Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-19/2025 07.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi, Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X8, Zərər çəkmiş şəxs X4, Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1951-ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndi anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, xx.xx.2025-ci il tarixdə, Şəmkir rayonu, Şiştəpə kəndində nəvəsi X6 vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin, şahidin izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X10 izahatında göstərdi ki, Şəmkir rayonu, Şiştəpə kəndində yaşayan X7 19.11 2024-cü il tarixdə Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində xx.xx.2010-cu il təvəllüdlü oğlu X6 Şəmkir rayonu Şiştəpə kəndində yaşadıqları evdə qaynanası Şəxs tərəfindən döyülməsini bildirmişdir. X2 DİN-nin 102 xidmətinə etdiyi müraciət xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-də HK-1/3476 sayda qeydə alınaraq icraata daxil olmuşdur. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-nin, TB-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra, həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs, özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərdi ki, rəsmi olaraq Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən tam orta məktəbdə xadiməçi kimi işləyib ailəsini dolandırır. X7 onun gəlnidir. Onlar bir həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. Onun oğlu Sahib təxminən 6 ildir ki vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra gəlni Aytən bəzənib səhər saatlarında evdən çıxır və gecə saatlarında gəldiyini bildirmişdir. O, gəlni Aytəndən hara gedib-gəlməsi barədə soruşduqda onunla heç bir səbəb olmadan mübahisə etmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində o, evdə olan zaman yemək bişirərkən nəvəsi Amin ona yaxınlaşanda anasının hara gedib-gəlməsi barədə xəbər aldıqda və anasına nəzarət etməyi bildirərkən nəvəsi Amin ona ölü söyüşü söyərək onu söyüb təhqir etmişdir. O da həmin vaxt əsəbləşmiş, söyüş söyməməyi və ondan kənar durmağı tələb etmişdir. Həmin vaxt soğan soyduğu əlindəki bıçağın uc hissəsi ilə nəvəsi Aminin kürək nahiyəsinə vurmuş və onun kürək nahiyəsində cızıq əmələ gəlmişdir. O, nəvəsi Amini vurarkən orada heç kim olmamışdır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs X9 izahatında göstərdi ki, o, anası ilə birlikdə yaşayır. Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən tam orta məktəbin 9-cu sinif şagirdidir. Şəmkir rayon Şiştəpə kənd sakini Şəxs onun nənəsidir, onlar bir həyətdə yaşasalar da, ayrı-ayrı evlərdə qalırlar. Atası Sahib 5 ildən artıqdır ki, vəfat etmişdir. Onlar arasında heç bir ədavəti düşmənçiliyi olmamışdır, münasibətləri normal olmuşdur. Lakin sonradan onlar arasında münasibətlər pisləşməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində yaşadıqları evdə olan zaman anası çörək almağa getmişdir. Bu zaman nənəsi evdə ev işləri görmüşdür. Həmin vaxt nənəsi Gilas anası Aytən barəsində nalayiq ifadələr işlədib anasının ünvanına söyüşlər söymüşdür. O, da nənəsinin söyüş söyməməyini bildirmiş və ona cavab qaytarmışdır. Nənəsi Gilasda əsəbləşərək əlində mətbəx bıçağı ilə onun üstünə gəlmiş və aralarında yaranmış mübahisə zamanı nənəsi əlindəki bıçaqla onun kürək nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Bir qədər sonra anası Aytən gəlmişdir. Bunun üçün də baş vermiş hadisə barədə anası Aytən Şəmkir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir, məhkəmədən barəsində ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi X7 izahatında göstərdi ki, rəsmi olaraq Şəmkir rayonu Şiştəpə kəndində yerləşən tam orta məktəbdə texniki işçi kimi işləyib ailəsini dolandırır. Şəmkir rayon Şiştəpə kənd sakini Şəxs onun qaynanasıdır, onlar bir olsalar da, ayrı-ayrı evlərdə yaşayırlar. Əri 5 ildən artıqdır ki, vəfat etmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 10 radələrində yaşadığı evdə olan zaman çörək almaq üçün mağazaya getmişdir. Evə qayıtdıqda qaynanası Gilas ilə oğlu Aminin aralarında mübahisə olduğunu, mübahisə zamanı qaynanası Gilas onun oğlu Amini əlində olan mətbəx bıçağı ilə kürək nahiyəsinə xəsarət yetirdiyini görmüşdür. O mübahisənin baş vermə səbəbini oğlu Amindən soruşduqda, Amin ona qaynanası Gilas onun barəsində təhqiredici ifadələr işlətdiyi üçün aralarında mübahisə yarandığını bildirmişdir. O, dərhal baş vermiş hadisə barədə Şəmkir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda zərər çəkmiş şəxsin qanuni nümayəndəsi kimi Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X4, bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin arxa səthinə sağ kürək nahiyəsinin cızığı iti uclu əşyanın təsirindən törənmişdir, törənmə müddəti 18 noyabr 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixdə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisinə göndərilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərər çəkmiş şəxsin şikayətçi olmasını, nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-19/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-19/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver