Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-184/2024 28.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Qarabağ müharibə veteranı, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs dövlətin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı və iş rejimi pozmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə DİN-nə 102 xidmətinə Fizuli Əliyev tərəfindən müraciət edilmişdir. Həmin gün növbədə olanlar gedib onu Şəmkir Rayon Polis Şöbəsinə gətirmişlərdir. Bu vaxt o Təhqiqat Bölməsinə gətirilərək Polis Şöbəsində ucadan nalayiq ifadələr işlətdi və iş rejimini pozmuşdur. Buna görə də Şəxs barəsində İXM 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Onundur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs İXM 510-cu maddəsi ilə inzibati xətanı törətməsini etiraf edərək ifadəsində bildirdi ki, qardaşı Fizuli Əliyevlə torpaqla bağlı mübahisələri var. Belə ki, eyni şəxs torpağı hər ikisinədə satıb və o bununla bağlı məhkəməyə müraciət etmişdir. Qardaşıda həmin torpaqda hörgü işi görmək istəyirdi. O ona irad bildirəndə o 102-yə zəng vurdu. Polislər gəlib onu apardılar. O polis şöbəsində olarkən qardaşı Fizulinin ünvanına nalayiq ifadələr işlətdi. Ona “şərəfsiz, biqeyrət və s.” kimi sözlərdən istifadə etdi. Əməlindən peşmandır. Cərimə edilməsini xahiş etdi. İşdə olan xx.xx.2024-cü il tarixli AZA 021089 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 12:00-da azad edilmişdir. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs törətdiyi inzibаti xətаnın xаrаkterini nəzərə аlаrаq məhkəmə hesаb edir ki, bаrəsində inzibаti cərimə tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Оdur ki, məhkəmə törədilmiş inzibаti xətаnın xаrаkterini, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxsin şəxsiyyətini və işin digər hаllаrını nəzərə аlаrаq Şəxs оğlunun Аzərbаycаn Respublikаsı İXM-in 510-cu mаddəsi ilə təqsirli bilərək həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədə müvаfiq hesаb edir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə cərimə seçilməlidır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-184/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-184/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver