Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-180/2024 26.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X14 Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm PB-nin sahə rəisi, polis kapitanı X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm PB-nin sahə rəisi, polis kapitanı X13 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törədilməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X3 döymüşdür. Bununla da onun tərəfindən İXM-in 157-ci maddəsində ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm PB-nin sahə rəisi, polis kapitanı X13 ifadəsində göstərdi ki, hazırkı inzibati iş üzrə tərəflərin nikahın pozulması tələbi iddia ərizələri hazırda məhkəmənin icraatındadır və zərərçəkmiş şəxs müvəqqəti təminat tədbiri kimi aliment alır. xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərəçəkmiş şəxs X3 barışıb ailələrini təkrar bərpa etmələri üçün çağırmış və onu öz yaşadığı evə aparmış, xx.xx.2023-cü il tarixdə zərəçəkmiş şəxs X5 ilə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə Şəxs anası Kifayətlə birlik onu döymüşdür. Daha sonra zərəçəkmiş şəxs X5 polisə müraciət etmiş, təhqiqat tərəfindən cinayət işinin başlanması rədd edilmş bundan sonra tərəfindən protokol tərtib edilmişdir. Şəxs İXM-nin 157-ci maddəsində nəzərtdə tutulmuş inzibati xətanı tötərmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs ifadəsində göstərdi ki, qeyd olunan əməl üzrə özünü təqsirli bilmir. Belə ki, o zərərçəkmiş şəxs X3 döyməmişdir. Zərəçəkmiş şəxs X3 barışıb ailələrini təkrar bərpa etmələri üçün çağırmış və onu öz yaşadığı evə aparmışdır. Onların mübahisələrindən sonra onun Gülşəni öz evlərinə gətirmək istədiyini bilən qohumlarının hamısı onlardan üz döndərmiş. Bu səbədən onun anası Kifayət Gülşənə telefon işlətməməsini, Gülşənin ana və atasının onlara gəlməməsini bildirmiş lakin Gülşən anası Kifayətə etirazını bildirmiş və bu səbəbdən anası ilə Gülşən arasında davam düşmüşdür. O dava olan vaxt zərəçəkmiş şəxs X3 ümumiyyətlə vurmamış, sadəcə çöldə qapının ağzında oturub qapını saxlamış ki, Gülşən evdən çıxıb getməsin. Əlavə olaraq bildirdi ki, o, zərəçəkmiş şəxs X3 bağlamamışdır. Zərərçəkmiş şəxs Gülşən Əhmədovanın dodağında və əlində olan xəsarətləri haradan yaranması o bilmir və necə olmasını görməmişdir. Gülşənin paltarı isə qucağında uşaq olarkən anası Kifayət onun qucağından uşağı almağa çalışanda paltarına ilişmiş və onun paltarı bu səbəbdən cırılmışdır. Dava Gülşənlə anası Kifayət arasında olmuşdur. O, günahsızdır və zərərçəkmiş şəxsi döyməmişdir. Odur ki, onun barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi hazırda məhkəmənin icraatındadır və ona uşaqlarını saxlaması üçün müvəqqəti olaraq aliment təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışıb ailələrini bərpa etmələri ilə bağlı aralarında danışmışlar və bu səbəbdən xx.xx.2023-cü il tarixdə saat axşam 20 radələrində Səməd onu yaşadıqları evə aparmışdır. Həmin vaxt Səməd gilə baldızı gəlmiş, Səməd ona evdə gizlənməsini bacısının onu görsə dava salacağını demişdir. Baldızı evi qırıb-dağıtmış və anasını götürüb getmişdir. O gecəni Səmədlə qalmış. Səmədə sabah işə getməməsini birdən baldızının gəlib onu döyəbiləcəyini demişdir. Lakin gecədən anasıgil Səmədə zəng vurub işə getməsini bildirmişlər. Səməd sabah işə getmişdir. Qaynanası Kifayət günorta evə gəlmiş. Həmin gün axşam balaca uşaq qaynanası Kifayət çağırdıqda ona yaxınlaşmadığı üçün o uşağı vurmuşdur. Səməd ona telefonun nömrəsini çıxararaq anasına göstərməsini istəmişdir ki, telefon işlətmir. O da istifadə etdiyi telefonun nömrəsini çıxararaq, stola qaynanasının önünə qoymuş qaynanası soruşduqda telefon işlətməyəcəyini bildirmişdir. Lakin qaynanası Kifayət ona anası və atasının da onların evinə gəlməməsini istəmiş və onların ünvanına nalayiq sözlərdən istifadə etmişdir. O isə bununla razılaşmayaraq, etiraz etmiş və Səmədə “gəl məni necə gətirmisən eləcə də apar evimizə düşür” demiş və digər otağa veşlərini götürmək üçün keçmək istəyəndə qaynanası Kifayət onun saçından tutmuş, əynində olan paltarın sinəsini yırtaraq onun sinə nahiyyəsinə vurmuşdur. Həmin vaxt o çığırmış. Çığırdığı üçün əri Səməd gəlib onun baş nahiyyəsindən yumruqla vurmuş və ona, “çığırma səni anamın döyməsini heç kim bilməsin” demişdir. Daha sonra o, qapıdan çıxmaq istəyəndə Səməd onu qapıdan uzaqlaşdırmaq üçün dodağına vurmuş və dodağını partlarmışdır. Səməd onun bir əlini şərflə dəmir stola bağlamış və ondan icracı Ayaz Hüseynova zəng vuraraq, barışdıqlarını artıq aliment istəməməsini bildirməsini istəmişdir. Bu səbədən onun qolunda xəsarət yaranmışdır. Həmin vaxt onun digər əlində uşağı olduğundan o qolunu aça bilməmiş, daha sonra əlini açmışdır. Səməd evin qapılarını bağlamışdır. Daha sonra Səmədin bibisi Səyyarə gəlmiş və onu öz evlərinə aparmış, orada onun anasına zəng vuraraq “qızını burda öldürürlər gəl apar” demişdir. Əlavə olaraq bildirdi ki, davaya səbəb qaynanası Kifayət olmuş, belə ki onun unvanına nalayiq ifadələr işlətmişdir, onu ən çox qaynanası Kifayət döymüşdür. O veşini yığıb çıxmaq istədikdə onu ilk olaraq, qaynanası Kifayət saçından tutmuş, paltarını cırmış və sinəsinə vurmuşdur. Həmin vaxt əri Səməd gəlib onun baş nahiyyəsindən yumruqla vurmuş və ona, “çığırma səni anamın döyməsini heç kim bilməsin” demişdir. Səmədin bibisi Səyyarə gələndə onun yanında onu döyməmişlər. Səyyarə onu öz evinə aparmışdır. Onun başına əri Səməd vurub. Hazırda aralarında barışıq olmamışdır və Şəxs ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirlmiş X4 ifadəsində göstərdi ki, o 9 aydır Gülşəni evdən əxlaqsılıqla bağlı qovmuşdur. X18 geri gətirmək istəmiş, bu səbəbdən hər kəs ondan üzdöndərməsinə baxmayaraq, o oğlu Səmədlə razılaşmışdır. Oğlu Səməd xx.xx.2024cü il tarixdə gedərək gəlini Gülşəni evlərinə gətirmişdir. Gəlini Gülşən evə gəldikdən sonra o, Gülşənə söz-söhbət olmamasını, hər kəsin onlardan üz döndərməsini, evdən çölə çıxmamasını və telefon işlətməməsini bildirmişdir. Həmin vaxt Gülşən onunla razılaşmamış, səs küy salaraq, onunla dava-dalaş salmış, qollarını və boynunu cırmağa başlamış daha sonra ayağını çirmələyərək, ayağında olan göyərməni gösdərərək həkimin onun ürəyində problem olmasını bildirmişdir. Onun nəvəsi əməliyyat olunduğundan o qızı ilə danışan zaman qızı nəvəsi ilə maraqlanmış və nəvəsini də göstərməsini və onunla danışmaq istəmiş, o həmin vaxt uşağı çağırmış bu vaxt gəlini Gülşən səs-küy salmış və onun uşağına heç kimin toxunmamasını və danışdırmamasını istəmiş. Onun qızını söyməyə və qarğamağa başlamış, sonra öz koftasını yırtmış və öz-özünü döyməyə başlamışdır. Əlavə olaraq bildirir ki, davadalaş onunla gəlini arasında baş vermişdir. X18 vurmamış, oğlu sadəcə qapının qarşısında dayanmış ki, arvadı çıxıb getməsin. Məhkəmə iclasında şahid qismində dindirlmiş X6 ifadəsində göstərdi ki, Səməd qardaşı oğlu, Kifayət isə qardaşı arvadıdır. Onlar bir həyatda iki ayrı-ayrı evdə yaşayırlar. xx.xx.2024cü il tarixdə təxminən 20-23 radələrində qardaşı oğlu ona zəng vuraraq anası Kifayətin ağrımasını bildirmişdir. O onlara gedəndə Gülşənin saçının dağınıq olmasını və paltarının yırtılmasını görmüş. Həmin vaxt Gülşən səs-küy salaraq Səməddən onu geri aparmasını istəmişdir. O Gülşənə sakit olmasını demişdir. O onların evinə gedəndə Gülşənin qolları və əlləri açıq olmuş, onun üzündə və dodağında heç bir şişkinlik olmamışdır. Həmin vaxt Kifayət Gülşənin öz paltarını özünün cırmasını bildirmiş və Gülşənə “mənim sənə əlim dəyməyib, niyə belə edirsən” demiş, Gülşən isə yaxşı etdiyini demişdir. Əlavə olaraq bildirir ki, o kiminsə kimi vurmasını görməmişdir. O gələndə artıq dava bitmiş və sakitçilik olmuşdur. Daha sonra o qonşuya getmiş, qayıdanda Gülşən və onun övladalarının onun evində olmasını görmüşdür. Həmin vaxt Gülşənin üzündə heç bir xəsarət görməmişdir. Gülşən ancaq telefon istəmişdir. O Gülşəndən kimin döyməsini soruşduqda, Gülşən onu Kifayətin vurduğunu demişdir. Gülşən ona Kifayətin vurmasını demiş, Səmədin adını çəkməmiş yalnız onu Kifayətin döydüyünü bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və pataloji Anatomiya Birliyi” X16 tərəfidnən verilmiş 22 yanvar 2024-cü il tarixli 62 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər-alt dodağın sol yarısının selikli qişasına qansızma, döş qəfəsinin ön səthinin və sağ mil-bilək oynağının arxaa səthinin qançırları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 19 yanvar 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağıarlıq dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin material üzrə inzibati araşdırma aparmış Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm PB-nin sahə rəisi, polis kapitanı X13 hadisənin sübut kimi yalnız təhqiqatçının cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarını göstərmiş, özü isə heç bir inzibati araşdırma aparmayaraq, tərəflərin izahatlarını belə almamış və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə protokol tərtib etmişdir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakteri məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra- Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsinə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qaişi iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olubolmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 mart 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan səxsin, zərərçəkmiş səxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs təkcə «cinayət işinin başlanması haqqında» qərardakılarla kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki iş üzrə sübut qismində yalnız təhqiqatçının qərarı çıxış etmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs (Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm PB-nin sahə rəisi, polis kapitanı X13) bununla bağlı ətraflı araşdırma aparmamış və yalnız təhqiqatçının qərarını əsas götürərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə iclasında Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməmiş, həmçinin məhkəmə iclasında dindirilmiş şahidlər xx.xx.2024-cü il tarixdə X1 Məhərrəmov tərəfindən döyülmədiyini, X5 ilə qaynanası Kifayət arasında mübahisə baş verdiyini, mübahisə olduğu gün X5 onu qaynanası Kifayətin vurmasını bildirdiyini söyləmişlər. Bundan əlavə X5 izahatında əri Şəxs onun baş nahiyyəsinə əli ilə vurmasını bildirsə də, iş üzrə Məhkəmə-Tibbi Ekspertiza və pataloji Anatomiya Birliyi” X16 tərəfidnən verilmiş 22 yanvar 2024-cü il tarixli 62 nömrəli ekspert rəyində X2 baş nahiyyəsində xəsarətin olması müəyyən edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-180/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-180/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver