Məhkəmə qərarları › İş №3(076)-174/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-174/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-174/2025 04.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə "xxxx" MMC-nin (hüquqi ünvanı: ünvan 1cəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM–nin 483–cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola görə, Şəmkir rayonu, Yeni Həyat ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixində **********4636 saylı gömrük bəyannaməsi üzrə Gürcüstan Respublikasına göndərilmiş "Plastmasdan yeşiklər" yükünün müqabilində ödənilməli olan (invoys dəyəri 3256 AZN) 1915.29 ABŞ dolları məbləğində valyuta vəsaitinin təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş və bununlada qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinə və "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməmiş səbəbləri barədə məlumat verməmişlər . Məhkəmə işə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin və "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 01 nömrəli müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC ilə, alıcı “West Best BLUEBERRY PLANT” arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən “West Best BLUEBERRY PLANT” şirkətinə 2116.4 kq məhsul ixrac etmiş, müqabilində 3256 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi "xxxx" MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsini tələb etmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin müvəkkil bankdakı hesabına 3256 manat vəsait daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 1233 nömrəli Fərmanına əsasən hüquqi və fiziki şexslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olundugu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Hazırki vəziyyətdə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması istisna edilir. Belə ki, xx.xx.2024-cü il tarixində **********4636 saylı gömrük bəyannaməsi üzrə Gürcüstan Respublikasına göndərilmiş "Plastmasdan yeşiklər" yükünün müqabilində ödənilməli olan (invoys dəyəri 3256 AZN) 1915.29 ABŞ dolları məbləğində valyuta vəsaiti xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin Azərbaycan Respublikasında müvəkkil bankda( Paşa Bank) qeydə alınmış bank hesabına geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1–ci maddəsinə əsasən bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim; Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar