi tam obyektiv, hərtərəfli araşdırılmış və qanuni əsaslarla protokol tərtib edilmişdir. Bu səbəbdən Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarını qanuni və əsaslıdır. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN–in Şəmkir Rayonu YPX–nin əməkdaşı X4 həmçinin sualları cavablandırarkən göstərdi ki, sürücü X1 ona qarşı hər hansı qanunsuz hərəkətlər olunmamışdır. Əksinə sürücü polis əməkdaşlarına qarşı hörmətsizlik etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2025–ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, X5 xx.xx.2025–ci il tarixdə idarə etdiyi X9 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmiş, bundan sonra YPX əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.3–cü maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.3–cü maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Həmçinin, məhkəmə tərəfindən işə əlavə edilmiş CD diskə baxış keçirilmiş və X3 həqiqətən xx.xx.2025–ci il tarixdə idarə etdiyi “Hyundai Tucson” markalı, 57- BS-577 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməməsi öz təsdiqini tapmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN–in Şəmkir Rayonu YPX–nin vəzifəli şəxsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in Şəmkir Rayonu YPX–nin vəzifəli şəxsinin X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.3–cü maddələri ilə xx.xx.2025–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.3–cü maddələri ilə xx.xx.2025–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar