Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-226/2024 11.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X8 Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Şəmkir Rayon X9 PB-nin sahə rəisi, polis kapitanı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X1, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1972-cü il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəmkir Rayon X9 PB-nin sahə rəisi, polis kapitanı X7 tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Şəmkir Rayon X9 PB-nin sahə rəisi, polis kapitanı X7 izahatında bildirdi ki, tərəfindən MN ******* nömrəli protokol tərtib olunmuş ona görə ki, xx.xx.2024-cü il tarixdə Şəxs Şəmkir rayonu, İrmaşlı kəndində şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Birgə nikahdan 3 uşaqları var. O Zərərçəkmiş şəxs ona xəyanət etdiyi üçün onu vurmuşdur. Xəyalə ilk dəfə ondan pul oğurlamışdır. O ondan şübhələnmiş və onun telefonundan proqram vasitəsi ilə səslər çıxartmışdır. Həmin səslərə qulaq asdıqda Xəyalənin ona xəyanət etdiyini və onun barəsində təhqiredici ifadə işlətdiyini müəyyən etmişdir. O, Xəyalani 15 fevral 2024-cü il tarixdə yaşadığı evdən qovmuş, sonra fevral ayının 17-də əşyalarını aparıb Xəyalənin atası evinə tökən zaman Zərərçəkmiş şəxs sifətinə bir dəfə şillə ilə vurmuşdur. Məhkəmədən ona yüngül tənbeh tətbiq edilməsini xahiş etdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, qeyd etdiyi ünvanda hazırda atası Pənah və anası Əntiqə ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Evdar qadındır. Barəsində şikayət etdiyi Eldənizlə təxminən 15 ildir ki, evlidirlər, bu evlilikdən 3 övladı vardır. X13 Federasiyasında işlədiyi üçün orada yaşayırmış. Sonuncu dəfə Eldəniz 2023-cü ilin oktyabr ayında evlərinə gəlmişdir. Gəldikdən sonra mütəmadi olaraq ona yolladığı pulların harada olduğunu demiş və sonra ona həmin pulları hansı kişiyə yedirtmisən demişdir. Bu hadisələrin nəticəsində əri ilə 4 ay küsülü olmuşdur. Azyaşlı oğluna kiçik toy məclisi etdikdən sonra əri ilə mübahisələri davam etdiyindən o, ailə üzvlərinə gəlib onu evlərinə aparmasını dediyi üçün hazırda atası və anası ilə birlikdə yaşayır. Atasının evində olan zaman xx.xx.2024-cü il tarixdə İrmaşlı kəndində olan atası evinə Eldəniz gələrək cehizini gətirib yolun üzərinə boşaltmışdır. Daha sonra evə daxil olaraq ona bir dəfə üz nahiyəsinə şillə vurmuşdur. Bu zaman onun gözlərinə qaranlıq çökmüşdür, daha sonra Eldəniz evdən çıxıb getmişdir. Eldəniz onun bacısı ilə olan səslərini çıxarıb qulaq asdırıb onu vurmuşdur. O onun anasına məxsus nömrəyə aid səsləri çıxarıb həmin səslərə qulaq asaraq onun əxlaqsız olduğunu düşünmüşdür. Hazırda aralarında barış əldə olunmamışdır, məhkəmədən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İnzibati materiala əlavə edilmiş, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəmkir rayon X9 PB-nə göndərilməsi qərara alınmışdır. Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 xx.xx.2024-cü il tarixli rəyin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – onun bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İşdə olan Şəmkir RİHB Şiştəpə kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs Şəmkir rayonu, Şiştəpə kəndində arvadı, 2 nəfər oğlu və 1 nəfər qızı ilə birgə yaşayır. İşdə olan Şəmkir RİHB Şiştəpə kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Şəxs müsbət xarakterizə olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün etiraf edici ifadəsi ilə tam sübuta yetir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN ******* nömrəli inzibati protokol üzrə inzibati xətanı törətməsi öz təsdiqini tapır, qeyd edilən protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlini səmimi etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Şəxs hüquqi yardım göstərilməsinə görə müdafiəçi X2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 12 (on iki) manat məbləğində pul vəsaiti Şəmkir Rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-226/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-226/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver