Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-17/2025 17.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Məhkəmə iclasının katibi: X4 Şikayətçi: X3 Qərarından şikayət verilən orqan: Şəmkir rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin nümayəndəsi X6 iştirakları ilə Şəmkir rayon Polis şöbəsinin X14 bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3–cü və 333.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3–cü və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X7 şikayətini onunla əsaslandırmışdır ki, Şəmkir rayon X13 Patrul Xidməti baş inspektoru, polis baş leytenantı X12 oglunun "Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tətbiq edilən İnzibati Xəta haqqında İXP-6764682 nömrəli inzibati xəta protokolunda xx.xx.2024-cü il tarixdə, saat 00:40 radələrində sahibliyində və istifadəsində olan HUNDAİ Sonata markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 329.3 və 333.1-ci maddələrinin pozulması hallarına yol verilməsinə görə AR İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 00:40 radələrində Şəmkir rayon X13 Patrul Xidməti baş İnspektoru, polis baş leytnantı X9 tərəfindən Şəmkir şəhəri H.Aslanov küçəsi ərazisində sahibliyində və istifadəsində olan HUNDAİ sonata markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxladan polis əməkdaşı ona yaxınlaşaraq içkili olub-olmamağını soruşduqda, o spirtli içki içmədiyini bildirmiş və polis maşınında ona uzatdığı alkotester ə üfürməyini tələb etmişdir və üfürəndən sonra ona nə şifahi, nə də Nazirlər Kabinetinin müfvafiq qərarına əsasən alkotesterin nəticəsi barədə sənədi ona təqdim etmədən avtomaşınını cərimə meydançasına aparılmasını, orada söhbət ediləcəyini bildirmişdir. Ancaq, maşınını cərimə meydançasına saldıqdan sonra orada gözləməyini, tezliklə gələcəyini bildirmişdir. 2 saatdan artıq polis əməkdaşını gözləsə də gəlməmişdir və onun barəsində heç bir protokol tərtib edilməmişdir, onun həmin protokolu oxuyub imza edərkən müvafiq etrazını bildirmək hüququ pozulmuşdur. Bir neçə gündən sonra yəni, xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokolu alsa da istifadəsində olan mobil telefonuna inzibati İXP ******* nömrəli protokolla xx.xx.2025-ci il tarixli elektron qərarla 400 manat cərimə olunmağı barədə mesaj gəlmişdir. O yenə də əsassız cərimə olunmağı barədə tərtib edilmiş inzibati tənbeh qərarını ona təqdim edilməsini həmin polis əməkdaşından tələb etsə də, ona yalnız inzibati xəta haqqında protokol verilmişdir, ona həmin qərardan xx.xx.2025-ci il tarixdə hazırki şikayəti tərtib etdirmişdir. Odur ki Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X7 izahatında şikayət ərizəsinin dəlillərini müdafiə edib göstərdi ki, ona məxsus HUNDAİ Sonata markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20 dekabr 2024-cü il tarixdə idarə edərkən yol polisi əməkdaşları onun xarici işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlamışlar, daha sonra isə polislər ona alkotester vasitəsilə sərxoşluq vəziyyətinin yoxlanılacağını bildirmişlər və yoxlama zamanı sərxoş olmasını aşkar etmişlər, lakin, alkotester in nəticəsini əks etdirən qəbzi və aktı ona təqdim etməmişlər, daha sonra avtomobili yol polisinə məxsus duracağa gətirmişlər, lakin onun barəsində iştirakı ilə protokol tərtib edilməmişdir, bir müddətdən sonra mobil nömrəsinə mesaj gəlmişdir ki, 400 manat məbləğində cərimə olunub. Qeyd etdiklərinə əsasən barəsində tərtib edilmiş qərarın qanunsuz olduğuna görə ləğv edilməsini xahiş edir. Qərarı barəsində şikayət edilən DİN-nin Şəmkir RPŞ-nin DYPB-nin nümayəndəsi, X9 məhkəmə iclası zamanı izahatında göstərdi ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 00:40 radələrində Şəmkir şəhəri H.Aslanov küçəsində HUNDAİ Sonata markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin sürücüsünün xarici işıq siqnallarından düzgün istifadə etmədiyini aşkar etmişdir. Daha sonra sürücü saxlanılmış, ona özlərini təqdim etmişlər və daha sonra sürücünün sərxoş vəziyyətdə olmasına dair şübhə yarandığından, sürücü X5 alkotester vasitəsilə müayinəyə dəvət etmiş, o da etiraz etməmiş, alkotesteri üfürmüş, müayinə nəticəsində onun qanında alkoqolun konsentrasiyasının 0,3 promildən artıq olması müəyyən edilərək, onun sərxoş olması təsdiq edilmişdir. Bundan sonra sürücünün idarə etdiyi nəqliyyat vasitəsi duracağa gətirilmiş, özü isə yol hərkətindən kənarlaşdırılmışdır. Qeyd edilənlərə əsasən onun barəsində protokol tərtib edilərək qanuni qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə 400 manat məbləğində cərimə edilmişdir. Odur ki X3 Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2024–cü il tarixdə idarə etdiyi HUNDAİ Sonata markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmuş, həmçinin, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə Şəmkir şəhəri H.Aslanov küçəsində HYUNDAİ SONATA minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3–cü və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X1 vəziyyətini əks etdirən alkotester müayinəsinin nəticəsi barədə qəbzdən görünür ki, X3 qanında alkoqolun konsentrasiyasının 0.358 promilli olması müəyyən edilmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X7 HYUNDAİ SONATA minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili şəxsən saxlanca təhvil verərək aktı imza etmişdir. İş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilmiş və baxış keçirilən zaman məlum olmuşdur ki, 16 saniyə ərzində olan görüntüdə polis əməkdaşı alkotester vasitəsilə X1 vəziyyətini müayinə edir, müayinə nəticəsində qanında alkoqolun konsentrasiyasının 0.3 promilldən artıq olması deyilir, bundan başqa, Mərdan Məmmədli özü həqiqətən alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olduğunu etiraf edir və bir daha belə hallara yol verməyəcəyini və tibbi müayinəyə getmək istəmədiyini bildirir. Məhkəmə tərəfindən videogörüntüyə baxış həyata keçirilməsindən sonra, Mərdan Məmmədli özü də həqiqətən həmin zaman sərxoş olduğunu və polis əməkdaşlarına sərxoş olması barədə deməsini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və təqdim olunmuş videogörüntünü nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3–cü və 333.1-ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ– nin DYPB–nin vəzifəli şəxsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB– nin vəzifəli şəxsinin X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1–ci maddələri ilə xx.xx.2024–cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı gətirdiyi dəlil isə əsaslı və qanuni deyil. Odur ki, X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126, 128 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1– ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-17/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-17/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver