Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-229/2023 09.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx.xx.1964-cü ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyat olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 08 fevral 2023-cü il tarixdə saat 16-radələrində Şəmkir rayonu Təzəkənd kəndində X2 yaşadığı evin həyətində sonuncuya qarşı nalayiq ifadələr işlədərkən onu nizam intizama dəvət edən polisin qanuni tələbinə tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməsini etiraf edərək göstərdi ki, 08 fevral 2023-cü il tarixdə məhkəmə qərarı əsasında mərhum qardaşının qızı Elvira Həsənova onun yaşadığı evlə ata yurdu arasında olan hasarın darvaza yerini hördürdüyünü görmüş, buna narazılığını bildirərək hörgü işlərinin dayandırılmasını tələb etmişdir. Daha sonra polis əməkdaşları gəlmiş və ona məhkəmə qərarına maneçilik yaratdığını bildirmişlər. O, isə polis əməkdaşlarına hörgü işlərinin davam etdirilməsinə icazə verməyəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Şəmkir RPŞ-nin X7 dəvət etmişlər. Əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Şəxs ona istinad olunan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı işdə olan yazılı izahatlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, 08 fevral 2023-cü il tarixdə məhkəmə qərarının icrası ilə əlaqədar Şəmkir RPŞ-nin X6 əməkdaşları ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin işçiləri onun yaşadığı evə gəlmiş, onlar getdikdən sonra əmisi Şəxs evə gələrək yaşadığı ev ilə onun yaşadığı ev arasında olan hasarın bərpa olunmasına maneçilik yaratmış və onu təhqir etmişdir. Belə olan halda o, DİN-nin 102-xidmətinə müraciət etmiş və bundan sonra Şəmkir RPŞ-nin X6 əməkdaşları gəlmişlər. Şəxs polis əməkdaşlarının yanında da hərəkətlərini və nalayiq ifadələrini davam etdirmiş, bunu görən polis əməkdaşları Şəxs sakitləşdirməyə çalışmışlar, lakin mümkün olmamışdır. Nəticədə polis əməkdaşları Şəxs Şəmkir RPŞ-nin X7 dəvət etmişlər və sonuncu bölməyə aparmışlar. İşə əlavə edilmiş 08 fevral 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 fevral 2023-cü il tarixdə, saat 18:10-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tamamilə sübut olunur və o, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, xəstəliyini, onun təqsirinin dərəcəsini nəzərə alır və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 140 (bir yüz qırx) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-229/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-229/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver