Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-203/2025 25.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, X2 inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X3 şikayət ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair qərardan narazı qalmasını bildirmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu, 20 Yanvar küçəsində nəqliyyat vasitəsini idarə edərkən ona zəng gəlmiş və o dönmə işığından istifadə edərək maşını kənara çəkib telefona cavab vermişdir. Həmin vaxt onun arxasında olan Yol Polis əməkdaşı polis serjantı X1 ona yaxın və uzaq işıqları yandırıb söndürmüş, o elə hesab etmişdir ki, qabağa sürməyini istəmiş və o telefonu kənara qoyaraq bir neçə metr qabağa sürərək dayanmışdır. Bu zaman polis əməkdaşı ona yaxınlaşaraq guyaki o hərəkət zamanı telefonla danışmasını bildirmiş, halbuki əlində heç bir əsas və ya görüntü olmamış, onu polis maşınına əyləşdirərək üstündə nə qədər məbləğ olduğunu soruşduqda isə o üzərində 4 manat olduğunu bildirmişdir. Polis əməkdaşı ona ən azı 10 manat verməsini, əks halda cərimə yazılacağını bildirmişdir. O, isə pulu olmadığını bildirdikdə ona cərimə yazılmışdır. Məhkəmə hesab edir ki, X3 tərəfindən inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, X3 məhkəməyə təqdim etdiyi şikayət ərizəsində qərardan narazı qalmasını bildirsə də şikayətdə tələbinin nədən ibarət olmasını, şikayətdə qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini qeyd etməmişdir. Bununla da məhkəmə tərəfindən X2 qərardan vermiş olduğu şikayət aydın tərtib edilməmiş, X2 şikayətində məhkəmədən nəyə baxılmasını xahiş etməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 130.1.-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət aydın tərtib olunmadığından şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X2 inzibati xəta haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-203/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-203/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver