Məhkəmə qərarları › İş №3(076)-179/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-179/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-179/2024 28.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X9 Mustafa oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, barəsində inzibati qaydada tənbeh vermə haqda qərar qəbul edilmiş şəxs X2, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Şəmkir rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X1 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1 və 334.1-ci maddələri ilə inzibati qaydada tənbeh vermə haqda Şəmkir rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024–cü il tarixli, TP ******* saylı qərardan barəsində qərar qəbul edilmiş şəxs X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 şikayət ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, barəsində Şəmkir rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024–cü il tarixli, TP ******* nömrəli inzibati qaydada tənbeh edilməsinə dair qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə o əmisinə məxsus VAZ- 21063 minik markalı **-BM-*** qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəmkir DYPBnin polis əməkdaşları onu saxlayaraq barəsində İXM-nin 329.1, 332.1 və 334.1-ci maddələrinə əsasən inzibati protokol tərtib edərək cərimə tənbehi vermişlər. Həmin protokol əsasında xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edir ki, həmin protokol və qərar tam əsassız olaraq tərtib edilmişdir. Belə ki, polis əməkdaşları onu heç bir müayinədən keçirmədən ittiham edərək güya o alkoqoldan istifadə edib avtomobili idarə etdiyini qeyd etmişlər. Lakin o heç bir vaxt alkoqoldan istifadə edib avtomobili idarə etməmişdir. Bu barədə polis əməkdaşlarına bildirsə də və onlara onu alkoqolun müəyyən edilməsi üçün müvafiq qaydada müayinədən keçirilməyini tələb etsə də lakin onlar onun barəsində qeyd olunan protokolu tərtib etmişlər. Həmin protokol tərtib edildikdən sonra o dərhal xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Narkoloji Dispanserində müayinədən keçmişdir. Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 469/2024 nömrəli sərxoşuq hallarının bütün növlərinin təyin edilməsi məqəsdi ilə aparılan tibbi müayinə protokoluna əsasən onun alkoqol qəbulu aşkar edilməmişdir. Şəmkir DYPB-nin tərtib etdiyi protokoldan görünür ki protokol xx.xx.2024-cü il tarixdə saat 11:23-d tərtib edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 469/2024 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə protokolu isə xx.xx.2024-cü il tarixdə saat 13:35-də keçirilmişdir. Hesab edir ki, onun qeyd olunan əməldə təqsiri yoxdur. Onun qeyd olunan xətanı törətməyi sübut olunmalıdır. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Qeyd edilənlərə əsasən Şəmkir DYPB-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayətin dəlillərini müdafiə edərək, məhkəmədən şikayətinin təmin edilməsini, xx.xx.2024–cü il tarixli, TP ******* inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etdi. O avtomaşını idarə edərkən təhlükəsizlik kəmərindən istafadə etməmiş həmçinin o avtomobili idarə edərkən sürücülük hüququ olmamışdır. O sürücülük hüququnun olmaması və etibarnamə olmadan avtomobili sürdüyü üçün yazılmış protokolla razılaşır. Lakin o avtomobili idarə edərkən sərxoş olmamışdır. Onun idarə etdiyi avtomobil əmisi İlham məxsus olmuşdur. Onu polis əməkdaşlar evdən çıxdıqdan sonra təxminən 200-250 m məsafədə zibil tökmək üçün yerdə saxlamışlar. Onun ilk sürücülük vəsiqəsi və etibarnaməsi olub-olamamasını yoxlamışlar. Daha sonra onu YPX-nin xidməti avtomobilində alkotester cihazı ilə yoxlamışlar. Həmin vaxt ona kömək edəcəklərini bildirmişlər, o bu səbəbdən və qorxduğu üçün piyvə içdiyini demişdir. Əlavə olaraq bildirir ki, O əvvəllər də sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmiş, lakin ilk dəfədir ki onu polis saxlamışdır. O Gəncə narkoloji dispanserdən rəyi verən həkimi tanımır və ad soyadını bilmir. O Şəmkirdə analiz veribverə bilməyəcəyini bilmədiyi üçün Gəncəyə analiz vermək üçün getmişdir. O saxlanılarkən ona polis əməkdaşları tərəfindən hakim müayinəsindən keçəməyi təklif edilmişdir, lakin o polis əməkdaşlarına həkim müayinəsindən keçməsi ilə bağlı heç bir söz deməmişdir. O saxlanılarkən onun 17 yaşı olmuşdur. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Şəmkir rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X6 izahatında göstərdi ki, onlar sürücü X3 təhlükəsizlik kəməri taxmaması səbəbindən saxlatmışlar, sürcünün sənədləri yoxlanılarkən sürücülük hüququnun və avtomobili idarə etməsi üçün etibarnaməsinin olmaması aşkar edilmişdir. X8 saxlanılarkən ondan sipirtli içki qoxusu gəldiyindən, onu müayinə etmişlər və həmin vaxt onun sərxoş olduğu aşkar edilmişdir. Müayinə olunarkən onun nəfəsindən 0.3 probildən çox sipirt olduğu aşkar edilmişdir, həmin vaxt onlar sürücüyə həkim müayinəsindən keçməyi də təklif etmişlər, lakin sürücü istəməmişdir. Həmçinin sürücünün özü video görüntüdən göründüyü kimi əməlini səmimi olaraq qəbul edərək, axşamdan piyvə içdiyini bildirdi. Qeyd olunanlara əsasən şikayətin rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, İN 42522, protokollaşdırma 10378, tarix xx.xx.2024ci il tarixli, vaxt 11:23, operator nömrəsi 1540, Manual Alkolun miqdarından görünür ki, **- BM-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Məmmədovun 0.301 promil sərxoşluq müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və xx.xx.2024–cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə İXM-nin 329.1, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat cərimə edilmişdir. İşdə olan Gəncə şəhər Narkoloji Dispanser tərəfindən “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair” xx.xx.2024-cü il tarixli, 469/2024 saylı protokoldan görünür ki, X7 ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. İşdə olan Gəncə şəhər Narkoloji Dispanser tərəfindən sorğuya verilmiş xx.xx.2024cü il tarixli, 78 saylı cavabdan görünür ki, sonuncu alkoqol qəbulundan müəyyən vaxt keçdikdən sonra alkoqol ifrazat orqanları (sidik, tər) vasitəsi ilə xaric olur. Hər bir saatdan sonra nəfəs verilən havada alkoqolun miqdarı 0,1 promil azalır. Ona görədə müayinələr arasındakı vaxt 3 saata yaxın olduğu üçün nəfəslə verilən havada alkoqol aşkar edilməyə bilər. Nəzərinizə çatdırırq ki, nəfəslə verilən havada alkoqolun miqdarı 0,3 promil və ondan yuxarı olduqda sərxoşluq vəziyyəti kimi qəbul edilir. 0,3 promildən aşağı olduqda bu alkoqol sərxoşluğu hesab edilmir. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəmkir rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X6 VAZ-21063 minik markalı **-BM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlanması üçün qəbul etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki,X4 AE dərəcəli 327557 saylı sürücülük vəsiqəsi var və o VAZ-21063 minik markalı **-BM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini X2 yaşadığı ünvana qədər sürüb aparacağına söz vermişdir. İşdə olan CD diskdən görünür ki, X7 “dünən axşam stakanın dibində” spirtli içki içdiyini bildirmiş, lakin polis əməkdaşı tərəfindən alkotesterlə yoxlanıldıqda onun alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 329.1–ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1–ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334.1–ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilənlərə əsasən Gəncə şəhər Narkoloji Dispanser tərəfindən sorğuya verilmiş xx.xx.2024-cü il tarixli, 78 saylı cavabından müəyyən edilir ki, müayinələr arasındakı vaxt 3 saata yaxın olduğu üçün nəfəslə verilən havada alkoqol aşkar edilməyə bilər. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları, məhkəmə araşdırması və xüsusi texniki vasitənin köməkliyi ilə qeydə alınmış videoçəkilişlə müəyyən edilmişdir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar xüsusi texniki vasitələrin köməyi ilə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə belə nitəcəyə gəlir ki, xx.xx.2024–cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar X7 barəsində düzgün olaraq qəbul edilmişdir. İş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İXM-in 329.1, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməli və Şəmkir rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024–cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1 və 334.1-ci maddələri ilə inzibati qaydada tənbeh vermə haqda Şəmkir rayonu Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024–cü il tarixli, TP ******* saylı qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar