Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-171/2025 19.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1970-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" ASC-də aparıcı mühəndis vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib sonuncunu döymüşdür.Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir.Şəxs həmin inzibati xətanı törətməsi özünün, zərər çəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X3 izahatında göstərdi ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-yə müraciət edərək "xxxx" ASC-nin əməkdaşı Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Şəmkir rayon Əliyaqublu kəndində İlahə Məmmədovaya məxsus istilikxanada işləyir. X1 şəbəkəsinə borcu olduğu üçün, bir neçə dəfə elektrik enerjisini kəsməyə gəlmişlər. xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Şəmkir Elektrik şəbəkəsinin işçiləri yenidən istilkixanaya gələrək, elektrik enerjisini kəsəcəklərini bildirmişlər. Həmin vaxtı, onlarla birlikdə gələn, qeyd edilən idarənin işçisi, sonradan tanıdığı, Kəmalə adlı qadın elektrik enerjisini kəsdirəcəyini söyləmişdir. O, da elektrik enerjisinin kəsiləcəyi təqdirdə, məhsulun məhv olacağını söyləmişdir. Kəmalə adlı qadın isə onunla sözlə mübahisə edərək nalayiq ifadələr işlətməyə başlamışdır. Qardaşının vəfat etməsini bildirərək, onun goruna and içib, elektrik enerjisinin kəsiləcəyi təqdirdə məhsulun məhv olacağını o Kəmaləyə söyləmişdir. Kəmalə isə qardaşının ölüsünün barəsində nalayiq ifadələr işlətmişdir. Qardaşının şəhid olması barədə ətrafdakı qadınlar Kəmalə adlı qadına bildirdikdə, Kəmalə şəhidin də ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra isə saçından çəkərək baş nahiyyəsinə əl zərbələri ilə vurmağa başlamışdır. O, Kəmaləni özündən kənara itələməyə çalışmış ki, onu vurmasın lakin bunu bacarmamışdır. Vüsal adlı şəxs həmin vaxtı kənarda olmuşdur. Kəmalə adlı qadın onunlada dava-dalaş etmişdir. Vüsal isə Şəxs döyməmişdir. Baş verənlərlə əlaqədar Şəmkir RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda da Şəxs şikayətçidir, aralarında barışıq yoxdur, barəsində inzibati tənbehinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati iş üzrə təqsirli bilməyərək izahatında göstərdi ki, Şəmkir şəhərində yaşayır. Şəmkir Elektrik şəbəkəsində sahə rəisi işləyir. Şəmkir rayon Əliyaqublu kəndində Vüsal adlı şəxsə məxsus istilikxanada elektrik sayğacından kənar elektrik enerjisi istifadə edildiyi üçün, istilikxanaya cərimə yazılmışdır. Eyni zamanda istilikxanada elektrik enerjisinin pulu da ödənilməmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə Şəmkir Elektik şəbəkəsinin işçiləri Şəmkir rayon Əliyaqublu kəndində yerləşən Vüsal adlı şəxsə məxsus istilikxanaya gedərək, elektrik xəttini şəbəkədən ayırmaq istəmişlər. Həmin vaxtı o da elektrik şəbəkəsinin işçilərinin yanında olmuş, mantyor elektrik xəttini şəbəkədən ayırmaq istədikdə, adının daha sonra Zərərçəkmiş şəxs olduğunu bildiyi qadın heç bir səbəb olmadan onu təhqir etməyə başlamış və elektrik xəttini kəsməyə imkan verməmişdir. Bu səbəbdən elektrik şəbəkəsinin işçiləri, kənar tərəfdən elektrik xəttini kəsmək üçün istilikxananın yanından uzaqlaşıb, bir qədər kənara getdikdən sonra Vüsal və digər şəxslər başqa şəxslərin elektrik enerjisinin kəsilməməsi üçün onların xəttini kəsməyi təklif etmişlər. Bu mövzuda söhbət edən vaxtı Zərərçəkmiş şəxs yenidən onun üzərinə gələrək, onu təhqir etməyə və nalayiq ifadələr işlətməyə başlamışdır. O, onun dediklərinə əhəmiyyət verməyərək avtomobildə əyləşmişdir. Zərərçəkmiş şəxs isə avtomobilin qapısını fiziki güc tətbiq edərək, qapını açıb onu avtomobilin içərisində döymüşdür. Vüsal adlı istilikxananın işçisi isə avtomobildə gəlib əyləşərək başqa şəxslərin avtomobilə yaxınlaşmasına imkan verməmiş, onun işçisi Saran adlı qadın tərəfindən döyülməyinə şərait yaratmışdır. O, Zərərçəkmiş şəxs döyməmişdir. Əksinə Zərərçəkmiş şəxs onu döymüşdür. Eyni zamanda Zərərçəkmiş şəxs ünvanına şəhid qardaşının ünvanına hər hansı bir nalayiq ifadələr işlətməmişdir. O, Zərərçəkmiş şəxs hadisəyə qədər tanımamışdır. Onun qardaşının şəhid olmasından hər hansı bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs dedikləri yalan, şər və böhtandır. Odur ki qeyd etdiklərinə əsasən, onun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024cü il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun zərər çəkmiş Zərərçəkmiş şəxs döyərək inzibati xəta törətməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 03 dekabr 2024-cü il tarixli, 1214 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin sol yarısının, döş qəfəsinin arxa səthinin qançırları və sol saidin nahiyəsinin yuxarı üçdə birinin ön səhinin sıyrığı KÜT əşyanın təsirindən törənmişlər, törənmə müddəti 03 dekabr 2024-cü il tarixə uyğun glir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin izahatını, 03 dekabr 2024-cü il tarixli, 1214 saylı rəyi, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Həmçinin, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə əlaqədar izahatında göstərdiyi xüsusatlar, özünü müdafiə xarakteri daşıyır, heç bir əsaslı və mötəbər dəlillərə əsaslanmır, Məleykə Hüseynovanın yalnız formal mülahizələrlə çıxış edərək tətbiq ediləcək inzibati məsuliyyətdən yayınmaq məqsədini ehtiva edir, lakin, işdə olan sənədlər və digər sübutlar onun inzibati xəta hadisəsində təqsirli hesab edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərər çəkmiş şəxslə barışmamasını, həmçinin, nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-171/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-171/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver