Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-220/2025 10.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN BDYPB-nin İX tağım YPX polis inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPB-nin İX tağım YPX polis inspektoru polis serjantı X4 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Bakı-Qazax yolunun 401-ci kilometrliyində Dəllər-Şəmkir istiqamətində yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinə gələn İX tağımın DYP əməkdaşı baş inspektor X4 hadisə yerinə və şəraitinə uyğun olmayan inzibati xətalar məcəlləsinin 327.2-ci bəndinə əsasən ona İXP ******* nömrəli cərimə protokolu tətbiq etmişdir. Protokolun nüsxəsini ona təqdim etmədiyi üçün qayda pozuntusunda tətbiq olunan maddəni SMS vasitəsilə bilmişdir. Odur ki, barəsində tərtib olunmuş İXP ******* saylı inzibati protokola yenidən obyektiv şəraitdə baxılmasını və Şəmkir rayonunda Bakı-Qazax yolunun 401-ci kilometrliyində yerləşən təhlükəsizlik görünütsündən istifadə etməklə ədalətli qərarın çıxarılmadını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, Şəmkir rayonuna daxil olan hissədə dairəyə çıxışı olan yoldan üzü dairəyə tərəf gələrkən əsas yolla gələn avtomobili gözləmədən dairəyə daxil olmuş, bunun nəticəsində hadisə baş vermişdir. Qeyd edilənlərə əsasən onun barəsində tərtib olunmuş İXP ******* saylı inzibati protokola yenidən obyektiv şəraitdə baxılmasını və ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPB-nin İX tağım YPX polis inspektoru polis serjantı X4 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X3 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 15-ci bəndinə əsasən Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 62-ci maddəsinə əsasən Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır. Həmin Qanunun 64-cü maddəsinə əsasən Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. 3.16, 3.20 (ötmək qadağandır), 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Həmin Qanunun 69-cu maddəsinin 6-cı və 7-ci bəndinə əsasən 1.1 füqi nişanlama xətti— əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Həmin qaydalarla bağlı məhkəmə qeyd edir ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməməsi, digər yol hərəkət iştirakçılarına təhlükə yaratmaq yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPB-nin İX tağım YPX polis inspektoru polis serjantı X4 tərəfindən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraalır: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPB-nin İX tağım YPX polis inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-220/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-220/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver