Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-20/2024 10.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yaşayan Şəxs Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 1340/2023 saylı icra sənədi üzrə tələblərin yerinə yetirilməsindən boyun qaçıraraq, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs və qeyrilərinin mülkiyyətində olan 1.23 ha torpaq sahəsinin 0.25 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində yerləşən və cavabdeh tərəfindən inşa edilmiş evin və digər yarımtikililərin cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, icra sənədi üzrə tələbləri yerinə yetirməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək icra sənədi üzrə tələbləri yerinə yetirməsi tələb olunmuş, lakin borclu icra sənədini icra etməmişdir. Lakin hazırki protokolla məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında razılıq əldə edilmiş və tələbkar ərizə ilə icra şöbəsinə müraciət edərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Odur ki, protokol üzrə qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə tələbləri yerinə yetirməkdən yayınmış, bu səbəbdən icra məmuru tərəfindən hazırki protokolla məhkəməyə müraciət edilmişdir. Bununla belə hazırda Şəxs ilə öz aralarında razılaşmış, mübahisəli torpaq sahəsini başqa sahə ilə əvəzləşdirmişlər. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi ilə onun iddiaçı Zərərçəkmiş şəxs və qeyrilərinin mülkiyyətində olan 1.23 ha torpaq sahəsinin 0.25 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində yerləşən və onun tərəfindən inşa edilmiş evin və digər yarımtikililərin onun vəsaiti hesabına sökülməsi qət edilmişdir. Hazırda tələbkarla öz aralarında razılaşmış, mübahisəli torpaq sahəsini başqa sahə ilə əvəzləşdirmişlər. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs və qeyrilərinin mülkiyyətində olan 1.23 ha torpaq sahəsinin 0.25 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində yerləşən və cavabdeh tərəfindən inşa edilmiş evin və digər yarımtikililərin cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. İşdə olan və tələbkar Zərərçəkmiş şəxs tərəfindən icra şöbəsinə yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şəxs ilə öz aralarında razılaşmış, mübahisəli torpaq sahəsini başqa torpaq sahəsi ilə əvəzləşdirmişlər. Bu səbəbdən icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu icra sənədi üzrə tələbləri yerinə yetirməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkarla öz aralarında razılaşmışlar. Tələbkar da ərizə ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Əksinə iş materialları ilə müəyyən olunur ki, Şəxs tələbkarla razılaşmış və vurulmuş ziyanı tamamilə ödəmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.10-cu maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, vurulmuş ziyanı tamamilə ödəməsi əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.10-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini və borclunun inzibati məsuliyyətdən azad olunmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-20/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-20/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver