Məhkəmə qərarları › İş №3(076)-231/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-231/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-231/2025 11.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Məhkəmə iclasının katibi: X3 Şikayətçi: X4 Qərarından şikayət verilən orqan: Şəmkir rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin nümayəndəsi X2 iştirakları ilə Şəmkir rayon Polis şöbəsinin X11 bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5–ci və 327.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5–ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X1 RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X6 şikayətini onunla əsaslandırmışdır ki, o Şəmkir rayon Aşağı Seyfəli kəndində yaşayır. O, xx.xx.2025-ci il tarixdə günorta saatlarında saat 15-57 radələrində ona məxsus olan VAZ-21015 markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayon Çinarlı kənd ərazisində hərəkətdə olarkən Şəmkir DYP-nin əməkdaşları **-YP-*** yol paturul avtomobili ilə ona saxla əmri vermişdir. O, sağa verib saxlamışdır, birinci ona bildirmişlər ki, sərxoşluğnu yoxlayırlar yoxladıqda heç bir içki qəbul etmədiyi məlum olmuşdur. Sonradan ona bildirildi ki, avtomobilinin yayı kəsilib, neçə diş kəsmisən demişlər. O isə inspektora bildirmiş ki, düşün yayı sayın, inspektor demişdir ki, ehtiyac yoxdur duracağa gedəciyik, onu da qeyd edir ki, inspektorun sinəsində heç bir kamera yox imiş. Yolda gələn zaman ona bildirmişlər ki, bu işinin qiyməti 150 azndir, o isə 100 azn versin. X6 isə 50 azn təklif etmişdir, inspektor onunla razılaşmamış və demişdir ki, 150 azn verib çıxarsan. Avtomobil duracağa qoyulanda heç bir təhvil-təslim Aktı tərtib edilməmişı onun avtomobilində də 423 azn var imiş. Sonradan o, DİN-nin 102 və 902 qaynar xətinə öz şikayətlərini bildirmişdir. Axşam saatlarında 19-40 radələrində sms vasitəsi ilə ona 50 azn İXP ******* nömrəli protokol əsaında cərimə gəlmişdir. Həmin qərarı o qanunsuz və əsasız hesab edir. Belə ki, o avtomobillə hərəkətdə olarkən heç bir yol hərəkəti qaydasın pozmamışdır. Azərbaycan Respublikası İXM 342.5-ci maddəsinə əsasən şəxsin əməlindən inzibati xəta tərkibli olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanla bilməz, başlanmış icraatda olan işə xitam verilir. Odur ki, yuxarda qeyd olunan xususatlara əsasən vəzifəli şəxsin barəsində tərtib etdiyi İXM 342.5-ci maddəsi qanunsuz və əsasız olmasına görə ləğv edilməsini ədalətli nəticə hesab edir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X6 izahatında şikayət ərizəsinin dəlillərini müdafiə edib göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə günorta saatlarında saat 15:57 radələrində ona məxsus olan VAZ-21015 markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayon Çinarlı kənd ərazisində yol polisi əməkdaşları avtomobilindəki konstruksiya nasazlığı olduğu üçün saxlamışlar, daha sonra avtomobili yol polisinə məxsus duracağa gətirmişlər, lakin onun barəsində iştirakı ilə protokol tərtib edilməmişdir, bir müddətdən sonra mobil nömrəsinə mesaj gəlmişdir ki, 50 manat məbləğində cərimə olunub. O avtomobilində heç bir konstruktik nasazlıq yoxdur, yol polisinin bu əsasla protkol tərtib etməsi qanunsuzdur. Qeyd etdiklərinə əsasən barəsində tərtib edilmiş qərarın qanunsuz olduğuna görə ləğv edilməsini xahiş edir. Qərarı barəsində şikayət edilən DİN-nin Şəmkir RPŞ-nin DYPB-nin nümayəndəsi, X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında saat 15-57 radələrində Şəmkir rayon Çinarlı kənd ərazisində xidmətdə olarkən X4 ona məxsus olan VAZ-21015 markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin istifadəyə yararsız olmasını aşkar etmişdir. Daha sonra sürücü saxlanılmış, ona özlərini təqdim etmişlər, bundan sonra sürücünün idarə etdiyi nəqliyyat vasitəsi duracağa gətirilmiş, özü isə yol hərkətindən kənarlaşdırılmışdır. Qeyd edilənlərə əsasən onun barəsində protokol tərtib edilərək qanuni qərar qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə 50 manat məbləğində cərimə edilmişdir. Belə ki, avtomobilə mütəxəssisin iştirakı ilə baxış keçirilmiş və bu barədə arayış tərtib edilmişdir ki, həmin arayışda da sürücünün idarə etdiyi avtomobildəki konsturktik nasazlıq olması bir daha təsdiq edilir. Odur ki X4 Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin , xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan xx.xx.2025–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə idarə etdiyi VAZ-21015 markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, avtomobilin konstruksiyasının digər ünsürləri nasaz vəziyyətdə olmuş bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5–ci və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə idarə etdiyi VAZ-21015 markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5–ci və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Şəmkir-Avtoservis” ATSC-nin baş mühəndisi tərəfindən verilmiş arayışdan görünür ki, VAZ-21015 markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman arxa yayların yuxarı temperaturda qızdırılaraq istismara yararsız vəziyyətə salınmışdır. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X6 VAZ-21015 markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili şəxsən saxlanca təhvil verərək aktı imza etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və təqdim olunmuş videogörüntünü nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5–ci və 327.1-ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X4 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ– nin DYPB–nin vəzifəli şəxsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB– nin vəzifəli şəxsinin X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5–ci və 327.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı gətirdiyi dəlil isə əsaslı və qanuni deyil. Odur ki, X4 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126, 128 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin, fiziki şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5–ci və 327.1-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar