Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-22/2025 22.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəmkir rayon polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru X2 və şikayətçi X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu Polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X5 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. AC 144690 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında "Hyundai Sonata" Minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir və istifadəsindədir. Onun sürücülük hüququ vardır. 24 dekabr 2024-cü il tarixdə, saat 14:50-də ona məxsus "Hyundai Sonata" Minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəmkir şəhəri İsrafil Məmmədov küçəsi ilə idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmıdır. Həmin vaxt o İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərkən, onlar həm də əsassız olaraq onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə də inzibati xəta haqqında protokol tərtib edərək, guya onun sərxoş vəziyyətində olduğunu bildirdilər. Lakin, onlar sərxoşluq vəziyyəti barədə heç bir sənəd təqdim etmədilər. Onların yanından ayrılan kimi dərhal Gəncə şəhər Narkoloji Dispanserə getmişdir. Orada xx.xx.2024-cü ildə, saat 16:09-da sərxoşluq vəziyyətini yoxladılar, onun həmin vaxt sərxoş olmadığını müəyyən edilmişdir. Lakin, polis əməkdaşları onu əsassız olaraq TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarla İXM-nin 329.1 ve 333.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilərək, 400 manat məbləğində inzibati cərimə edilmişlər. Barəsində olan TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı qismən əsassız hesab etmişdir. Belə ki, inzibati xəta haqqında protokolda və onun əsasında qəbul edilmiş qərarda qeyd edildiyi kimi o 24 dekabr 2024-cü il tarixdə "Hyundai Sonata" Minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Necə olar ki, 24 dekabr 2024-cü il tarixdə saat 14:50-də o sərxoş vəziyyətində olmuş, lakin həmin tarixdə 16:09-da mən ayıq vəziyyətində olmuşdur. Polis əməkdaşları onun barəsində qanunsuz olaraq sərxoş vəziyyətində olmağı barədə protokol tərtib etmişlər. Polis əməkdaşları onun sərxoş olduğunu bildirsələr də, bununla bağlı ona heç bir sübut təqdim etməmişlər. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin Polis kapitanı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəmkir rayon polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru X6 şikayəti əsassız hesab edərək, izahatında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman, Hyundai Sonata markalı 57BZ080 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılmış, sürücünün sərxoşluğu xüsusi texniki vasitə ilə yoxlanılan zaman sərxoşluq dərəcəsi 0.380 promilli müəyyən edilmişdir. Nəqliyyat vasitəsini idarə edən X5 bir gün əvvəl içməsini bildirərək sərxoşluğun müəyyən edilməsi üçün əlavə tibbi müayinəyə ehtiyacının olmadığını bildirmişdir. Bu səbəbdən də inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq qərar qəbul edilmişdir. Qərar tam qanunidir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 329.1 və 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş alkotestr qəbzindən görünür ki, X3 0.380 promilli sərxoşluq vəziyyəti vardır. Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsinə əsasən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X5 şikayətində göstərmişdir ki, o, həmin gün heç bir spirtli içki qəbul etməmiş, hətta onun spirtli içki içməsi alkotestr vasitəsi ilə yoxlanılmamışdır. Lakin məhkəmə iclasında DVD diskdə olan yazıya baxan zaman şəxsin alkotestrin nəticəsi ilə tanış olması, bir gün əvvəl içməsini bildirməsi və sərxoşluğun müəyyən edilməsi üçün əlavə tibbi müayinəyə getməkdən imtina etməsi müəyyən olunur. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-in 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini əks etdirən DVD diskdə olan videoyazıdan görünür ki, X10 bir gün spirtli içki içməsini bildirmiş, xüsusi texniki vasitə ilə yoxlanılmış, 0,3 promillidən artıq, yəni 0.380 promilli olmuş, xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə tanış olmuş və tibbi müayinəyə getməkdən imtina etmişdir. Belə ki, şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş olması halı işə əlavə edilmiş videoyazı və işə əlavə edilmiş digər sübutlarla təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis serjantı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis kapitanı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-22/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-22/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver