Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-197/2023 21.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X17 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X9, tələbkar X4 və barəsində inzibati xəta haqqında icraat aparılan X10 iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Ermənistan Respulikasının Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X13 tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-3165/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X7 49000 manat pul və 30 manat dövlət rüsumu alınaraq X6 verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində X5na tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcunun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünki tarixə X1 icra sənədi üzrə cəmi 18400 manat borcu qalmaqdadır. Borclu X2 izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, X5 icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X13 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu vaxtı-vaxtında ödəmir. Onun hazırda 18400 manat borcu mövcuddur. X1 əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X14 izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun yaranma səbəbi maddi imkanı ilə əlaqədar olmuşdur. Həmin borcu birdəfəlik ödəməyə imkanı olmasa da, onun məhkəməyə etdiyi müraciət əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərardadı ilə müəyyən edilmiş şəkildə, hər ay 3000 manat olmaqla hissə hissə icra edir. Bundan sonra da hər ay ödəniş edəcəkdir. O, borcunu ödəməkdən yayınmır. Mövsümi işlə məşğul olduğuna görə hər ay vaxtlı-vaxtında 3000 manat ödəniş edirdi. Lakin, sonra bir ay ərzində işləri yaxşı getmədiyinə 1000 manat ödəniş etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X8 izahatında bildirdi ki, borclu Rafael Qafarov ona olan borcunu az-az ödəsə də tam şəkildə ödəməkdən yayınır. O, borcunun birdəfəlik ödənilməsini istəyir. Odur ki, borclunun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı X10 əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(043)-3165/2019 saylı icra vərəqəsindən görünür ki, X7 49000 manat pul və 30 manat dövlət rüsumu alınaraq X3 ödənilməlidir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(043)-246/2021 saylı qərardadından görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-3165/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi üzrə ödənilməli olan pul məbləğinin ödənilməmiş qalan hissəsi hər ay 3000 manat olmaqla, hissə-hissə icra edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarına əlavə edilmiş qəbzlərlə müəyyən olunur ki, X14 məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu ödəmək üçün 2021-ci ilin dekabr ayında 3007 manat (xx.xx.2021-ci il tarixdə 1007 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat); 2022-ci ilin yanvar ayında 3000 manat (xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat); 2022-ci ilin fevral ayında 3007 manat (xx.xx.2022-ci il tarixdə 1007 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat); 2022-ci ilin mart ayında, yəni cari ayda xx.xx.2022-ci il tarixdə 1000 manat pulu tələbkar X6 vermişdir. İş materiallarından göründüyü kimi, X14 2022-ci ilin fevral ayına kimi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunun hissə-hissə icra edilməsi ilə bağlı məhkəmə qərardadında müəyyən edilmiş həddə - hər ay 3000 manat olmaqla tam şəkildə ödəmişdir. 2022-ci ilin mart ayında isə borcundan 1000 manat ödəniş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda X10 əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X10 əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X14 barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-197/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-197/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver