Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-181/2024 26.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X3 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1955-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 19 yanvar 2024-cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşadıqları evdə gəlini Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun gəlinidir. Belə ki, oğlu Səməd 2018-ci il tarixdə Zərərçəkmiş şəxs ilə evlənmiş, birgə nikahdan iki nəfər uşaqları doğulmuşdur. Lakin ailə münasibətlərinin pozulması zəmnində Zərərçəkmiş şəxs 2023-cü ilin avqust ayında uşaqlarını götürüb atası evinə getmiş, sonradan oğlu Səməd ailə münasibətlərini bərpa edərək 18 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs və uşaqlarını yenidən yaşadıqları evə gətirmişdir. 19 yanvar 2024-cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşadıqları evdə olarkən gəlini Zərərçəkmiş şəxs qarşısına bəzi şərtlər qoymuş, lakin sonuncu həmin şərtlərə əməl etməkdən imtina etmişdir. Bu səbəbdən aralarında sözlə mübahisə yaranmış, mübahisə əsnasında Gülşən özü-özünü döyərək yerə çırpmışdır. Lakin həmin vaxt o, Zərərçəkmiş şəxs vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Bu səbəbdən özünü təqsirli hesab etmir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı göstərdi ki, Şəxs onun qayınanasıdır. Belə ki, o, 2018-ci il tarixdə Kifayətin oğlu Səmədlə evlənmiş, birgə nikahdan iki nəfər uşaqları doğulmuşdur. Lakin ailə münasibətlərinin pozulması zəmnində 2023-cü ilin avqust ayında uşaqlarını götürüb atası evinə getmiş, sonradan əri Səməd ailə münasibətlərini bərpa edərək 18 yanvar 2024-cü il tarixdə onu və uşaqlarını yenidən yaşadıqları evə gətirmişdir. 19 yanvar 2024-cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşadıqları evdə olarkən qayınanası Şəxs onun qarşısına bəzi şərtlər qoymuş, telefon işlətməməsini demiş, lakin o, həmin şərtlərə əməl etməkdən imtina etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı qayınanası Kifayət və əri Səməd onu döyərək, xəsarət yetirmişlər. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. 19 yanvar 2024-cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşadıqları evdə olarkən anası Kifayət arvadı Zərərçəkmiş şəxs qarşısına bəzi şərtlər qoymuş, lakin sonuncu həmin şərtlərə əməl etməkdən imtina etmişdir. Bu səbəbdən aralarında sözlə mübahisə yaranmış, mübahisə əsnasında Gülşən özü-özünü döyərək yerə çırpmış, ola bilsin ki, həmin vaxt xəsarət almışdır. Lakin həmin vaxt o və ya anası Zərərçəkmiş şəxs vurmamış, ona hər hansı xəsarət yetirməmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Şəxs onun qohumudur. 19 yanvar 2024-cü il tarixdə Kifayətin evinə qonaq getmiş, həmin vaxt Kifayətlə gəlini Zərərçəkmiş şəxs sözlə mübahisə etdiyini görmüşdür. Lakin onlar arasında mübahisə olsa da, Kifayət Gülşəni vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 62 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində alt dodağın sol yarısının selikli qişasına qansızma, döş qəfəsinin ön səthinin və sağ mil-bilək oynağının arxa səthinin qançırları kimi xəsarətlər aşkar edilmiş, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Məhkəmə, Şəxs zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşır, onun izahatını özünü müdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Eləcə də, iş materiallarında olan ekspert rəyi ilə də Şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilməsi sübut olunmuşdur. Bundan başqa məhkəmə şahid ifadələrinə qiymət verərək qeyd edir ki, şahidlər Şəxs qohumu olmaqla, işin gedişində və Şəxs məsuliyyətdən yayınmasında maraqlıdırlar, bu səbəbdən formal mülahizə şəklində Şəxs maraqlarına cavab verən ifadə vermişlər. Belə olan halda məhkəmə həmin şahid ifadələrini sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-181/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-181/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver