Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-176/2025 20.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin, X2 barəsində tərtib edilmiş xx.xx.2024– cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasına baxaraq MÜƏYYƏNETDİ: Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin, X2 barəsində tərtib edilmiş xx.xx.2024– cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024 cü il tarixində Kür qəsəbəsində 57CC760 Dövlət nişanlı nəqliyyat vasitəsini yol kənarında hərəkətsiz vəziyyətdə saxlayıb özü isə nəqliyyat vasitəsindən aralıda dayanmışdır. 99YP232 yol polis avtomobilinin onun avtomobilinə yaxınlaşdığını görmüşdür. Yaxınlaşıb məsələnin nə olduğunu soruşmuşdur. Bu zaman Polis işçiləri ona sorğu-sual edib xüsusəndə X3 aparatdan İXP- ******* N-li protokolu çıxardıb ona uzatmışlar, “bizdən protokol istəyirlər buyur ödəyərsən” demişdir. Məsələ ilə əlaqədar xx.xx.2024 cü il tarixində Şəmkir rayon Yol Polis İdarəsinə getmişdir, polis kapitanı Müseyib müəllim ilə görüşmüşdür, İXM-nin 128.2.3-cü maddəsini nəzərdə tutaraq şikayət etmişdir və ona görüntülərin göstərilməsini istəmişdir. O isə məhkəməyə müraciət etməyi söyləmişdir, görüntüləri ancaq məhkəməyə göstərə bilərik demişdir. Məhkəmədən istəyi əgər sübutlar yəni görüntülər əsaslandırılaraq göstərilsin.Yoxdursa, bir nüsxəsi İddia ərizəsinin arxasında olan Şəmkir rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X1 xx.xx.2024 - cü il tarixində ona yazdığı TP_6901095 nömrəli qərara xitam verilməsini xahiş edir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər baxılmadan X4 qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X5 mübahisələndirdiyi qərar xx.xx.2024– cü il tarixdə qəbul edilmişdir. Ərizəçinin şikayəti isə xx.xx.2025–ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi X5 qərardan şikayət vermə müddətini ötürmüş, eləcə də prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizə onu vermiş şəxsə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İnzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv olunması barədə X5 tərəfindən verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər X4 geri qaytarılsın. X4 qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-176/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-176/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver