Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-227/2024 01.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X3 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs: X1 iştirakı ilə Azərbaycan Respublikası DİN–nin BDYPİ–nin Yol–Patrul Xidmətinin vəzifəli şəxsinin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 329.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN–nin BDYPİ–nin Yol–Patrul Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 329.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 Azərbaycan Respublikası DİN–nin BDYPİ–nin Yol–Patrul Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024–cü il tarixdə “Opel” markalı 99–OM–811 dövlət qeydiyyat nişanlı avtomaşınla Şəmkir şəhəri, S.Vurğun küçəsində təhlükəsizlik kəmərindən istifadə etməklə, hərəkətdə olarkən işıqforun nizamlayıcı işığında (yaşıl işıqda) qanunla icazə verilən sol tərəfə hərəkətini davam etdirmiş və düzünə hərəkət edən nəqliyyat vasitələrinə mane törətmədən dönmə əməliyyatını yerinə yetirmişdir. Həmin vaxt Yol Patrul Xidmətinə məxsus avtomaşın onun arxasınca gəlmiş və onu saxlatmışdır. YPX əməkdaşı barəsində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə və yolayrıcını keçmə qaydasını pozmasına görə xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında o, 80 manat inzibati cərimə edilmişdir. O, polis əməkdaşına təhlükəsizlik kəmərindən istifadə etməsini və işıqforun nizamlayıcı işığında düzünə hərəkət edən nəqliyyat vasitələrinə mane törətmədən dönmə əməliyyatını yerinə yetirməsini bildirsə də, polis əməkdaşı ona məhəl qoymamışdır. Hesab edir ki, onun əməlində hər hansı inzibati xətanın tərkibi yoxdur. Odur ki, Azərbaycan Respublikası DİN–nin BDYPİ–nin Yol–Patrul Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X5 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, xx.xx.2024–cü il tarixdə idarə etdiyi “Opel” markalı 99–OM–811 dövlət qeydiyyat nişanlı avtomaşınla Şəmkir şəhəri, S.Vurğun küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikası DİN–nin BDYPİ–nin Yol– Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşları onun təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsini və yolayrıcını keçmə qaydasını pozmasını bildirmiş, bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 329.1– ci maddələri ilə xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 329.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat inzibati cərimə edilmişdir. Hazırda həmin qərarı qəbul etmir. Belə ki, o, nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmişdir. Həmin vaxt dəfələrlə bu barədə polis əməkdaşına bildirmişdir. Bu səbəbdən hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Bununla belə hazırda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini qəbul edir. Hesab edir ki, nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etdiyi halda polis əməkdaşı əsassız olaraq onun barəsində protokol tərtib edərək onu inzibati cərimə etmişdir. Hazırda barəsində tərtib edilmiş protokolla və qərarla razı deyildir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol və qərar qərəzli şəkildə tərtib edilmişdir. Ona görə də həmin qərarı əsassız və qanunsuz hesab edir. Odur ki, Azərbaycan Respublikası DİN–nin BDYPİ–nin Yol–Patrul Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN–nin BDYPİ–nin Yol–Patrul Xidmətinin inspektoru X2 məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2024–cü il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən Şəmkir şəhəri S.Vurğun küçəsində hərəkətdə olan “Opel” markalı 99– OM–811 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etməməsini, habelə dönmə əməliyyatını pozmasını aşkar etmiş, bu səbəbdən avtomobili saxlatmışdır. Sürücüyə onun nə üçün saxlanılmasını, hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 329.1– ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla X5 80 manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda şikayətin dəlillərini qəbul etmir və xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı hesab edir. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Həmçinin, Azərbaycan Respublikası DİN–nin BDYPİ–nin Yol–Patrul Xidmətinin inspektoru X2 məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, X3 təhlükəsizlik kəmərindən istifadə etməməsini vizual olaraq müəyyən etmişlər, lakin bununla bağlı məhkəməyə təqdim edəcəkləri sübut yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, də Azərbaycan Respublikası DİN–nin BDYPİ–nin Yol–Patrul Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qismən ləğv edilməli, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, həmin Məcəllənin 327.2–ci maddəsinə münasibətdə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2024–cü il tarixdə Şəmkir şəhəri S.Vurğun küçəsində “Opel” markalı 99–OM–811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 329.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 329.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, X5 xx.xx.2024– cü il tarixdə idarə etdiyi “Opel” markalı 99–OM–811 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, S.Vurğun küçəsində hərəkətdə olarkən polis əməkdaşı tərəfindən saxlanılmış və sürücü hərəkətdə olarkən işıqforun nizamlayıcı işığında (yaşıl işıqda) qanunla icazə verilən sol tərəfə hərəkətini davam etdirmiş və düzünə hərəkət edən nəqliyyat vasitələrinə mane törətməklə dönmə əməliyyatını yerinə yetirmişdir. Lakin sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməməsi heç bir sübutla təsdiq olunmamışdır. Həmçinin, məhkəmə iclası zamanı qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs də X3 təhlükəsizlik kəmərindən istifadə etməməsini vizual olaraq müəyyən etdiklərini, lakin bununla bağlı məhkəməyə təqdim edəcəkləri sübutlarının olmamasını bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Hazırki vəziyyətdə isə X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci maddəsinin tərkibinin olması təkzib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub–olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X3 İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2–ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəraradan verilən şikayətə baxılarkən, bu Məcəllənin 135.1.5–1–ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3–cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5–1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci maddələri ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair inzibati xəta haqqında iş üzrə qərar həmin maddəyə münasibətdə ləğv edilməlidir. Azərbaycan Respublikası İXM–in 134.1.4–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6–cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1–ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6–cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN–nin BDYPİ–nin Yol–Patrul Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qismən ləğv edilməli, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, həmin Məcəllənin 327.2–ci maddəsinə münasibətdə isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X3 inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN–nin BDYPİ–nin Yol–Patrul Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qismən ləğv edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin və Azərbaycan Respublikası DİN–nin BDYPİ–nin Yol–Patrul Xidmətinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-227/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-227/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver