Məhkəmə qərarları › İş №3(076)-224/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-224/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-224/2025 27.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ İş № 3(076)-224/2025 Şəmkir Rayon Məhkəməsi hakiminin İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ Q Ə R A R İ N D AN ÇİXARİŞ 27 fevral 2025-ci il Şəmkir rayonu Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq QƏRARA ALDİ : Şəxs, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 27 fevral 2025-ci il tarixdən saat 18:35-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nazlı Heydərova AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ ___________________________________________________________________ AZ 5700, Şəmkir şəhəri, H.Əliyev pr.2. Tel: (022)-305-74-17; fax: (022)-305-35-24 ___________________________________________________________________ İş № 3(076)-224/2025 « 27» fevral 2025-ci il Şəmkir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Nəvai Qasımova Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2025–ci il tarixli 3(076)–224/2025 saylı qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərar “ ” vərəqə Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar