Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-219/2023 14.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəmkir rayon Məhkəməsinə Şəmkir Rayon İcra və X4 Adil Nizami oğlunun barəsində tərtib edilmiş 08 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-2208/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən borclu Şəxs xx.xx.2016-cı il təvəllüdlü Nizami adlı uşağın iddiaçı X2 yanında saxlanılması və xx.xx.2018-ci il tarixdən başlayaraq həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 150 manat olmaqla sabit pul məbləğində aliment tutulub X3 ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs bugünkü tarixədək tələbkar X2 xeyrinə tam ödəniş etməmiş və hazırda 6650 manat borcu yaranmışdır. Borclu Şəxs alimenti ödəməməsinə görə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda da borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununla da Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-1-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə əsasən aliment borcunu tam ödəməmişdir. Onun tələbkara bu gunki günə 6650 manat aliment borcu yaranmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə A. N. Zamanov 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bu səbəbdən də borclunun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirdi ki, hazırda heç bir yerdə işləmir və bu səbəbdən də ödəniş edə bilmir. Bundan başqa xx.xx.2022-ci il tarixdə alimenti tam ödəyə bilmədiyi üçün 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda borcu bütov şəkildə ödəniş etməyə imkanı yoxdur. Az miqdarda olsa da hissəhissə ödəniş edə bilər. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2208/2018 saylı icra sənədindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Nizami adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Şəxs hər ay 150 manat olmaqla sabit pul məbləğində aliment tutulub X3 ödənilməlidir, alimentin tutulma müddətinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(076)-1351/2022 saylı icra sənədindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş iznibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2208/2018 saylı icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatları, inzibati xəta haqqında protokol və digər sənədlərlə müəyyən edildi ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-2208/2018-ci il tarixli icra sənədinə əsasən yaranmış aliment borcunu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Məhkəmə hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya X1 əməlini İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə düzgün tövsif etməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə qeyd olunan 528.1-1-ci maddəsi xx.xx.2023-cü il tarixdə əlavə edilmişdir. Şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsin 528.1-1-ci maddəsinin tərkibinin yaranması üçün əsas götürülmüş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol və həmin protokola baxılması ilə bağlı Şəmkir Rayon Məhkəməsinin qərarı 528.1-1-ci maddəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsindən (xx.xx.2023-cü il) əvvəl, yəni xx.xx.2022-ci il tarixdə olmuşdur. Məhkəmə hesab edir ki, şəxsin əməli daha ağır inzibati tənbeh nəzərdə tutan İXM-in 528.1-1-ci maddəsi ilə o halda tövsif edilə bilər ki, İXM-in 528.1-1-ci maddəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsindən (xx.xx.2023-cü il) sonra şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və həmin xətaya görə tənbeh almış olsun, eyni zamanda həmin şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmiş olsun. Lakin, hazırki işin faktiki hallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətaya görə inzibati tənbehi Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi Məcəlləyə əlavə edilməmişdən əvvəl xx.xx.2022-ci tarixdə almış, həmin tarixli qərarla 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibatı xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Hazırkı vəziyyətdə İnzibatı Xətalar Məcəlləsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin daha ağır inzibati xətadan daha yüngül inzibati xətaya tövsif etmək məsələsini tənzim edən prosessual norma olmadığı üçün məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, müvafiq məsələ cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsindən həmin Məcəllənin 528.1-ci maddəsinə tövsif edilməlidir. Şəxs inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Ona görə də, Zamanov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 11.3-cü maddəsində göstərilir ki, inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş aliment borcunun ödənilməmə müddətini və məhkəmə qərarı ilə müəyyən edilmiş alimentdən heç bir məbləğ ödənilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 14 mart 2023-cü il tarixdən saat 11:30 dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-219/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-219/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver