Məhkəmə qərarları › İş №3(076)-238/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-238/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-238/2023 13.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X13 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 14 dekabr 2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.1990-ci ildə Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində doğulmuş, evli, orta təhsilli, işləməyən, Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində olan Şəmkir rayon Məhkəməsinin 2(076)-1033/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il tarixdə doğulmuş Damla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X6 verilməsi qərara alınmışdır. Eyni zamanda 2(076)-1160/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X1, Şəxs və X2 müştərək qaydada icra sənədində qeyd olunmuş qızıl zinət və cehiz əşyalarının, həmin əşyalar mövcud olmadıqda isə onların qətnamədə qeyd olunan dəyəri alınıb iddiaçı X6 verilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəflərindən borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Borclu Şəxs sonuncu izahatında borcunu ödəməyə imkanı olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Şəmkir Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 3(076)-1439/2022 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətində inzibati həbs edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəmkir Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 3(076)- 1439/2022 saylı qərarından xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 17 dekabr 2022-ci il tarixli 3(104)- 653/2022 saylı qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilərək Şəmkir Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 3(076)-1439/2022 saylı qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, protokolda qeyd olunan 2(076)-1033/2020 nömrəli icra sənədinə əsasən tələbkara olan borcunu tam ödəmiş, aliment borcu olduğundan növbəti aylarda da ödənişləri vaxtlnda edəcək. Digər 2(076)-1160/2020 nömrəli icra sənədi üzrə icranı qismən etmiş, hazırda isə qətnamədən apellyasiya şikayəti vermişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə onun apellyasiya şikayəti verilmə müddəti bərpa olunmuş və mülki iş Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X8 izahat verib bildirdi ki, borclu Şəxs alimentlə bağlı olan borcunu tam ödəmişdir və hazırda borcu yoxdur. Lakin əmlak və qızıl zinətlə bağlı olan digər icra sənədini qismən icra etmiş, hazırda icra sənədi üzrə qalan əmlaklarla bağlı mübahisə olduğundan qətnamədən borclu apellyasiya şikayəti vermişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Məhkəməsinin 2(076)-1033/2020 saylı, 18 may 2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il tarixdə doğulmuş Damla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Məhkəməsinin 2(076)- 1160/2020 saylı, 08 iyul 2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs, X1 və X2 müştərək qaydada reket foxunuşlu 585 əyarlı boyunbağı 55 qr 3575 manat dəyərində, reket toxunuşlu 585 əyarlı bilərzik 16 qr 1040 manat dəyərində, fantaziya qaşlı, 585 əyarlı üzük-sırğa dəsti 1800 manat dəyərində, ağ qızıldan, brilyant qaşlı nişan üzüyü 1400 manat dəyərində, 583 əyarlı, klonla birgə nazik boyunbağı 5 qr 220 manat dəyərində, 583 əyarlı, kalso üzük 4 qr 180 manat dəyərində, 585 əyarlı, tək gül qaşlı üzük 8 qr 520 manat dəyərində, paxlava fomalı, 589 əyarlı üzük 5 qr 320 manat dəyərində, qoza fomalı, 583 əyarlı üzük 4 qr 100 manat dəyərində, 563 əyarlı üzüklər-2 ədəd 6 qr 360 manat dəyərində, 563 əyarlı tək üzüklər - 2 ədəd 4 qr 270 manat dəyərində olan qızıl - zinət əşyaları, etajerka sarmaşıqlı 1 ədəd 20 manat dəyərində, xurustal araq stəkanı 12 ədəd 10 manat dəyərində, Çex istehsalı araq stəkanı 6 ədəd 25 manat dəyərində, sadə araq stəkanı 12 ədəd 4 manat dəyərində, qara güllü araq stəkanı 6 ədəd 5 manat dəyərində, Xurustal kompot stəkanı 12 ələf 50 manat dəyərində, çay, yemək, kofeyni qaşlı servizlər 1 dəst 500 manat dəyərində, 18 əşya, qaşlı güllü bakal 3 dəst 40 manat dəyərində, başı sarı bakal 2 dəst 30 manat dəyərində, xrustal bakal 2 dəst 160 manat dəyərində, ağ qaşlı bakal 1 dəst 70 manat dəyərində ağ qaşlı kompotnikli bakal 1 dəst 75 manat dəyərində, başı bilərzikli bakal 1 dəst 65 manat dəyərində, qara kompotnikli bakal 1 dəst 75 manat dəyərində, qara qaşlı bakal 1 dəst 65 manat dəyərində, zərli qaşlı bakal 1 dəst 50 manat dəyərində, supra markalı dividi 1 ədəd 30 manat dəyərində, okak paltaryuyan 1 ədəd 120 manat dəyərində, svizer markalı soyuducu 1 ədəd 600 manat dəyərində, yayqı 1 ədəd 10 manat dəyərində, ələk 1 ədəd 5 manat dəyərində, böyük və kiçik oxlov, sarımsaq əzən 1 dəst 10 manat dəyərində, vannalar 4 ədəd 25 manat dəyərində, kauçuk vedrələr 3 ədəd 15 manat dəyənmdə, dəmir vedrə 2 ədəd 10 manat dəyərində, şirəli vedrə 2 ədəd 20 manat dəyərində, 12 ədəd şiş 10 manat dəyərində, şirəli qazan, böyük 1 ədəd 40 manat dəyərində, böyük tunc qazan 1 ədəd 50 manat dəyərində, altının atlası ilə birgə otaq üçün kapsella pərdə və aynəbəndə qapılara üstlüklü pərdələr karnizlərlə 22 metrlik 150+280 manat dəyərində, tək setka çarpayı 2 ədəd 100 manat dəyərində döşəkli, yorğanlı, balınclı çarpayısı 1 ədəd 180 manat dəyərində tək pastel 4 dəst 100 manat dəyərində, yataq pasteli 2 dəst 105 manat dəyərində karobkada məhrəba dəsti 1 dəst 10 manat dəyərində, qazan tutmaq üçün əlcək 1 dəst 5 manat dəyərində tək balınc üzlüyü 6 ədəd 15 manət dəyərində, sandıq 1 ədəd 60 manat dəyərində lampa 1 ədəd 10 manat dəyərində, güzgü 1 ədəd 15 mansi deyərində şarvdan 1 ədəd 8 mənat dəyərində, stolüstü güldan güllərlə 1 dəst 35 manat dəyərində böyük güldan güllərlə 1 dəst 80 manat dəyərində, jurnal stolu üçün güldan, güllərlə 1 dəst 10 mənat dəyərində ləpə qabı, içi güllü 1 ədəd 50 manat dəyərində, səbət formalı meyvə qabı 1 ədəd 100 manat dəyərində zərli səbət meyvə qabı 1 ədəd 30 manat dəyərində meyvə qabı 2 ədəd 140 manat dəyərində, şüşədən, sadə meyvə qabı 2 edəd 50 manat dəyərində, qapaqlı, xurustal qənd qabı 2 ədəd 35 mənət dəyərində, hündür mürəbbə qabı 4 ədəd 22 manat dəyərinndə hündür xurustal qənd qabı 2 ədəd 25 manat dəyərində hündür konfet qabı 2 ədəd 15 manat dəyərində, səbət qənd qabı 1 ədəd 10 manat dəyərində kül qabı 1 ədəd 5 manat dəyərində, etajerka 2 ədəd 20 manat dəyərində, kiçik nikel ləyən 2 ədəd 10 manat dəyərində, banka bağlayan maşın 1 ədəd 10 manat dəyərində, kotlet 1 ədəd 5 manat dəyərində, tort üçün şotku dəsti 1 dəst 5 manat dəyərində, tək tort şofkusu 1 ədəd 3 manat dəyərində, kətə kəsən 1 ədəd 5 manat dəyərində, meyvə setkası 1 əğəd 5 manat dəyərində, tərəvəz içi çıxaran 1 ədəd 3 manat dəyərində, tort çalan setka 1 ədəd 3 inanat dəyərində, qutuda stəkan məhrəbası 1 dəst 10 manat dəyərində, xiyar soyan 2 ədəd 5 nat dəyərmdə, hamam ləvazımatları dəsti 1 dəst 20 manat dəyərində, paxlava bəzəyən, dösbərə kəsən 5 manat dəyərində, alüminium qazan 6 ədəd 50 manat dəyərində, aftaxa 2 ədəd 5 manat dəyərində, böyük çörək qabı 1 ədəd 5 manat dəyərində, mürəbbə tiyəni 1 ədəd 19 manst dəyərində, böyük nikel ləyən 2 ədəd 20 manat dəyərində, şirəli ləyən 2 ədəd 16 manat dəyərində, alüminium aşsüzən 2 ədəd 6 manat dəyərində, kauçuk kiçik ləyən 12 ədəd 2 manat dəyərində, kiçik şirəli ləyən 2 ədəd 5 manat dəyərində, tefal qazan 2 ədəd 50 manat dəyərində, tefal qufluca 3 ədəd 45 manat dəyərində, şirəli qazanlar 3 ədəd 30 manat dəyərində şirəli qazan dəsti 1 dəst 35 manat dəyərində, dəmir sarımsaq əzən 1 ədəd 2 manat dəyərində, kauçuq sarımsaq əzən 1 ədəd 2 manat dəyərində, şirəli çaynık 1 ədəd 12 manat dəyərində nikel çaynık 1 ədəd 18 manat dəyərində, tefal çaynik 1 ədəd 25 manat dəyərində, dəm çaynıklən 3 ədəd 20 manat dəyərində, çaynikli kuruşqa 3 dəst 70 manat dəyərində, İnpəçəkən 1 ədəd 10 manat dəyərində, qazanlı mikser 1 ədəd 50 manat dəyərində, şirəçəkən Gökçəkən) 1 ədəd 50 manat dəyərində, elektrik ətçəkən 1 ədəd 100 manat dəyərində, əllə Ətçəkən 1 ədəd 15 manat dəyərində, 8 stəkanlıq termos 1 ədəd 10 manat dəyərində, stolüstü Şizgü 1 ədəd 5 manat dəyərində, salfet qabı 2 ədəd 10 manat dəyərində, şüşə qaşıq 1 ədəd 3 fanat dəyərində, düzqabı 12 ədəd 6 manat dəyərirdə, süzgəc 2 ədəd 5 manat dəyərində, İəuçük padnos 2 ədəd 10 manat dəyərində, salatdoğrayan 1 ədəd 15 manat dəyərində, Şlektrik bləndər 1 ədəd 30 manat dəyərində, tyorka 2 ədəd 10 manat dəyərində, ceviz qıran 1 Ədəd 3 manat dəyənində, butulka açan 1 ədəd 5 manat dəyərində, balıq təmizləyən 2 ədəd 5 manat dəyərində, banka açan 2 ədəd 6 manat dəyərində, düxovka 1 ədəd 60 manat dəyərində, tort qabı 1 dəst 10 manat dəyərində, tort biçağı 1 dəst 12 manat dəyərində, paltar Səbəti 1 ədəd 25 manat dəyərində, vedrəli pol silən 1 dəst 25 manat dəyərində, uzun dəstəkli Şotku 1 ədəd 5 manat dəyərində, kauçukdan uzun dəstəkli süpürgə, xəkəndaz 1 dəst 10 manat Gəyənndə, Tək xəkəndaz 1 ədəd 3 manat dəyərində, pol ağacı 1 ədəd 5 manat dəyərində, mətbəx taxtası 6 ədəd 10 manat dəyərində, qaşıq qabı 1 ədəd 3 manat dəyərində, su "rafinkası 2 ədəd 8 manat dəyərində, şəkərtozu qabı 1 ədəd 2 manat dəyərində, zeytun qabı 1 ədəd 3 manat dəyərində, tək döşək 4 ədəd 180 manat dəyərində, qoşa döşək 1 ədəd 100 anat dəyərində, tək yorğan 4 ədəd 60 manat dəyərində, qoşa aə7T”ədad 40 manat Silikon balınc 4 ədəd 60 manat dəyərində, yun döşəkcə 6 ədəd 7£”z şilikon, töşəkcə 7 ədəd 65 manat dəyərində, döşəküstü çexolu 5 efrf alərində ə çexollu 5 ədəd 60 manat dəyərində, əl-üz məhr 1?oİ manat dəyərində, bədən məhrəbası 8 ədəd 80 manat dəyərində, stəkan məhrəbası 20 ədəd 60 manat dəyərində, 8 nəfərlik skater 2 dəst 70 manat dəyərində, stolüstü və İurnalni skater 2 dəst 50 manat dəyərində, divar saatı 1 ədəd 10 manat dəyərində, gecə lampası 2 ədəd 40 manat dəyərində, paltar asılqanı 12 ədəd 12 manat dəyərində, hündür veşilka 1 ədəd 20 manat dəyərində, ütü 1 ədəd 25 manat dəyərində, ütü stolu 1 ədəd 50 manat dəyərində, tozsoran 1 ədəd 65 manat dəyərində, divan-kresloüstü 1 dəst 65 manat dəyərində, qayçı 1 ədəd 3 manat dəyərində, gəlincik balınc üzü 2 ədəd 280 manat dəyərində, spalni adyal balınc üzlü 1 ədəd 35 manat dəyərində, yataq üçün qalın adyal 2 ədəd 105 manat dəyərində, tək adyal 1 ədəd 30 manat dəyərində, gəvələr 2 ədəd ******* manat dəyərində, lüstrlər 2 ədəd 100 manat dəyərində, musiqili lüstr 1 ədəd 50 manat dəyərində, kofe termosu 1 ədəd 10 manat dəyərində, tək padnos 3 ədəd 15 manat dəyərində, padnos 3 dəst 50 manat dəyərində, qab dəsti 48 əşyalı 1 dəst 35 manat dəyərində, 98 əşyalı qablar 1 dəst 80 manat dəyərində, Aura qab dəsti 18 əşya 35 manat dəyərində, dəmir qab setkası 1 ədəd 20 manat dəyərində, 4 əşyalı mətbəx dəsti 1 dəst 18 manat dəyərində, kartof-soğan qabı 1 ədəd 10 manat dəyərində, xurustal şirniyyat qabı 6 ədəd 10 manat dəyərində, xurustal stəkan 24 ədəd 55 manat dəyərində, nəlbəki 24 ədəd 24 manat dəyərində, razetka 12 ədəd 10 manat dəyərində, qaşıq dəsti 1 karobka 25 manat dəyərində, xörək qaşığı 25 ədəd 15 manat dəyərində, çay qaşığı 25 ədəd 15 manat dəyərində, çəngəl 25 ədəd 15 manat dəyərində, meyvə bıçağı 12 ədəd 12 manat dəyərində, böyük bıçaq 12 ədəd 12 manat dəyərində, bıçaq qayçı dəsti 1 dəst 15 manat dəyərində, qaşıqçömçə-mətbəx dəsti 1 dəst 10 manat dəyərində, tək qaşıq-çömçə 7 ədəd 15 manat dəyərində, kiçik çömçə 1 ədəd 2 manat dəyərində, stolüstü çörək qabı 2 ədəd 8 manat dəyərində, zibil qabı 2 ədəd 20 manat dəyərində, çaynik altlığı 4 ədəd 8 manat dəyərində, kauçuk quruşqa 1 ədəd 3 manat dəyərində, şirəli kuruşqa 1 ədəd 5 manat dəyərində, dəmir kuruşqa 1 ədəd 3 manat dəyərində, tərəzi 1 ədəd 5 manat dəyərində, iynə-sap dəsti 1 dəst 5 manat dəyərində olan cehiz əşyaları, gödək donlar 13 ədəd 330 manat dəyərində, atlas don 2 ədəd 60440 manat dəyərində, uzun don 1 ədəd 180 manat dəyərində, şalvarüstü kofta 4 ədəd 60 manat dəyərində, koftalar 7 ədəd 100 manat dəyərində, köynəklər 3 ədəd 36 manat dəyərində, yubkalar 6 ədəd 90 manat dəyərində, xalatlar 3 ədəd 70 manat dəyərində, şalvarlar 4 ədəd 40 manat dəyərində, pelama dəsti 1 dəst 25 manat dəyərində, yubka-kofta 1 dəst 50 manat dəyərində, yubka köynək 1 dəst 40 manat dəyərində, pasanoçka-qiymətli 3 cüt 90 manat dəyərində, ayaqqabı 1 cüt 20 manat dəyərində, sadə pasanoçka 2 cüt 15 manat dəyərində, çəkələt 2 ədəd 10 manat dəyərində olan geyim əşyaları, həmin əşyalar mövcud olmadıqda isə onların qətnamədə qeyd olunan dəyəri alınıb iddiaçı X7 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 27 yanvar 2023-cü il tarixli 2(076)-1160/2020 nömrəli qərardaddan görünür ki, İddiaçı X4 cavabdehlər Şəxs, X5 və X3 qarşı əmlak tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-1160/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti cavabdehlər Şəxs, X5 və X3 münasibətdə bərpa edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən 1010 manat məbləğində aliment borcu X6 ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs törətdiyi iddia olunan, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində mövcud vəziyyətdə tərkib olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi borclu 2(076)-1033/2020 saylı, 18 may 2020-ci il tarixli icra sənədi üzrə borcunu tam ödəmiş (işə əlavə edilmiş qəbz və tələbkarın izahatı), 2(076)-1160/2020 saylı, 08 iyul 2020-ci il tarixli icra sənədini qismən icra etmiş, icra etmədiyi hissəyə münasibətdə apellyasiya şikayəti vermişdir. Belə olan halda həmin icra sənədi üzrə icra işi dayandırılacaqdır. İşin mövcud hallarından göründüyü kimi icra sənədi tərtib olunmuş protokolda qeyd edildiyi üzrsüz səbəbdən deyil, borclu apellyasiya şikayəti verdiyindən qismən icra etmişdir. Azərbaycan Respublikası İcra haqqında Qanunun 17.1.7-ci maddəsinə əsasən İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar