Məhkəmə qərarları › İş №3(076)-182/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-182/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-182/2024 08.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin, X1 barəsində tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 19121879 saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasına baxaraq MÜƏYYƏNETDİ: Barəsində qərar çıxarılmış X3, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 19121879 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nə və şikayətçi X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə X3 məhkəməyə ərizə ünvanlayaraq, şikayət ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin nümayəndəsi isə gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin və X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, X1 ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər X2 qaytarılmalıdır. Belə ki, işdə olan və X3 tərəfindən “Elektron Məhkəmə Sistemi” vasitəsilə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər X2 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İnzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv olunması barədə X3 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar