Məhkəmə qərarları › İş №3(076)-229/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-229/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-229/2025 13.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Məhkəmə iclasının katibi: X3 Şikayətçi: X4 Qərarından şikayət verilən orqan: Şəmkir rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin nümayəndəsi X2 iştirakları ilə Şəmkir rayon Polis şöbəsinin X14 bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2–ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X1 RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X8 şikayətini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon DYPB-nin vəzifəli şəxsi ona xx.xx.2024-cü il tarixində İXP ******* N-li protokol yazıb. Bu barədə xx.xx.2024 cü il tarixində İXM-nin 57-ci maddəsini nəzərdə tutaraq DİN BDYPİ-nə şikayyət etmişdir, oradan xx.xx.2024 cü il tarixində cavab gəlmişdir. Ancaq şikayət etdiyi qurumdan ona bir məlumat verməyiblər.Yenidən həmin maddəni nəzərdə tutaraq xx.xx.2024 cü il tarixində BDYPİ-nə şikayət ünvanlamışdır, həmin qurumun X13 Səfərəliyev rəsmi qaydada xx.xx.2025 ci il tarixində ona və Şəmkir Rayon Polis İdarəsinə iki nüsxə məktub ünvanlayıb ki məsələni araşdırıb 10 gün müddətində vətəndaşa məlumat verilsin. Sübutlar üçün DİN-dən gələn cavab məktublarını da məhkəməyə göndərir. Ancaq Şəmkir Rayon DYPB-si bir dəfə də olsun, onu çağırıb məsələ barəsində araşdırma aparmamışdır. O, həmin maddənin tələblərini pozmamışdır,verilən 20 gün müddətini də keçməmişdir. Yenidən istəyi İXM-nin 57-ci maddəsini rəhbər tutaraq rəsmi qaydada xx.xx.2025-ci il tarixində ona verilmiş TP ******* qərara xitam verilməsidir. Əgər vaxtı ötmüşdürsə həmin Məcəllənin 130.2 və 130.1-ci maddəsinə əsasən nəzərdə tutulmuş müddətin bərpasına və onun bir vətəndaş kimi hüquqlarının bərpa edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X8 izahatında şikayət ərizəsinin dəlillərini müdafiə edib göstərdi ki, o heç bir qayda pozuntusu törətməmişdir, yol polisinin bu əsasla protokol tərtib etməsi qanunsuzdur. Qeyd etdiklərinə əsasən barəsində tərtib edilmiş qərarın qanunsuz olduğuna görə ləğv edilməsini xahiş edir. Qərarı barəsində şikayət edilən DİN-nin Şəmkir RPŞ-nin DYPB-nin nümayəndəsi, X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında saat 16 radələrində Şəmkir rayon Kür qəsəbə ərazisində xidmətdə olarkən X4 özünə məxsus olan VAZ-21063 markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sərnişin daşıma qaydasını pozmasını aşkar etmişdir, belə ki, avtomobilin ön oturacağında azyaşlı iki uşaq əyləşdirmişdir. Daha sonra sürücü saxlanılmış, ona özlərini təqdim etmişlər, bu barədə videogörüntü qeydə alınmış, sürücü orada özü etiraf etmişdir ki, arxada yer olmadığı üçün, uşaqları qabaq oturacaqda əyləşdirmişdir. Qeyd edilənlərə əsasən onun barəsində protokol tərtib edilərək qanuni qərar qəbul edilmiş, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə 100 manat məbləğində cərimə edilmişdir. Odur ki, X4 Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid X6, X5 ilə eyni məzmunlu izahat verərək Emin İsmayılovun qeyd etdiyi xüsusatları bir daha təsdiq etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə idarə etdiyi VAZ-21063 markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və təqdim olunmuş videogörüntünü nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X4 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ– nin DYPB–nin vəzifəli şəxsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB– nin vəzifəli şəxsinin X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı gətirdiyi dəlil isə əsaslı və qanuni deyil. Odur ki, X4 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126, 128 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin, fiziki şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar