Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-179/2025 13.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış: X3 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: X1 iştirakları ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X7 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X7 Polisi Bölməsinin (bundan sonra Şəmkir RPŞ–nin DYPB–nın) vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X7 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus VAZ 21051 markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir şəhəri 20 Yanvar küçəsində hərəkətdə olarkən YPX əməkdaşları onu saxladıb “giriş qadağandır”yol nişanının tələblərini pozduğunu bildirmişlər. Əslində isə o, avtomobilini tam qaydalara uyğun olaraq idarə etmişdir. Belə ki, uzun illərdir həmçinin hal-hazırda həmin yoldan istifadə edir. Eləcə də həmin yerdə giriş qadağandır nişanı yoxdur və həmin yol baş yol hesab olunur. Hesab edir ki, polis əməkdaşı tərəfindən əsassız olaraq barəsində protokol tərtib olunmuş və həmin protokol əsasında qərar qəbul edilmişdir. Odur ki, Şəmkir RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsinin tərkibi yoxdur və onun tərəfindən hər hansı inzibati xəta hadisəsi törədilməmişdir. Belə ki, həmin yolda giriş qadağandır nişanı quraşdırılmamışdır və həmin yol baş yol hesab olunur. Belə olan halda, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və inzibati xəta haqqında iş üzrə qərarı əsassız hesab edir. Bu səbəbdən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Azərbaycan Respublikası DİN–in Şəmkir Rayonu YPX–nin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN–in Şəmkir Rayonu YPX–nin əməkdaşı X2 məhkəmə iclası zamanı göstərdi ki, Şəmkir Rayonu YPX–nin inspektoru vəzifəsində işləyir. xx.xx.2025–ci il tarixdə X4 idarə etdiyi VAZ 21051 MİNİK markalı 20BU914 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, 20 Yanvar küçəsində hərəkətdə olarkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozması aşkar olunmuş və şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında qəbul olunmuş xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Hazırda şikayətin dəlillərini qəbul etmir. Hesab edir ki, inzibati xəta hadisəsi tam obyektiv, hərtərəfli araşdırılmış və qanuni əsaslarla protokol tərtib edilmişdir. Bu səbəbdən Şəmkir RPŞ–nin Şəmkir Rayonu YPX–nin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarını qanuni və əsaslıdır. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Həmçinin, məhkəmə tərəfindən işə əlavə edilmiş CD diskə baxış keçirilmiş və X3 həqiqətən xx.xx.2025–ci il tarixdə idarə etdiyi VAZ 21051 MİNİK markalı 20BU914 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, 20 Yanvar küçəsində hərəkətdə olarkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozması öz təsdiqini tapmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN–in Şəmkir Rayonu YPX–nin vəzifəli şəxsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in Şəmkir Rayonu YPX–nin vəzifəli şəxsinin X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası DİN–in Şəmkir Rayonu YPX–nin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in Şəmkir Rayonu YPX–nin vəzifəli şəxsinin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025–ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-179/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-179/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver