Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-233/2023 13.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs (tələbkar) X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1983-cü ildə Tovuz rayonunun Qaradaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, ailəli, işləməyən, Şəmkir rayonu Sarıtəpə kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə verilmişdir ona görə ki, o, Şəmkir rayon Məhkəməsinin 2(076)-3739/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli icra sənədinin icrasını həyata keçirən Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müxtəlif vaxtlarda göndərdiyi bildirişlərə və xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə tələbi təmin etməmiş və nəticədə yığılmış 1550 manat aliment borcunu ödəməmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Şəmkir rayon Məhkəməsinin 2(076)- 3739/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən 14 sentyabr 2018-ci il tarixdən başlayaraq xx.xx.2007-ci ildə anadan olmuş Əfsanə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Şəxs alınıb X3 verilməsi göstərilmişdir. Qeyd olunan icra sənədi icraya yönəldilmiş və icra sənədi icraata qəbul edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs bildirişlər göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək yığılmış 1550 manat aliment borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzbati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdimat verilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsə (tələbkara) ödənişlər etmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs verdiyi izahatında göstərmişdir ki, o, aliment borcunu ödəməkdən imtina etməmiş, lakin maddi imkanı ilə əlaqədar ödəyə bilməmişdir. O, yığılmış aliment borcundan zərərçəkmiş şəxs (tələbkar) X3 xx.xx.2023-cü il tarixdə 200 manat ödəniş etmiş, hazırda isə 300 manat ödəniş etmişdir. Etdiyi ödənişlərdən əlavə qalan 1050 manat qalıq aliment borcunu isə tezliklə ödəməyi öhdəsinə götürür. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X4 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona yığılmış 1550 manat aliment borcundan xx.xx.2023-cü il tarixdə 200 manat, hazırda isə 300 manat ödəniş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi ödənişlərdən əlavə qalan 1050 manat qalıq aliment borcunu tezliklə ödəyəcəyini bildirmiş və o isə bununla razılaşmışdır. Odur ki, hazırda iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, izahatlarla və iş materialları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 1550 manat aliment borcundan zərərçəkmiş şəxs (tələbkar) X3 cəmi 500 manat ödəniş etmiş, alan 1050 manat borcunu isə tezlikə ödəməyi öhdəsinə götürmüş, zərərçəkmiş şəxs (tələbkar) X4 bununla razılaşmışdır. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi müəyyən edilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-233/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-233/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver