Məhkəmə qərarları › İş №3(076)-223/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-223/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-223/2025 13.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Tələbkar: "xxxx" Telecom MMC-nin nümayəndəsi X2 iştirakları ilə xx.xx.2000-ci ildə Şəmkir rayonu, Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, rayonu, Qapanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir İcra və Probasiya şöbəsi tərəfindən verilmiş protokoldan görünür ki, Adamov X4 Rayon Məhkəməsinin 2(076)-3217/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3217/2024 saylı xx.xx.2024-cü il tarixli sənədinə əsasən cavabdeh Şəxs borclu olduğu 3949.94 manat ödənilməmiş məbləğ və 394.06 manat cərimə, ümumilikdə 4344 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63.44 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu tam ödəməmişdir. Hazırda Şəxs 4007.44 manat borcu vardır. O, hal-hazıradək icra sənədi üzrə 2024-cü ilin noyabr ayında 200 manat, 2025-ci ilin mart ayında 200 manat, hazırda isə 50 manat ödəniş etmişdir. Hesab edir ki, Şəxs icra sənədi üzrə olan borcunu ödəməkdən qəsdən yayınır. Odur ki, protokolun təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar qəbul edilməsini xahiş etdi. Tələbkar "xxxx" Telecom MMC-nin nümyanəndəsi X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3217/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs borclu olduğu 3949.94 manat ödənilməmiş məbləğ və 394.06 manat cərimə, ümumilikdə 4344 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63.44 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Borclu hal-hazıradək icra sənədi üzrə 2024-cü ilin noyabr ayında 200 manat, 2025-ci ilin mart ayında 200 manat, hazırda isə 50 manat ödəniş etmişdir. Hesab edir ki, Şəxs icra sənədi üzrə olan borcunu ödəməkdən qəsdən yayınır. Borclu tərəfindən icra sənədində göstərilən borcun tam ödənilməsini tələb edir. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3217/2024 saylı xx.xx.2024-cü il tarixli sənədinə əsasən ondan borclu olduğu 3949.94 manat ödənilməmiş məbləğ və 394.06 manat cərimə, ümumilikdə 4344 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63.44 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilməmişdir. Hazırda həmin borcu ödəməkdən boyun qaçırmır və borcunu ödəməli olmasını bilir. Bundan başqa tələbkara olan borcundan 2024-cü ilin noyabr ayında 200 manat, 2025-ci ilin mart ayında 200 manat, hazırda isə 50 manat ödəniş etmişdir. Qalan borcunu isə maddi cəhətdən çətinlik çəkdiyi üçün ödəyə bilməmişdir. Hazırda ailə vəziyyəti olduqca ağırdır. Odur ki, qərar qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-3217/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs borclu olduğu 3949.94 manat ödənilməmiş məbləğ və 394.06 manat cərimə, ümumilikdə 4344 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63.44 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3217/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Şəxs "xxxx" Telecom MMC-yə olan borcundan 50 manat ödəmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, icra sənədi 2024-cü ilin noyabr ayında icra şöbəsinin icraatına daxil olmuş, bundan sonra borclu icra sənədi üzrə olan borcundan 2024-cü ilin noyabr ayında 200 manat, 2025-ci ilin mart ayında 200 manat, hazırda isə 50 manat ödəniş etmiş, qalan borcunu isə ödəməkdən yayınmadığını, maddi cəhətdən çətinlik çəkdiyi üçün ödəyə bilmədiyini və qısa vaxt ərzində ödəyəcəyini bildirir. Göstərilən hal isə onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə tələbkara olan borcunu ödəməkdən qəsdən yayınmır, maddi cəhətdən çətinlik çəkdiyi üçün icra sənədinin icrasını təmin edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar